BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8805
  • 1 Rusiya rublu
    0.0177
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2555
56628
Azərbaycanda bir universitet müstəqil olaraq tələbə seçimi edəcək.
 
Xezerxeber.az-ın məlumatına görə, bir müddət əvvəl Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan Universiteti ilə bağlı imzaladığı sərəncama əsasən, təhsil müəssisəsinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib.
 
Bəs, Türkiyə-Azərbaycan Universitetinə verilən "müstəqil tələbə seçimi" hüququ nədir? Ümumiyyətlə, proses necə təşkil ediləcək?
 
Məsələni "Xəzər Xəbər”ə şərh edən təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib ki, tələbə seçimini müstəqil aparma" ifadəsi müəyyən bir təhsil müəssisəsinə tələbə qəbulunun, dövlətin və ya hər hansı mərkəzi qurumun müdaxiləsi olmadan, həmin universitetin öz qaydalarına və meyarlarına əsasən həyata keçirilməsini nəzərdə tutur.
 
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin universitetlərində bu təcrübə çoxdan var. Prosesi universitet imtahan müsabiqəsi ilə yox, özü həyata keçirir. Bəs Dövlət İmtahan Mərkəzinin müsabiqəsindən əldə olunan nəticə sözügedən universitetə qəbul üçün lazım olacaqmı?
 
Məsələ ilə bağlı DİM-dən bildirilib ki, abituriyent bu qurumun keçirdiyi müsabiqədə iştirak etməli və daha sonra universitetin təyin etdiyi şərtləri ödəməlidir. Sonra isə o nəticə əsasında müstəqil seçim aparılacaq.
 
Bir sözlə, müstəqil seçim hüququ dedikdə, bu, universitetin və ya həmin təhsil müəssisələrinin DİM imtahanlarının nəticələrindən istifadə edərək tələbə seçimini öz qaydalarına və meyarlarına uyğun həyata keçirməsi deməkdir. Yəni, universitet dövlət tərəfindən tənzimlənmədən, öz daxili qərarlarına əsasən tələbə seçə bilər. Dövlət yalnız nəticələri təmin edir, lakin seçim prosesi tamamilə universitetin səlahiyyətindədir.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“El-Seym İnşaat” cərimələndi

Rusiya Qazaxıstana qaz nəqlini artıra bilər

Poliqonda milyonlarla dəyəri olan avtomobil kolleksiyası tapıldı - 40 il gizlədilib

"İntermak Group" cərimələnə bilər

Baş Prokurorluq ABŞ banklarından 35 milyard rublu geri tələb edir

Neftin qiyməti 50 dollara düşə bilər

Wildberries məhsulları fotoya görə axtaran neyron şəbəkəsini işə saldı

Mərkəzi Bank "FMO Group"a protokol yazdı - Şirkət hansı qaydanı pozub?

"Jeep" 150 mindən çox avtomobili geri çağıracaq

Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - Siyahı

Ekspert süni intellekt vasitəsi ilə pul qazanmağın yollarından danışdı

Rusiyada çayda pestisidlərin izn verilən standartlarını dəyişmək istəyirlər

Sürücülərin nəzərinə - Bu hallarda cərimələnə bilərsiniz (VİDEO)

Məcburi auditdən yayınan şirkət cərimələndi

Azərbaycan İnnovasiya Mərkəzi açılıb

"EGO 1" məhkəməyə verilib

Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

Dövlət Neft Fondunun valyuta satışını azaltdı

Bu il kirayə üsulu ilə satılan mənzillərin sayı açıqlandı

Prezident sahibkarlarla bağlı Fərman imzaladı

İçərişəhərə yalnız onlar maşınla daxil ola biləcək

Banklar gəliri xaricdən olan vətəndaşlara kredit vermirlər?

Banklar gəliri xaricdən olan vətəndaşlara kredit vermirlər?

"El Oil" QSC inzibati məsuliyyətə cəlb edilib

"Əməkhaqqı və pensiya ilə bağlı ikirəqəmli artım təklif edirik"

Restoranlarda onlayn rezerv zamanı depozit tələb edilə bilərmi? - AÇIQLAMA

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - Təfərrüat

Vahid Ələkbərovun sərvəti kəskin artdı - Siyahıda başqa kimlər var?

İpotekada olan əmlaklarla bağlı MÜHÜM QƏRAR

Necə olur ki, maliyyə piramidaları tez məşhurlaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin