BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8758
  • 1 Rusiya rublu
    0.0178
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2517
56747

“Əgər dünya standartlarına uyğun turizm qurmaq istəyirksə, mütləq şəkildə turizmin müxtəlif spektorlarını işlək vəziyyətə gətirməliyik ki, müxtəlif maraqları olan turistləri Azərbaycana cəlb edə bilək”. 

Bu sözləri Valyuta.az-a turizm eksperti Əziz Şiriyev ölkədə halal turizmin inkiaf etdirilməsi haqqında danışarkən deyib. 

Əziz Şiriyev bildirib ki, halal turizm dünyanın bir çox ölkələrində, xüsusilə ərəb ölkələrində özünəməxsus yer tutub:

“Biz bu gün ölkəmizə müxtəlif təyinatlı turistləri cəlb etmək istəyiriksə, halal turizmə keçid istiqamətində addımlar atmalıyıq. Nəzərə almalıyıq ki, ölkəmizin turizmi hava limanından başlayıb otellərdə bitmir. Ümumiyyətlə, Azərbaycan turizmi bu deyil. Bizim mədəniyyətimiz, incəsənətimiz, mətbəximiz var. Bundan başqa, halal turizm üçün tam yetərli mentalitetimiz var”.

Ekspertin sözlərinə görə, halal turizmlə bağlı məsələlər ortaya çıxmadan öncə də Azərbaycanda  bir neçə halal otel belə fəaliyyət göstərib:

“Həmin otellərin də qonaqları var, müxtəlif ölkələrdən o otellərə turistlər gəlir. Bu otellər artıq bir neçə müddətdir fəaliyyət göstərirsə, deməli, halal turizmə maraq var.  

Bu yaxınlarda Azərbaycana 50-dən çox ərəb investor gəlmişdi. Görüş zamanı onlar halal otellərin yaradılması, halal sistemlərin qurulmasının tərəfdarı olduqlarını səsləndirdilər. Biz də xüsusilə ərəb ölkələrindən turist cəlb etmək istəyiriksə, mütləq şəkildə bu məslələrə diqqət etməliyik. Nəzərə almalıyıq ki, gələn turistlərin hamısı cavan deyil, onlar əyləncə üçün gəlmir. Həmin turistlərin əksəriyyəti ailələri ilə gəlir. 

Halal turizm sistemi artıq yavaş-yavaş Azərbaycana gəlir. Düşünürəm ki, bu turizmin də öz müştəri bazası olacaq və ehtiyaclı bazardır”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Devid Bekhem Mayamidə 80 milyon dollara malikanə alacaq

Sanksiyalar neft məhsullarını Aİ üçün nə qədər bahalaşdırıb?

Daşaltıda 3 milyonluq turizm infrastrukturu yaradılır

iOS 18 yeniləməsi "iPhone" modellərində batareyaları zədələyir

"Süleymanoğlu Group" reklam qanunvericiliyini pozub

Yaxın Şərqdə gərginlik pik həddə: Ekspert qlobal neft böhranı proqnozlaşdırır

"Azmet" ölkədən valyuta çıxarıb

"Nissan”ın keçmiş rəhbəri dəbdəbəli yaxtanı qaytarmalı və 32 milyon təzminat ödəməlidir

Hindistan Rusiyadan neft alışını artırıb

"My Broker"lə "Technity" şirkəti arasında nə baş verib?

SWIFT ənənəvi və rəqəmsal maliyyəni birləşdirəcək

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə gətirdi

IEA: 2025-ci ildə qlobal qaz tələbatı rekord səviyyəyə çatacaq

Daha bir şirkət cərimələnir

ABŞ-ın dövlət borcu rekord həddə artdı - MƏBLƏĞ

İlham Əliyev Zəngilanda açılış etdi, yaşayış komplekslərinin təməlini qoydu (YENİLƏNİB)

“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib

İstifadəçilər sentyabrın ən yaxşı smartfonlarını seçdi - TOP-10

Vüqar Qurbanovdan yeni təyinat

Vüqar Qurbanovdan yeni təyinat

Mərkəzi Bank "Autodoc As Company"yə protokol yazdı

Prezident və birinci xanım Cəbrayıla səfər edib (YENİLƏNİB)

Hindistandan şad xəbər gəldi, düyü kəskin ucuzlaşdı

Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib

Rövşən Binnətli vəzifəsindən azad olundu

Rövşən Binnətli vəzifəsindən azad olundu

Azərbaycanda karbon emissiyasını sürətlə azaltmaq üçün tələb olunan investisiyanın məbləği açıqlanıb

Oqtay Əsədovun qardaşı oğluna məxsus olduğu deyilən şirkət 1 milyonluq tenderin qalibi seçildi

Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" - Kredit portfeli 3 dəfədən çox azalıb

Qlobal ətraf mühit problemləri - Dünyamızı necə qoruyaq?

Azərbaycanda halal turizmə ehtiyac var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin