BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7766
  • RUB
    1.7015
  • TRY
    0.0476
  • GBP
    2.1072
63792

2024-cü ilin 11 ayında (yanvar-noyabr) Azərbaycandakı bankların faiz və onunla bağlı xərcləri bir milyard manatı keçib. Mərkəzi Bankdan bildirilib ki, 2024-cü ilin 11 ayında bankların cəmi faiz xərcləri bir milyard 91,2 milyon manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 813,4 milyon manat təşkil edib. Depozitlər üzrə faiz xərclərinin 703,4 milyon manatını müddətli əmanətlər üzrə ödənilmiş faiz məbləğləri təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 11 ayında Azərbaycandakı bankların cəmi faiz xərcləri 755,7 milyon manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 536,5 milyon manat, həmçinin müddətli depozitlər üzrə faiz xərcləri isə 450,4 milyon manat təşkil etmişdi. Qeyd edək ki, son aylar banklar depozitlər üzrə faizləri yüksəldiblər. Bəs banklar bu faizləri uzun müddət ödəmək imkanlarına malikdirlərmi?

İnflyasiya və oğurluqdan qorumaq üsulu

Bank məsələləri üzrə ekspert Emin Kərimovun sözlərinə görə, depozit faizlərinin artırılması vətəndaşları əmanət yerləşdirməyə təşviq edir: “Depozitlər bankların əsas vəsait mənbəyidir. Depozitlərin artması banka əlavə pul vəsaitinin daxil olmasına şərait yaradır. Depozitlərin artması bankın qısa və orta perspektivdə vəsaitlə təmin olunmasına zəmanət verir. Bank vətəndaşdan depoziti müəyyən faizlə qəbul edir. Bu vəsaitləri kreditlərə, investisiyalara yatıraraq gəlir əldə olunur. Əmanətlərin Sığortalanması Fondu ilə milli valyutada 12 faiz, 3 faizə qədər isə xarici valyutada olan əmanətlər sığortalanır. Əmanətlər etibarlı şəkildə qorunduğu və səmərəli olduğu üçün insanlar pullarını banklara yerləşdirməyə üstünlük verir. Bununla da əmanətlərini həm inflyasiya, həm də oğurlanmaq kimi fiziki təhlükədən xilas etmiş olurlar. Depozit bəzi vətəndaşların əsas gəlir mənbəyidir. Faizlərin yüksəldilməsi onları daha çox vəsait qoymağa təşviq edir. Bu, vətəndaşların rifah halının yüksəlməsinə də xidmət edə bilər”.

Gələcəkdə daha da artırılması real deyil

E.Kərimov bildirdi ki, banklar hər ilin əvvəlində strateji planlarını, gəlir və xərclərini ciddi şəkildə təhlil edirlər: “Depoziti qəbul edərkən onun gələcəkdə ödənilməsini öncədən hesablayırlar. Depozitləri qəbul edərkən, kreditləri verərkən qısa və ya uzunmüddətli strategiyalarına əsasən faizləri müəyyənləşdirirlər. Qlobal səviyyədə baş verən iqtisadi və sosial proseslər təhlil edilir. Faizlərin bu şəkildə qalıb-qalmayacağını təxmin etmək çox çətindir. Çünki baş verəcək hadisələr çox şeyi dəyişə bilər. Banklar gəlir və xərclərinin planlarını nəzərə alaraq depozitlər üzrə faizlərin qaytarılması mənbələrini müəyyən edirlər. Depozit qəbulu bundan sonra artıq icra olunur”.

Ekspert gələcək dövr üçün əmanətlərin faizinin daha da artırılmayacağı qənaətindədir: “Depozit faizləri artırılsa da, 12 faizlik baryeri keçməsi mümkün deyil. Çünki sığortalanma məbləği nəzərə alınmalıdır. Əgər Əmanətlərin Sığortalanması Fondu faizləri artırmaq haqqında düşünərsə, banklar da depozit faizlərini daha çox artırarlar. Belə bir hal baş verərsə, kredit faizlərində də artım baş verəcək”. 

Mərkəzi Bank öz məqsədinə nail olub 

İqtisadçı Xalid Kərimlinin fikrincə, hazırda banklar depozit faizləri ilə bağlı heç bir problem yaşamır: “Əgər banklar depozit faizlərini artırıbsa, deməli, verdikləri kreditlərin də faizinə dəyişiklik ediblər. Bankların həm gəlirlərində, həm də xərclərində artım var. Problemli kreditlər olsa da, hazırda həm vətəndaşlarımız, həm də şirkətlər kreditlərini ödəmək qabiliyyətinə malikdirlər. Problem o zaman yaranardı ki, xərclər artır, amma gəlirlər artmır. Amma bu, hazırda düz mütənasibdir”.

X.Kərimli qeyd etdi ki, depozit faizlərinin artırılması Mərkəzi Bankın apardığı siyasətin nəticəsidir: “Mərkəzi Bank ötən ilin sonlarında həm likvidlik əmsalına dair tələblər irəli sürdü, həm də bankların məcburi ehtiyat normasını artırdı. Əvvəl bu göstərici 1-2 faiz idisə, hazırda 20 faiz üzərindədir. Mərkəzi Bankın bu addımındakı məqsəd bank bazarında rəqabəti artırmaq idi. Böyük banklar da faiz xərclərini artırmış oldu. Beləliklə, insanlar banklara yönəlməyə başladılar. Nəticələrdən də görünür ki, Mərkəzi Bank öz məqsədinə nail olub”. 

“Təyin olunan faizi keçdikdə onlara xəbərdarlıq edilir”

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli bildirdi ki, depozitlər qısamüddətli olduğu üçün hər hansı risk mövcud deyil: “Bankların depozit faizləri uzunmüddətli olmur. Maksimum iki ilə qədərdir. Bu səbəbdən, elə də böyük risk yoxdur. Bankların depozit faizlərini kortəbii şəkildə artırması mümkün deyil. Çünki kreditlərə tələbat azalarsa, vətəndaşın qoyduğu əmanəti ödəmək lazım olduqda, problemlər yarana bilər. Tək risk bankdan kredit götürən vətəndaşlarla problem yaşaması ola bilər. Hansı ki, müəyyən iqtisadi vəziyyətlərdə vətəndaş borcunu geri ödəyə bilmir, beləliklə, bank da çətin vəziyyətə düşür”.

E.Qəriblinin sözlərinə görə, banklar depozit faizlərini Mərkəzi Bankın nəzarəti altında tənzimləyirlər. Nəzarətdən kənar addım olarsa, fəaliyyətlərini sonlandırmaq riskləri var: “Depozit xərcləri artanda banklar üçün kredit vermək bir az çətinləşir. Mərkəzi Bankın müəyyən etdiyi faizlər də var. Amma banklar görürlər ki, indiki halda kreditə tələbat çoxdur. Bu səbəbdən depozitlərlə bağlı narahat deyillər. Banklar Mərkəzi Bankın tabeliyində olduqları üçün nəzarətdədirlər. Təyin olunan faizi keçdikdə onlara xəbərdarlıq edilir. Əməl etmədikdə lisenziyaları əllərindən alınır”.

Kaspi.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2 dollarlıq əskinas: ABŞ-da niyə bəyənmirlər, biz onu niyə axtarırıq?

Azərbaycan brendlərinin beynəlxalq arenada yeri - ARAŞDIRMA

Komendantdan və ödənilən məbləğdən narazı sakinlər nə etməlidir? - Ekspert çıxış yolunu göstərdi

“NVIDIA”dan avtonom sürücülük ilə bağlı vacib açıqlama

Kredit gecikməsi olanlara yeni kredit verilir?

Pul üçün etibarlı yer sandıqdır, yoxsa banklar?

Avtomobil hissələrinin idxalında azalma var - 37 milyon dollarlıq FƏRQ

Pul ayrılır, amma keyfiyyətli iş olmur - Startap bazarımızın problemləri

Pul ayrılır, amma keyfiyyətli iş olmur - Startap bazarımızın problemləri

İşləyən xəstələrin bülleten dərdi - Hansı hallarda bülleten açmaya bilərlər?

“AVK” şirkəti inzibati məsuliyyətə cəlb edildi

Müdafiə Nazirliyi 1.9 milyon manatlıq rabitə avadanlığı alacaq

Tramp ABŞ-yə “qızıl dövr”ü yaşadacaqmı?

Ümumdünya Səhiyyə Təşkilatının xərcləri azaldılır - ABȘ ayrıldığı üçün

Azərbaycanda duz istehsalı 20%-dən çox artıb

Ötən il məhsul istehsalına yatırılan investisiyaların həcmi açıqlanıb

Tələbə kartında nəqliyyatla bağlı güzəştlər olacaq? -AÇIQLAMA

ABB SMS qiymətlərini bahalaşdırdı - Müştərilər hər ay 3 AZN ödəyəcək

ABB SMS qiymətlərini bahalaşdırdı - Müştərilər hər ay 3 AZN ödəyəcək

Turizm cənnəti, təhlükəsizlik cəhənnəmi: Azərbaycan hotellərinin vəziyyəti - ARAŞDIRMA

Əhalinin banklara inamı artır - Banklar faizləri uzun müddət ödəyə biləcəklər?

Kənd təsərrüfatı məhsullarının dəyəri 13 milyarda çatıb

Dünyanın ən hündür körpüsü istifadəyə verilir - Eyfel qülləsindən iki dəfə yüksəkdir

​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB

Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı

Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?

Ötən il əsas kapitala nə qədər investisiya yatırılıb?

Trampın qonşuluğundakı malikanənin qiyməti açıqlandı - Foto

Əmək müqavilələrinin sayı 1 mln. 873 minə çatıb

Yanacağa qənaət etməyin 10 SADƏ YOLU

Karyerasına başladığı klubu aldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin