Kredit gecikməsi olanlara yeni kredit verilir?
Bir çox hallarda bank qarşısında gecikmiş kredit öhdəliyi olan vətəndaşlar yeni kredit götürmək məqsədi ilə bank olmayan kredit təşkilatlarına (BOKT) üz tutur. Bunun əsas səbəbi digər bankların belə problemli müştərilərə, adətən, kredit verməməsidir.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, kredit gecikməsi olan vətəndaş istər banka, istərsə də BOKT-yə yeni kreditlə bağlı müraciət edə bilər:
“Ümumiyyətlə, vətəndaşın krediti gecikdirməsi hansısa bankı kredit verməkdən çəkindirmir. Yəni yeni krediti bank da verə bilər. Amma bu bank üçün riskdir, çünki əgər hansısa şəxs başqa bir bankdan borc alıb qaytara bilmirsə, deməli, ondan da borc alıb qaytarmaya bilər.
Eyni məsələ bank olmayan kredit təşkilatları ilə bağlı da keçərlidir. Onların da MKR-ə (Mərkəzləşdirilmiş Kredit Reyestri) çıxışı var. BOKT-lar da MKR-ə baxıb yoxlaya bilir və kredit verib-verməyəcəyi ilə bağlı qərar da özlərindən asılıdır”.
Ekspert qeyd edib ki, vətəndaşa yeni krediti verib-verməməsi bankın öz ixtiyarındadır:
“Qanunla bu məhdudlaşdırılmır. Mərkəzi Bankdan da bununla bağlı banklara və BOKT-lara hansısa normativ prosedur göndərilməyib. Bu, onların özündən asılıdır.
Adətən, bank olmayan kredit təşkilatları problemli müştərilərə kredit vermir. Çünki bu onlar üçün ciddi risk təşkil edir. Konkret desək, problemli krediti olan vətəndaşın kredit götürmək hüququ var. Amma bankların və BOKT-larınn öz səlahiyyətindədir ki, belə şəxslərə kredit versin, yaxud verməsin”.
©yeni sabah
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay