BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2757
56337

Son zamanlar influenserlər və məşhur şəxslərin qanunsuz mərc oyunlarını reklam etməsinin tez-tez şahidi oluruq. Bu cür reklamlara daha çox “Instaqram”, “TikTok” “Telegram” kimi sosial şəbəkələrdə rast gəlirik…

İnfluenserlər və məşhurların bu cür qanunsuz oyunların reklamında iştirakı hansı məsuliyyət yaradır?

Maraqlıdır, onlara qarşı hansı hüquqi tədbirlər görülə bilər?

Hüquqşünas Tural Həsənli Demokrat.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. Cinayət Məcəlləsinə əsasən, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama cinayət məsuliyyətinə səbəb olur.

 “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir”.

Ekspert qeyd edib ki, son zamanlar bəzi məşhur şəxslərin media subyektlərində, internet sosial platformalarında qanunsuz mərc oyunlarını reklam və təbliğ etməsi, tərifləməsi, digər şəxsləri həmin oyunlarda iştiraka çağırış etməsi və həmin qumar oyunlarını təbliğ etməsi geniş yayılıb:

“Sadalanan hərəkətlərin həyata keçirilməsi qanun pozuntusu olmaqla yanaşı, həmin reklam əsasında buna marağı yaranan şəxslərin həmin oyunlarda iştirak etdikdən sonra onlara pul vəsaitinin əldən çıxmağı ilə nəticələnən maddi zərər vurur.

İnzibati Xətalar Məcəlləsinə əsasən, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir”.

Hüquqşünas T.Həsənli onu da əlavə edib ki, sosial platformalar üzərindən oynanılan qumar oyunlarında oyunçu öz kart məlumatlarını həmin platformaya daxil edərək iştirak edir:

“Bu isə özlüyündə zəmanətsiz sistem olduğundan müvafiq şəxslərin kart hesablarına xarici domenlərdən kiber yolla müdaxilə edilərək müxtəlif vaxtlarda onların pullarının digər hesablara ötürülməsinə, pul vəsaitlərinin əldən çıxmasına şərait yaradır. Vətəndaşlar hər bir halda ayıq olmalıdırlar, bu cür oyunlarda iştirak etməməli, mənbəyi məlum olmayan platformalarda şəxsi və kart hesabı məlumatlarını yerləşdirməməlidirlər”.

© Yenicag.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlon Mask: "Çinin istehsal gücünə görə ABŞ-ı ötüb"

Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır

Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır

Azərbaycanın beş startapı ABŞ-da qlobal sammitdə iştirak edəcək

Azərbaycana turistlər hansı məqsədlə gəlir? - İstirahətə gələnlər 900 minə yaxınlaşır

Bu şəhərdən Bakıya uçuşlar başlanılacaq

İçərişəhərə maşınlar buraxılmayacaq? - VİDEO

4 məktəbə direktor təyin edildi

Bu yolda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilfi

Şənbə gününün hava proqnozu

Rusiyada ikili vətəndaşlıq qadağan edilə bilər

Bank sektorunun aktivləri 50, öhdəlikləri 44 milyard manata çatıb

Prezident Zəfər parkında olub (FOTO/YENİLƏNİB

Əhali banklara əmanət qoyuluşun 1,3 milyard manat artırıb

Naxçıvanda İmtahan Mərkəzi yaradıldı

“AFB Bank”ın rəhbərliyinə təyinat

Sığorta şirkətlərinin gəliri 16 milyon manat artıb

"Bakıya yaxın bir yerdə yeni paytaxt tikmək daha yaxşı fikirdir" - Vahid Əhmədov

Rusiya Azərbaycana süd məhsulları satışını 2 dəfə artıra bilər

Tədavüldə olan qiymətli kağızların həcmi 8 milyard manata çatıb

Xlorun litrini xaricdən neçəyə alırıq?

Kapital Bank-ın sponsorluğu ilə “Agile Azerbaijan International Summit-2024” keçiriləcək®

İtaliya şirkəti Azərbaycandakı filialını bağladı

İnvestisiya şirkətlərinin xalis mənfəəti 15 %-dən çox azalıb

İnvestisiya şirkətlərinin xalis mənfəəti 15 %-dən çox azalıb

Qızıl və gümüş ucuzlaşdı

Oqtay Əsədovun xanımının yerinə təyinat

Oqtay Əsədovun xanımının yerinə təyinat

Azərbaycanda TOP3-ə daxil olan bankların kredit portfelində payı bir qədər də artıb

Möhbalıyevin həyat yoldaşı işdən çıxarıldı

Bu il həyatını sığortalatdıranlar 31 faiz artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin