Dizel istehsalındakı kəskin artım nə ilə bağlıdır?
Neft məhsullarından dizel yanacağının istehsalı 5,1 dəfə , sürtkü yağları istehsalı 13,3 faiz, neft bitumu istehsalı 2,7 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Dizel yanacağı istehsalında bu qədər artımın səbəbi nədir?
Valyuta.az xəbər verir ki, suala iqtisadçı-ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, dizel yanacağının istehsalının bu qədər artmasının bir çox səbəbləri var:
“Əvvəla neftayırma zavodunda yenidənqurma işləri tamamlandı və dizel yanacağının istehsalı üçün ölkəyə müasir avadanlıqlar gətirildi. Təbii ki, keyfiyyətli məhsula da hər zaman tələbat var. Ona görə də texniki olaraq istehsalın sürəti artıb. İkincisi, dizel yanacağına təkcə Azərbaycanda yox, region ölkələrində tələbat artıb.
Artan tələbatı da ödəmək üçün Azərbaycan xam neftdənsə daha çox dizel yanacağı ixracına üstünlük verir.
Üçüncü məqam ondan ibarətdir ki, ölkə daxilində də istehlak artıb. İşğaldan azad olunmuş bölgələrdə kənd təsərrüfatı işlərinin və quruculuq abadlıq işlərinin aparılması üçün dizel yanacağa böyük tələbat yaranıb. Ona görə də istehsalatın yenidənqurulması və artan tələbat fonunda istehsalın 5 dəfə artması heç də təəccüblü deyil”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay