BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7766
  • RUB
    1.7015
  • TRY
    0.0476
  • GBP
    2.1072
63779

Bakıda binaların komendant sistemi ilə bağlı demək olar, bir çox vətəndaşlar narazılıq edir. Adətən yığılan pulların xərclənməsi bina sakinlarini qane etmir. Yaxud qeyd edirlər ki, binalarda komendantlara ödənilən məbləğ yüksəkdir, vətəndaşların ödəməyə gücü çatmır. Hətta bəzən vətəndaşlar yaşamadıqları evlərinə görə belə, komendanta pul ödəməli olurlar. 

Komendant sistemi ilə bağlı hansı boşluqlar var? Qiymətlər niyə bu qədər yüksəkdir?

Mövzu ilə bağlı açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, bu, olduqca böyük kütləni əhatə edən problemdir:

“Tək Bakıda yox, Azərbaycanda 2 minə yaxın yeni inşa olunmuş bina var, hansılar ki, düzgün idarə olunmur və burada özbaşınalıqlar baş alıb gedir, o cümlədən kölgə iqtisadiyyatının böyük həcmini təşkil edir. Ümumilikdə 2 minə yaxın binada təxmini hesablamalara görə, 1 milyona yaxın vətəndaş yaşayır. Hazırda bu komendant özbaşınalığına, qanun pozuntularına və digər problemlərə görə 1 milyona yaxın vətəndaş əziyyət çəkir. Bu, olduqca böyük rəqəmdir. Demək olar, ölkədə inşa olunmuş çoxmənzilli binaların 95 faizindən çox hissəsi qanuna zidd idarə edilir. Hətta rəsmi idarəetmə təşkil olunsa da, orada şəffaflıq yoxdur, yenə də müxtəlif, qanuna uyğun olmayan davranışlar sərgilənir. Yəni vətəndaşlardan toplanan vəsaitlə bir çox işbazlar böyük həcmdə qazanc əldə edir, faydalanırlar.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin çoxmənzilli binanın idarə edilməsi ilə bağlı fəsli var. Burada çoxmənzilli binanın idarə edilməsi birbaşa həmin binada olan mülkiyyət sahiblərinin üzərinə düşür. Vətəndaşlar toplanaraq müştərək cəmiyyət yaratmalıdırlar. Bundan sonra Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməklə idarəetmə üsulunu seçməlidirlər. İdarəetmə üsulu isə üç formada olur. Vətəndaşlar sakinlər arasından ayrı-ayrı şəxsləri müəyyən edirlər – kimi elektrik, kimi santexnik, kimi mühafizəçi və.s olur və başqa heç kimi bura cəlb etmirlər. Digər üsullardan biri – idarəetmənin növü – sədr, idarə heyəti və.s təşkil olunandan sonra kənardan mütəxəssislər dəvət edilir. Növbəti üçüncü üsul isə - vətəndaşlar idarəetməni hər hansı təşkilata həvalə edirlər. Bunlar hamısı qanunda əks olunub”.

Ekspert qeyd etdi ki, binanın idarə olunması xərcləri birbaşa vətəndaşların üzərinə düşdüyündən xidmətlərin seçimi ümumi qərarlarla təyin olunur:

“Yığılan tariflər təyin olunur, vətəndaşların istəkləri müəyyən edilir. Məsələn, mühafizəçilərin sayı, yanğından əlavə mühafizə sistemi, əlavə kameralar, domafon sistemi, internet provayderi seçimi və.s kimi məsələlər təyin olunur. Təəssüf ki, hətta bu kimi xırda seçimləri belə vətəndaşlarımızedə bilmir. Komendant istənilən provayderi cəlb edir və ya digər məsələləri həll edir, özü də ondan faydalanır, həmin təşkilatlardan faiz qazanır. Tullantıların daşınmasından, parklanmadan, elektrik enerjisindən, cari təmirlərə yığılan vəsaitlərdən yeyintilər olur. Bunlar hamısı kölgə pullarıdır, işbazlar çalışırlar ki, dolayı yolla ciblərini doldursunlar. Təbii ki, bu cür özbaşınalıqlardan ən çox zərər çəkənlər sakinlərdir.

Vətəndaşlar da qanundan xəbərsiz olduqlarına görə, heç nə edə bilmirlər, bu proses illər boyu davam edir. Qanunda yazılıb ki, əgər bina inşa edilib qurtarıbsa, 6 ay ərzində istismardan qəbuldan keçməlidir, ondan sonra vətəndaşlar çıxarışlar əldə edirlər. Çıxarışlar toplanandan sonra 51 faiz olmaqla vətəndaşlar toplanıb müştərək cəmiyyətin yaradılması ilə bağlı protokol hazırlayırlar. Sənədlər Ədliyyə Nazirliyinə göndərilir və müştərək cəmiyyət təsis olunur. Ölkədə təxminən 200-ə yaxın müştərək cəmiyyət yaradılıb. Təsəvvür edirsiniz, 2 min bina var və cəmi 200-ə yaxın müştərək cəmiyyət...Əminliklə deyə bilərəm ki, hətta onların da 90 faizində şəffaflıq yoxdur. Baxmayaraq ki, qanuni müştərək cəmiyyət təşkil olunub, orada da dolayı yollarla müəyyən işbazlar ciblərini doldurmağa davam edirlər”.

©sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu şirkət 25 000 manat cərimələnə bilər

"DeepSeek"in “Bitcoin” fonlama faizlərinə mənfi təsiri

Azərbaycan qeyri-neft məhsullarını bu ölkələrə satır - CƏDVƏL

Prezidentdən polislərin maaşı ilə bağlı FƏRMAN

"MicroStrategy" və "BlackRock" dayanmır: Hər qiymətə "Bitkoin" alırlar!

"MicroStrategy" və "BlackRock" dayanmır: Hər qiymətə "Bitkoin" alırlar!

İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib

Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının maaşları artırılıb

Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış

Daxili Qoşunların hərbçilərinin maaşı artırıldı

Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib

Bu şəxslərin maaşları artırıldı

Xaric edilən kursantların hərbi xidmətə göndərilməsi şərtləri dəyişdirildi

AT&T-nin gəliri gözləntiləri, xalis mənfəəti isə proqnozları üstələyib

Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşma mənbələri genişləndirilib

Prezident cinayət tərkibi olmayan məişət zorakılığı ilə bağlı şikayətə baxılma qaydasını təsdiqləyib

Alkoqollu içkilərin satışının minimum qiyməti müəyyən olunacaq

Prezident bu qanunda dəyişiklik etdi

Prezident bu qanunda dəyişiklik etdi

Samir Şərifova yeni vəzifə verildi

Avropa İttifaqı Gürcüstanla vizasız rejimi qismən dayandırdı

Nazirliklə sığorta şirkəti arasında 818 898 manatlıq müqavilə

Keçmiş məcburi köçkün yaşadığı evdə kommunal borc saxlayıbsa, kim ödəməlidir?

Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib

Mənfəəti azalan banklar - SİYAHI

Pakistanda "Tesla Cybertruck"ın ucuz surəti hazırlandı (FOTO/VİDEO)

Böyük Britaniyada 200 şirkət 4 günlük iş həftəsinə keçir

Ucuz aviatur biletləri satmaq adı ilə yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsə hökm oxunub

Bu marşrut xətti “Xaliq Faiqoğlu”na verildi

Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına razılaşıb

Qazaxıstanla Çin arasında investisiya portfeli 60 milyard dolları ötüb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin