BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
9318

“Qeyri-rezidentin vergi ödəməsi bir sıra hallarda ciddi problemlərlə müşayiət olunur və qanunvericilik bu cür problemlərin mümkün qədər aradan qaldırılmasını nəzərdə tutur”. 

Valyuta.Az xəbər verir ki, mövzunu vergiler.az saytına şərh edən maliyyə mütəxəssisi Vüqar Mirheydərov, Vergi Məcəlləsinin 125-ci maddəsində qeyri-rezidentlərin Azərbaycan mənbəyindən gəlirlərindən ödəmə mənbəyində verginin tutulması qaydalarının əks olunduğunu diqqətə çatdırıb. 

Onun fikrincə, bu maddənin məntiqi çox sadədir: 

“Qeyri-rezidentin vergi ödəməsi əksər hallarda problematik olduğuna görə qanunla nəzərdə tutulmuş vergi bu gəliri qeyri-rezidentə ödəyən şəxsdən tutulur”.

Bəs hansı əməliyyatlar Azərbaycan mənbəyindən gəlir kimi qiymətləndirilə bilər?

Mütəxəssis bildirib ki, bu sualın cavabı Vergi Məcəlləsinin 13.2.16 maddəsində verilir: 

“Burada qeyd edilir ki, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən əldə edilən gəlir hesab olunur (bax: maddə 13.2.16.14-1). 

Göründüyü kimi, ödənişin nəyə (mala və ya xidmətlərə) görə edilməsinin fərqi yoxdur: ödənilən məbləğin 10 faizi qədər pul ödəmə mənbəyində tutulan vergi kimi büdcəyə ödənilməlidir. Bu ödənişlər mala görə edildikdə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5.1 sətirində, xidmətlərə görə edildikdə isə 1608.5.2 sətirində göstərilir”. 

Vüqar Mirheydərov xatırladıb ki, bəyannamənin təqdim edilməsi üçün müəyyənləşdirilmiş vaxt rüb bitdikdən sonrakı ayın 20-sinə kimidir, verginin ödənilməsi də bu vaxta qədər aparılmalıdır.

Onun sözlərinə görə, “Güzəştli vergi tutulan ölkə” analyışının tərifi Vergi Məcəlləsinin 128.2-ci maddəsində verilir:

“Güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür.

Vergi Məcəlləsinin 128.3-cü maddəsində isə həmin ölkələrin siyahısının hər il müvafiq icra orqanı tərəfindən təsdiq edildiyi bildirilir. Hazırda siyahıya 37 ölkə daxildir”. 

Qeyd edək ki, həmin siyahıya aşağıdakı linkə daxil olmaqla baxmaq mümkündür:

//www.e-qanun.az/framework/42606

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni il hədiyyəsi, yoxsa vaxtı keçmiş məhsullar? (VİDEO)

10 il lotereyada eyni nömrələri yazdı - Sonda qalib oldu

Avropanın yarıda qalan "uçan taksi" xəyalları, böyük oyunçular və maliyyə problemləri

Prezident İlham Əliyev Laçının azad olunmasının ildönümü münasibətilə paylaşım edib

Tramp "BRİCS" ölkələrini 100%-lik rüsumlarla hədələdi

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin