"AZAL tezliklə özəlləşdiriləcək” - Ekspertdən ŞƏRH
“Dövlət şirkətlərində idarəçilik sistemi axsayır. Bu, ləngidici amildir və büdcədən vəsaitlərin sovrulması üsuludur. Belə davam edə bilməz”.
Bu sözləri Prezident İlham Əliyev fevralın 26-sında keçirdiyi mətbuat konfransında deyib.
Ölkə başçısının sözügedən cavabının detalları ilə bağlı iqtisadçı alim Emin Qəribli ilə əlaqə saxladıq.
İqtisadçı bildirdi ki, “Buna dair iqtisadi nəzəriyyədə çox mübahisələr olub. Bəzi iqtisadi məktəblər hesab edir ki, bütün dünyada liberal iqtisadiyyat yürüdülməlidir və səmərəliliyin təminatı üçün dövlət müəssisələri məhdud sayda olmalıdır. Praktikada isə əksi də olur.
Strateji müttəfiqimiz olan İtaliyada ən böyüş şirkət dövlətə məxsusdur. İngiltərədə də dövlət müəssisələri mühüm rol oynayır.
Digər tərəfdən neftimiz var və bu şəxsi ola bilməz, xalqa məxsusdur. Ona görə də bu, dövlət müəssisəsi olmalıdır. İdarəçiliyinə gəldikdə isə bu təkmilləşdirilməlidir. Xarici təcrübəni öyrənsək, yaxşı olardı.
İqtisadiyyatda tam şaxələndirmə istəyiriksə, ixracatı çoxaltmaq istəyiriksə, neft asılılığını azaltmalıyıq.
Büdcə asılılığı da problemlərdən biridir. Bu problem bütün neft ixrac edən ölkələrdə var.”
Emin Qəriblinin sözlərinə görə sadalanan asılılıqları aradan qaldırmaq üçün müəyyən dövr lazımdır. Çünki elə də asan proses deyil.
“Menecerlər İnstitutu formalaşmalıdır. Bu isə 4-cü Sənaye İnqilabına keçid üçün təkan verəcək. Yəni, yaradılmış İnvestisiya Holdinqi bu işi görməlidir.
Dəmir Yolları və SOCAR-ın dövlətə aid olması daha məntiqlidir. Buna aid layihələri dövlətin maliyyələşdirməsi daha realdır. Çünki şəxsi sektorda o qədər pul tapmaq çətindir. Amma dövlətdə bu vəsait var.
Amma AZAL-ın tezliklə özəlləşdirilməsi istisna deyil. Turizmin inkişafı üçün də bu sahə irəliləməlidir”deyən Emin Qəribli yaxın zamanlarda digər müəssisələrin də özəlləşdiriləcəyini təxmin etdi. (bizim.media)
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay