BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8748
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2318
56796

Rəqabət biznes mühitinin yaxşılaşdırılması və bazar iqtisadiyyatının təşəkkül tapması üçün başlıca amildir.

Bu həm də əmtəə və xidmət bazarlarında qərarların sərbəst qəbul edilməsinə imkan verən yarış formasıdır.

Rəqabətli bazarlarda payların az olması nəticəsində iştirakçıların qiymət diktə etmə, qıtlıq və bolluq yaratmaq, kiçik subyektlərin sıxışdırılmsı kimi imkanlar məhdudlaşır. Nəticədə, bazar payını əldə saxlamaq üçün  biznes subyektləri xərcləri azaltmağa, effektiv istehsalı stimullaşdırmağa məcbur olurlar. Bu da istehlakçının mənafeyinə uyğun bazar qiymətləri və məhsul növləri formalaşmasına imkan yaradır.

Azərbaycanda bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə ilk dövlət qurumu - Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi 1992-ci ildə yaradılıb. Həmin il bazar iqtisadiyyatına keçidlə bağlı mühüm əhəmiyyəti olan "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib, İnhisarçı müəssisələrin və birliklərin məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında" fərman imzalanıb.

2001-ci ildə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hüquqi şəxs statusunda İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edilərək Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib. 2006-cı ildə isə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da Xidmətin səlahiyyətlərinə aid edilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı fərmanla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb. Daha sonra antiinhisar fəaliyyəti, haqsız rəqabət, təbii inhisarlar, reklam, istehlak bazarına nəzarətlə bağlı səlahiyyətlər qurumun səlahiyyətlərinə daxil edilib.

Sonrakı illərdə Azərbaycan Respublikasının Satınalamalar üzrə Dövlət Agentliyi, Satandartlaşdırma, Metrologiya  və Patent üzrə Dövlət Komitəsi Xidmətin tabeliyinə verilib. 

27 avqust 2024-cü ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Agentlik antiinhisar nəzarəti, haqsız rəqabət, açıq məkan istisna olmaqla reklam qanunvericiliyinə nəzarət, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturu, o cümlədən standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələrində dövlət tənzimlənməsini həyata keçirən qurumdur. 

2024-cü il iyulun 1-dən Rəqabət Məcəlləsi qüvvəyə minib. Məcəllədə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar və digər normativ hüquqi aktlar yeni və vahid sənəddə birləşdirilib. Sənəddə rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlər (kartel sövdələşmələri), bazar payının müəyyən edilməsi, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə halları, iqtisadi təmərküzləşmələr və onların qiymətləndirilməsi, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri, təbii inhisar sahələrinə dair yeni meyarlar və haqsız rəqabət hallarının qarşısının alınmasına dair müddəalar öz əksini tapıb.

Rəqabət Məcəlləsinin qüvvəyə minməsi və bu sahədə siyasəti tənzimləyən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyəti hansı üstünlükləri vəd edir?

İqtisadçı ekspert Xalid Kərimli Modern.az-a bildirdi ki, Azərbaycanda antiinhisar fəaliyyəti və rəqabəti tənzimləmə zəif formadadır: “Dövlət bazar iqtisadiyyatına əsas iki formada müdaxilə etməlidir - vergi və rəqabət mühitinin tənzimləmələri ilə. Rəqabət Məcəlləsi və rəqabət qaydaları bazar iştirakçılarının konstitusiyasıdır. Bizdə rəqabət mühitini tənzimləyən qanunlar mövcud olsa da, tətbiqi bərbad vəziyyətdə olub. Bu ilin əvvəlində Rəqabət Məcəlləsi  təsdiqləndi və iyul ayından qüvvəyə minib. Bunun əsasında rəqabət orqanı yaradılıb. Əvvəl İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumun statusu böyüyüb və səlahiyyətləri artırılıb”.

Xalid Kərimlinin fikrincə Rəqabət Məcəlləsində sual doğuran məqamlar olsa da, sənəd ümumilikdə əvvəlki qanunlardan dəqiqliyi və müasirliyi baxımından çox fərqlənir.  

“Zaman-zaman süni qiymət artımından, özəl sektorun inkişaf etməməsindən danışırıq. Bunların kökündə rəqabətin normal təşkil edilməməsi dayanır. Birincisi, rəqabəti tənzimləyən orqan hələ də bazarlar haqqında məlumat hazırlayıb cəmiyyətə təqdim etməyib. Ola bilsin ki, belə bir sənəd hazırlanıb, amma təqdim olunmayıb. Bazarlarda əsas payçılar, onların bazar payı, inhisar, hökmran mövqedə olan kimlərdir, onların qiymətqoyma üzərində hansı tənzimləmələr var – bu məsələlər açıqlanmayıb. Üfüqi sazişlər, uyğunlaşdırılmış hərəkətlər və davranışlar, şaquli sazişlərə yeni orqan nəzarət etməlidir ki, bazarda həm alıcıların marağına zidd olan addımlar atılmasın. İstehsalın həcmində artım-azalma olmasın. Həm də digər kiçik bazar oyunçuların bazardan sıxışdırılıb çıxarılması baş verməsin. Bu istiqamətdə bu orqanın fəaliyyətini demək olar ki, görməmişik. Görsək də effektiv formada olmayıb”.

Ekspertin fikrincə, yenilənmiş qanunvericilik kifayət qədər proqressivdir. Qanunvericiliyin tətbiqi normal həyata keçirilsə, düşünürəm ki, ölkədə rəqabət mühitinin təkmilləşməsi istiqamətində yaxşı işlər görmüş olacaq. Yeni orqanın statusu buna əlavə güc verir, ciddi səlahiyyətləri var. İstənilən orqanı yoxlaya bilərlər. Qanunu pozanlara qarşı ciddi sanksiyalar tətbiq edə bilərlər. Əks halda hansısa güclü qruplar tərəfindən  kiçik bazar iştirakçılarının sıxışdırılması ilə nəticələnə bilər. 

Hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi formalaşma mərhələsindədir. Azərbaycan Respublikasının Nazirlər Kabineti Agentliyin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi, Agentliyin yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. 

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmiləri bir müddət öncə mətbuata açıqlamalarında bildirmişdilər ki, aparılan bazar araşdırmaları, həmçinin, quruma daxil olan müraciətlərin araşdırılması zamanı müxtəlif sahələr üzrə fəaliyyət göstərən bir sıra bazar subyektlərinin rəqabət qanunvericiliyinin tələblərinə tam əməl etmədiyi müəyyən olunub. Müşahidələr göstərir ki, istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsulları vasitəsilə haqsız rəqabətə yolvermə, istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə etməklə (əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən məlumatlar), habelə digər bazar subyektinin əmtəə nişanından qanunsuz yararlanmaqla haqsız rəqabətə yolvermə hallarına daha çox rast gəlinib. Toplanmış materiallar əsasında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və qanunamüvafiq tədbirlər görülüb.

Mütəxəssislərin fikrincə, Rəqabət Məcəlləsi və yeni yaradılan qurum iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradacaq və nəticə etibarilə bu prosesdən həm sahibkarlıq subyektləri, həm də istehlakçılar faydalanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi

Bakıda hardan torpaq almaq daha sərfəlidir? - Ekspert açıqladı

İstanbulda 4 nəfərlik bir ailənin yaşam xərcləri açıqlandı - 71 min...

"Bitcoin"in yaradıcısının kimliyi açıqlanacaq - BÖYÜK SİRR ÇÖZÜLÜR?

"Bitcoin"in yaradıcısının kimliyi açıqlanacaq - BÖYÜK SİRR ÇÖZÜLÜR?

Şəhərətrafı avtobuslarda gedişhaqları necə təyin olunur?

"Bakı Tikinti Quraşdırma" ASC-dən əmlak tələb edilir

Bu ölkədən Azərbaycana 2 500 manata at gətirilir

Azərbaycan Belarusla birlikdə Ağdamda aqroşəhərcik yaradacaq

Vergi Xidmətinə milyonlarla manatlıq İT xidməti göstərən şirkətin özünün saytı yoxdur

Vergi Xidmətinə milyonlarla manatlıq İT xidməti göstərən şirkətin özünün saytı yoxdur

Prezident və birinci xanım Cəbrayılda inşa olunan yaşayış kompleksinin açılışında (YENİLƏNİB)

“Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub

Aptek təşkilatçıları tibbi sığortanın subyektləri sırasına daxil edilir

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

İnhisarçılığa qarşı tədbirlər sərtləşir

Azərbaycanda piroliz yağının istehsalına dair birgə müqavilə imzalanıb

“Metropoliten”də sərnişinlə qatar yolu arasında şüşə maneə niyə quraşdırılmır? - Açıqlama

Azərbaycanda ən aşağı faizlə əmanət qəbul edən banklar məlum olub - TOP-5

Azərbaycanda ən aşağı faizlə əmanət qəbul edən banklar məlum olub - TOP-5

Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? - Təfərrüat

SOCAR bu il 2,5 mlrd. manatdan çox kredit cəlb edib

Turizm və rekreasiya zonalarında qadağan olunacaq fəaliyyət növləri müəyyənləşir

Azərbaycan bu ölkəyə 16 manata kərə yağı satır - Qiymətlər

"Bakı Sığorta" şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı

DİN-ə məxsus 58 maşın satışa çıxarılır - Qiymət (siyahı)

Uğurlu kişinin arxasında duran qadın kimdir?

Uğurlu kişinin arxasında duran qadın kimdir?

Kriptovalyutadan 3 saatda 100 dollarla 350 min dollar qazandı

Kreditlə müqayisədə lizinq faizləri niyə yüksəkdir? - (Video)

"Binance" bu tarixdə işləməyəcək

Sumqayıt-Bakı qatarında problem olub

Azərbaycan nefti ardıcıl 4 gündür bahalaşır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin