BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
60462

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.

Layihəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.

Bu torpaqların icarəyə verilməsinin aqrar sektorun inkişafına necə təsir edəcək? 

Mövzu ilə bağlı Valyuta.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib ki, bu torpaqlar uzunmüddətli icarəyə verilməlidir:

"Ümumiyyətlə, bir çox Aropa ölkələrində, Almaniya, Niderland kimi ölkələrdə torpaqlar əsasən icarəyə verilir. Torpaqları o fiziki şəxsə, firmaya icarəyə verirlər ki, onların bu işlə məşğul olan mütəxəssisləri olur. Hətta həmin torpaqları icarəyə götürmək istəyən insanları sual-cavab edirlər. Torpaqdan necə və hansı məqsədlə istifadə edəcəklərini soruşurlar. Azərbaycanda isə 1995-ci ildə bütün bunları nəzərə almadan "sovxoz" və "kolxoz"ların torpağını ayrı-ayrı şəxslərə payladılar. Bu torpaqların icarəsinin isə bir-iki ilə verilməsi doğru deyil. Torpaqları əvvəldən əkinə hazırlamaq lazımdır. Bunun üçün də kifayət qədər kapital qoyuluşu lazım olur. Lakin heç bir kəndli 2-3 illik icarəyə götürdüyü torpağa bu qədər kapital yatırmaz. Torpaqlar uzun müddətli, ən azı 19-49 ilə icarəyə verilməlidir ki, onu icarəyə götürən şəxsdə maraqlı olsun, torpağın qayğısına qalsın, lazımı olan aqrotexniki qaydalara əməl etsin. Belə olan halda həmin torpaqlardan istifadə yaxşı nəticə verə bilər". 

Ekspert deyib ki, işğaldan azad edilmiş torpaqlar daxil bütün Azərbaycanda bu qanun tətbiq olunması ilə bağlı qaydaları ciddi hazırlamaq lazımdır:

"Torpaq elə bir istehsal vasitəsidir ki, ona lazımi mineral elementləri vermədən, su təminatını həyata keçirmək məqsədi ilə suyun həmin əraziyə gətirilməsini təşkil etmədən orda istehsalla məşğul olmaq mümkün olmayacaq. Torpağa dən atmaqla məhsul vermir".

Vahid Məhərrəmov əlavə edib ki, bir neçə ildir işğaldan azad olunmuş 250 min hektar ərazilərdə əkin işləri aparılır. Bu ərazilərdə heyvandarlıqla, arıçılıqla məşğul olanlar var. Lakin bunların ümumi istehsala xeyri olmayıb. Bunun da bir çox səbəbləri var:

"Həmin torpaqlar münbitləşdirilməlidir. Uzun müddət istifadə olunmaması o demək deyil ki, həmin torpaqlar xam torpaqlardır. Bu yalnış fikirdir. Həmin torpaqlar uzun müdət istifadə olunmayıb, torpaqlara yağan yağışlar torpağın tərkibindəki mineral elementləri yuyub onun alt hissəsinə aparır. Bu da bitkinin inkişafı üçün əlçatan deyil. Yenidən bu torpaqlarda aqrokimyəvi analizlər aparılmalıdır. Torpağın tərkibində hansı elementlər çatışmır və ya daha çox olması müəyyən edilməlidir. Bütün bunlar haqqında kəndliyə məlumat verilməlidir". 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Trampın qaydışı, investorların qorxuları... - Avro populyarlığını itirir

"Intel"in çip layihəsindən sonra Almaniya yeni subsidiyalar hazırlayır

Bəzi universitetlərdə 9 ixtisasın proqram akkreditasiyası qəbul edilib

"Halil Logistika" gömrük qaydalarını pozub?

"SOCAR Polymer”in ixrac gəlirləri 14% azalıb

Rabitəbankda etibarlı əmanətiniz rahat gəlir gətirəcək! ®

"Evimiz İnşaat" məhkəməyə verildi

Məşhur tütün şirkəti 29 milyonluq məhsul ixrac edib - 40 dəfədən çox artıb

Qara Cümə: Şirkətlər həqiqətən endirim edir, yoxsa bu fırıldaqdır?

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

10 ayda Azərbaycandan Rusiyaya 1 mlrd. dollara yaxın qeyri-neft məhsulu ixrac edilib

“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb

Nazir müavini: "Günəş və külək enerjisinin maya dəyəri ənənəvi enerjidən daha ucuz başa gəlir"

İşğaldan azad olunan torpaqlar icarəyə verilərkən nəyə diqqət etmək lazımdır?

Bu arayışı almaq asanlaşdı - Heç yerə getməyə ehtiyac yoxdur

Bu stansiyalar arasında interval 10 dəqiqə olacaq

Neft Fondu bu tədbirlər üçün 125 min manat ayırdı - TENDER ELANI

Rusiyada saxta şərab hazırlayan azərbaycanlı dəstə ifşa olundu

Dekabrda leysan və qar yağacaq, şaxta da olacaq - Ayın HAVA PROQNOZU

Agentlik 14 ədəd avtomobil alır - Biri 40 min manata

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı®

İşəgötürənlər niyə daha çox gənclərə üstünlük verirlər?

Suyun verilməsində qrafik ləğv olunacaqmı?

Əli Əsədov yeni qərar imzaladı

İşdən çıxarılan direktor məhkəmə qərarı ilə vəzifəsinə qayıtdı

Tarixin ən böyük üçüncü cekpotu uduldu - 177 MİLYON

MDB-də ən az tələbə Azərbaycandadır - Siyahı

Daha sadə Vergi Məcəlləsi hazırlanır

35 yaşlı vəkilə parlamentdə vəzifə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin