BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8758
  • 1 Rusiya rublu
    0.0178
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2517
56730

Rusiyanın milli valyutası – rublun məzənnəsi son bir ay ərzində dollar qarşısında 8% dəyərdən düşüb.

Yeniavaz.com xəbər verir ki, sentyabr ayının 3-də 1 dollar 88 rubla bərabər olduğu halda, bu gün bir dollar 95 rubl olub.

Bəs görəsən, manatın məzənnəsinin dollar qarşısında sabit qalması fonunda Rusiya rublunun son bir ayda dollar qarşısında 8% dəyərdən düşməsinin Azərbaycan iqtisadiyyatına hansı müsbət və mənfi təsirləri olacaq?

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşı olduğundan, bu ölkədə milli valyutanın dollar qarşısında ucuzlaşması ölkə iqtisadiyyatına mütləq təsir edəcək:

“Rublun dollar qarşısında dəyərdən düşməsi ilk növbədə bu ölkədən Azərbaycana idxal olunan məhsulların qiymətində müşahidə olunacaq. 

Bildiyimiz kimi, Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrdən biri Rusiyadır. Bu ilin ilk 8 ayı ərzində Rusiyadan 2,2 milyard dollar dəyərində məhsul gətirilib və Rusiya Çindən sonra idxalda 2-ci ölkə olub. Bu həm də o deməkdir ki, hər ay Rusiyadan Azərbaycana təxminən 275 milyon dollarlıq məhsul idxal olunur. Son bir ayda Rusiyada cəmi 0,2% səviyyəsində inflyasiyanın olduğunu nəzərə alsaq, o zaman şimal qonşumuzdan gətirilən məhsulların qiymətində ciddi ucuzlaşmanın olması lazımdır. Yəni, son bir ayda rublun məzənnəsinin dollar qarşısında 8% ucuzlaşması Rusiyadan gətirilən məhsulların da eyni səviyyədə ucuzlaşması deməkdir. Məsələn, bir ay əvvəl Rusiyada dəyəri 1 000 rubl olan hər hansı bir məhsul üçün 11 dollar və ya 19 manat ödəyirdiksə, hazırda eyni məhsula 10,5 dollar və ya 18 manat ödəyirik”.

İqtisadçı qeyd edir ki, rublun dəyərdən düşməsinin təsirlərindən biri də bu ölkəyə ixrac etdiyimiz məhsulların bahalaşması ilə bağlı olacaq:
“Düzdür, idxalla müqayisədə Rusiyaya ixrac etdiyimiz məhsulların dəyəri təxminən 3 dəfə azdır. Amma, bütün hallarda Rusiya həm də ixracda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu ilin ilk 8 ayında Rusiyaya təxminən 770 milyon dollarlıq məhsul ixrac edilib. Son bir ayda rublun məzənnəsinin dollar qarşısında 8% ucuzlaşması Rusiyaya satdığımız məhsulların da eyni səviyyədə bahalanması deməkdir. Bunun müsbət tərəfləri ondan ibarətdir ki, biz eyni miqdarda məhsul ixrac etdiyimiz halda, rublun ucuzlaşması hesabına ölkəyə daha çox valyuta daxil olur. Mənfi tərəfi isə odur ki, məzənnə dəyişikliyi Rusiyada Azərbaycan məhsulunun qiymətini yüksəldir ki, bu da həmin məhsulların rəqabət qabiliyyətini aşağı salır”.

Allahverdi Aydın deyir ki, rublun dollar qarşısında və buna paralel olaraq da manata nisbətən ucuzlaşmasının mənfi təsirlərindən bir də Rusiyada işləyən və Azərbaycana pul göndərən soydaşlarımıza vurduğu zərərdir. O bildirir ki, əmək haqqını rublla alıb Azərbaycana göndərənlər üçün mövcud məzənnə dəyişikliyi sərfəli deyil:

“Hazırkı vəziyyət Rusiyada işləyən soydaşlarımızın real qazancını azaltmış olur ki, bu da şimal qonşumuzdan ölkəyə daxil olan vəsaitin azalması deməkdir. Məsələn, əvvəl Rusiyada işləyən bir həmyerlimiz qazandığı 10 000 rublu bir ay əvvəl Azərbaycana göndərəndə həmin vəsaiti buradakı ailə üzvləri 192 manat olaraq alırdılarsa, bu gün göndərdiyi 10 000 rublu 178 manat olaraq alırlar. Hər zaman olduğu kimi, bu il də Azərbaycana ən çox pul Rusiyadan göndərilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Devid Bekhem Mayamidə 80 milyon dollara malikanə alacaq

Sanksiyalar neft məhsullarını Aİ üçün nə qədər bahalaşdırıb?

Daşaltıda 3 milyonluq turizm infrastrukturu yaradılır

iOS 18 yeniləməsi "iPhone" modellərində batareyaları zədələyir

"Süleymanoğlu Group" reklam qanunvericiliyini pozub

Yaxın Şərqdə gərginlik pik həddə: Ekspert qlobal neft böhranı proqnozlaşdırır

"Azmet" ölkədən valyuta çıxarıb

"Nissan”ın keçmiş rəhbəri dəbdəbəli yaxtanı qaytarmalı və 32 milyon təzminat ödəməlidir

Hindistan Rusiyadan neft alışını artırıb

"My Broker"lə "Technity" şirkəti arasında nə baş verib?

SWIFT ənənəvi və rəqəmsal maliyyəni birləşdirəcək

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə gətirdi

IEA: 2025-ci ildə qlobal qaz tələbatı rekord səviyyəyə çatacaq

Daha bir şirkət cərimələnir

ABŞ-ın dövlət borcu rekord həddə artdı - MƏBLƏĞ

İlham Əliyev Zəngilanda açılış etdi, yaşayış komplekslərinin təməlini qoydu (YENİLƏNİB)

“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib

İstifadəçilər sentyabrın ən yaxşı smartfonlarını seçdi - TOP-10

Vüqar Qurbanovdan yeni təyinat

Vüqar Qurbanovdan yeni təyinat

Mərkəzi Bank "Autodoc As Company"yə protokol yazdı

Prezident və birinci xanım Cəbrayıla səfər edib (YENİLƏNİB)

Hindistandan şad xəbər gəldi, düyü kəskin ucuzlaşdı

Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib

Rövşən Binnətli vəzifəsindən azad olundu

Rövşən Binnətli vəzifəsindən azad olundu

Azərbaycanda karbon emissiyasını sürətlə azaltmaq üçün tələb olunan investisiyanın məbləği açıqlanıb

Oqtay Əsədovun qardaşı oğluna məxsus olduğu deyilən şirkət 1 milyonluq tenderin qalibi seçildi

Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" - Kredit portfeli 3 dəfədən çox azalıb

Qlobal ətraf mühit problemləri - Dünyamızı necə qoruyaq?

Azərbaycanda halal turizmə ehtiyac var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin