BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
7539

Ölkədə demək olar ki, bir çox taksi şirkəti tərəfindən müştərilərə göstərilən xidmətinin keyfiyyəti günü-gündən aşağı düşür. Belə ki, müştəri ilə kobud rəftar, çağırış yerinə gec gəlmək və yaxud müştərini bir neçə ondəqiqə ilə gözlətmək, pik saatlar olmasa belə özlərindən qiymət artımı kimi hallara yol verildiyi üçün "Maksim", "Omeqa", "Ulduz" və bu kimi çox taksi şirkətlərindən şikayətlərin sayı durmadan artır. Bəs görəsən, bu xidmət sektorunda illərdir yığılıb qalan problemlərin aradan qaldırılması üçün nə lazımdır?

Valyuta.Az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksi xidməti qanunla tənzimlənmədiyi və taksi sürücülərinin də bir çoxunun bu işi ikinci, yəni əlavə iş kimi gördükləri üçün bu sahədə xidmət aşağıdır:

"Azərbaycanda taksi fəaliyyəti ilə bağlı xaotik vəziyyət yaranıb. Səbəb bəzi insanların daha çox qazanc əldə etmək məqsədi ilə ikinci iş kimi taksi fəaliyyəti göstərməsidir. Bu, həssas sahədir, müəyyən qayda-qanun yaratmaq lazımdır. Bəzən olur ki, sürücü çağırış yerinə gedərkən yolüstü tamah məqsədilə başqa bir müştəri götürür və sifariş verən müştərini gözlədir. Bunlar taksi xidməti ilə bağlı neqativ hallardır. Bəzi şirkətlər var ki, rəqabət məqsədilə qiymətləri əslində olduğundan az göstərərək müştəriləri cəlb edir. Nəticədə xidmətin keyfiyyəti aşağı düşür, sürücü də, müştəri də narazı qalır. Hesab edirəm ki, qanunla xidmətin keyfiyyətinin artırılması və qiymət məsələsi tənzimlənməlidir".

E.Muradlı bildirib ki, əslində qanunvericilikdə bütün bunlar nəzərə alınıb, sadəcə, qanunun icrası ləng gedir:

"Günün müxtəlif saatlarına uyğun qiymət tənzimlənməsi bütün dünyada var. Azərbaycanda da yavaş-yavaş bunu tətbiq edirlər. Pik saatlarda yanacaq sərfiyyatı artır, müştəri sayı da azalır deyə, bu yola əl atılır. Pik saatlar olmayanda taksi sürücülərinin tapılmamasına səbəb isə onların konkret bir iş saatının olmamasıdır. Sürücülər fiziki şəxslərdir və qanun qarşısında onların öhdəliyi yoxdur ki, filan saatlarda iş başında olmalıdırlar".

Ekspert onu da qeyd edib ki, ölkədə keyfiyyəti yüksək olan taksi şirkətləri olsa da, onların qiyməti digərlərindən müəyyən qədər bahadır:

"Keyfiyyətsiz xidməti bütün taksi şirkətlərinə aid etmək olmaz. Bəzilərində xidmət yüksək səviyyədədir və bu taksi şirkətlərində qiymət də digərlərindən bahadır. Ümumilikdə isə taksi xidmətində qeydə alınan neqativ halların və problemlərin olması dövlətin bu sahəyə müdaxilə etməsinə səbəb olacaq. Ola bilər ki, gələcəkdə dövlət tərəfindən də taksi şirkəti yaransın".

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə göndərilən sorğu isə cavabsız qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni il hədiyyəsi, yoxsa vaxtı keçmiş məhsullar? (VİDEO)

10 il lotereyada eyni nömrələri yazdı - Sonda qalib oldu

Avropanın yarıda qalan "uçan taksi" xəyalları, böyük oyunçular və maliyyə problemləri

Prezident İlham Əliyev Laçının azad olunmasının ildönümü münasibətilə paylaşım edib

Tramp "BRİCS" ölkələrini 100%-lik rüsumlarla hədələdi

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin