"Güclülər daha da güclənəcək, zəiflər isə..." - Ekspert
“Qlobal investorlar artıq pandemiyanı iqtisadiyyat üçün risk hesab etmirlər. Bank of Amerika 630 milyard dollarlıq fondlara malik 220 maliyyəçi arasında keçirdiyi sorğuya əsasən belə qənaətə gəlib”.
Bu fikirləri Valyuta.az-a iqtisadçı Eldəniz Əmirov səsləndirib.
“Digər tərəfdən müxtəlif dövlətlərin mərkəzi banklarının dünya bazarına ötürdüyü 10 trilyon dollarlıq vəsait inflyasiya ilə bağlı gözləntiləri maksimuma çatdırıb. İnvestorların 70 faizi qarşıdakı 12 ayda qiymətlərin sürətlə bahalaşacağını ehtimal edirlər ki, bu da dünya iqtisadiyyatının artım proqnozlarını şübhə altında qoyur.
Pandemiya ölkələr arasındakı iqtisadi bərabərsizliyi daha da artırıb. İqtisadiyyatına trilyonlarla vəsait cəlb etməyi bacarmış ölkələr hazırki vəziyyətdən istifadə edəcəklər, onlar üçün daha da əlverişli şərait yaranıb.
İqtisadi diskriminasiyanın artması səbəbi ilə güclülər daha da güclənəcək, zəiflər isə daha da zəifləyəcəklər”,- deyə ekspert bildirib.
İlhamə
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay