BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
9042

Vergi Məcəlləsinin 13.2.60-cı maddəsində kənd təsərrüfatı məhsullarının istehsalı anlayışına aydınlıq gətirilib. Müddəaya əsasən, bu növ istehsal dedikdə sənaye üsulu ilə, o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və s. daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi başa düşülür. 

Kənd təsərrüfatı məhsulu ilkin formadan çıxdıqda, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrildikdə, kimyəvi tərkibi dəyişdirildikdə, konservləşdirildikdə digər məhsul növlərinin təsnifatına aid edilir. Vergi güzəştləri də məhz həmin təsnifata uyğun həyata keçirilir. 

Bəs bunları necə ayırmaq olar? Hansı halda kənd təsərrüfatı məhsulları vergidən tam və ya qismət azad olunur? 

Valyuta.az-ın suallarına mühasibatlıq və vergi uçotu üzrə mütəxəssis Mahmud Abasquliyev cavab verib. Onun sözlərinə görə, vergidən azadolma halları kənd təsərrüfatı məhsullarının təqdim edilməsi formasından asılı olaraq tənzimlənir:  

“Tutaq ki, sahibkar yumurtanı xarici ölkədən idxal edir. Onu inkubasiya edərək toyuğa çevirir. Sonra həmin toyuqları hissələrə ayıraraq kənd təəsrrüfatı məhsulu kimi satışa çıxarır. Həmin əməliyyatın emala məruz qalan məhsul sayılıb-sayılmaması sual yaradır. Vergi Məcəlləsinin tələbinə uyğun olaraq hissələrə bölünən toyuq əti ilkin formasını dəyişdiyi, yəni diri şəkildə təqdim edilmədiyi üçün kənd təsərrüfatı məhsulu hesab olunmur”.

Bu səbəbdən hissələrə bölünərək satışa çıxarılan toyuq əti ƏDV-dən azad edilmir. Lakin həmin sahibkar digər azadolmalardan istifadə edə bilər.   

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən quş ətinin satıçı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bundan başqa, 01.01.2014-cü ildən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 10 il müddətinə mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilib. Onların istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycana gətirilməsi üçün aldıqları maşınlar Potidə qaldı - İş adamı həbs edildi

Azərbaycan banklarının xalis mənfəəti 313 mln. manata çatıb

Bu marşrut xətti “BakuBus”a verildi

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Beynəlxalq Valyuta Fondu COP29-a görə Azərbaycana dəstək göstərməyə hazırdır

Füzulidə səsgücləndirici ilə icra başçısını söyən şəxs kimdir? (TƏFƏRRÜAT)

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? (VİDEO)

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar (VİDEO)

Xaricdən əczaçılıq məhsulları alışımız 70 milyon dollar azalıb

Sabah 30 dərəcə isti olacaq

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb - 18 məsələ

Dövlət Neft Fondu I rübdə 5,26 milyard dollar gəlir əldə edib

Azərbaycan nefti dünya bazarlarında neçəyə satılır?

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını artırıb

BVF: Qlobal iqtisadiyyat gözlənildiyindən daha dayanıqlı olub

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 25%-dək artıb

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin