BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2757
56282

Valyuta.az Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Qasım Q.Şaliyevin "Hüquq məhəlləsi"ndə “Kağız üzərində boşanma”yazısını təqdim edir.

İnsanlığın yarandığı ilk günlərdən bu günə, ailə cəmiyyətin əsas sütunu qəbul edilib. Ailə yalnız iki nəfərin evlənərək həyatlarını birləşdirməsi ilə deyil, uşaqların doğulması ilə formalaşır və möhkəmlənir. Davamında ailə üzvlərinin daha sağlam mühitdə yaşaması üçün birlikdə gələcək planları qurur, sevinc və acıları birlikdə qarşılayır, ötən zaman ərzində aralarında ata-ana və uşaq bağı “partnyor, dost” bağına çevrilir və ya çevrilməsi gözlənilir. Bu baxımdan, xoşbəxt övladların xoşbəxt valideynlərin yanında böyüməsi nəticəsində uşaqların özlərini ailədə güvəndə hiss etməsi vacib və əhəmiyyətli məqamdadır. 

Bu baxımdan təsadüfi deyil ki, Konstitusiyamızda da ailənin cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsində olduğu nəzərdə tutulub.

Bununla belə, praktikada müəyyən səbəblərdən cütlüklərin formal boşanmalara yol verdiyi müşahidə edilir. Rəsmi boşanma faktına baxmayaraq “ailə” birliyi davam edir, ailə təsərrüfatı əvvəlki qaydada birlikdə təmin edilir, hətta bəzən cütlüklərdən başqa ailə çevrəsi belə bu “kağız üstündəki” ayrılıqdan xəbərsiz olur. Nəticədə, hadisələrin gedişatında başda umulan, arzulanan sonda tapılmır və bu süni yaradılmış vəziyyət yeni mübahisələr yaranmasına səbəb olur. Bu zaman isə, vəkillərdən yol verilən bu hərəkətlərin nəticələrinin “yox edilməsi” xahiş edilir. Təəssüf ki, nikahın xitamının həqiqi olmadığını, tərəflərin iradəsini əks etdirməyini sübut etmək isə hüquqi imkanlar daxilində çox çətindir. Məhkəmədə boşanma iradəsini bəyan edib, müəyyən müddətdən sonra “mənim niyyətim başqa idi” deməklə nəsə fərqli nəticə gözləməyin hüquqi qarşılığı yoxdur, sözsüz.  Dini nikah, kəbinin olması da tərəflər arasında qanunla müəyyən edilmiş ər-arvad münasibətləri yaratmadığından, bu kimi hallarda “kəbin kağızının” mövcudluğu hüquqi əhəmiyyətə malik deyil.

Belə olan halda bir hüquq adamı olaraq, formal boşanmanın insanların gələcək həyatında yaratdığı bəzi risklərə toxunmaqla maarifləndirməyə ehtiyac olduğu qənaətini daşımaqdayam.

Kişi və qadın nikah münasibətlərinə daxil olarkən, qanundan irəli gələn müəyyən hüquqlara sahib olurlar. Ailə qanunvericiliyində bu məqam “ər  və arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduğu” məzmununda tənzimlənib. Bunun məntiqi davamı olaraq, ər və arvadın analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələlərini birgə həll edəcəkləri nəzərdə tutulub.

Diqqət edilməli olan və gündəlik həyatımızda rastlaşdığımız ciddi məsələ isə, ər və arvadın əmlak hüquqlarının keçirilməsi ilə əlaqədardır. Belə ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ümumi birgə əmlak dedikdə, kimin adına və ya kim tərəfindən qoyulmasından, kimin adına əldə olunmasından asılı olmayaraq, onların hər birinin fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xəsarət, sağlamlığın pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardım, o cümlədən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, şirkətlərə qoyulmuş paylar, əmanətlər başa düşülür.

Çox zaman digər tərəfin manipulativ hərəkətləri qarşısında səhvə yol verilməməsi üçün nəzərə alınmalıdır ki, qanunvericilikdə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan müstəqil qazancı olmayan arvadın (ərin) da ümumi əmlak üzərində eyni hüquqa malik olduğu müəyyən edilib.

Tərəflər başqa niyyət əsasında “müəyyən məqsədlə” boşandıqları zaman, onlar faktiki birlikdə olsalar da, hüquqən “subay” statusuna geri dönürlər. İşin təəssüfedici tərəfi də budur ki, bu boşanma “ülvi niyyətlə” olduğundan əmlakların hüquqi rejimi də müəyyən olunmur. Bildiyimiz kimi, qanunvericilikdə ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunduğu nəzərdə tutulub.

Tərəflər boşanmanın “kağız üzərində” olduğu qənaəti ilə belə bir iddia da qaldırmır və qanunvericilikdəki imkanı da şüurlu şəkildə əldən vermiş olurlar. Habelə, sonrakı dövrdə tərəflərin faktiki olaraq birlikdə əldə etdikləri əmlak da artıq ümumi birgə mülkiyyətə daxil olmayacaq. Belə olan təqdirdə isə, boşanmadan sonra birgə yaşadıqları dövr ərzində əldə edilmiş əmlaklar barəsində digər tərəfin razılığı tələb olunmayacaq və əmlakın mülkiyyətçisi olan şəxs həmin əmlakların taleyi barədə təkbaşına sərəncam verəcək.

Daha bir problem yaradacaq məsələ isə, boşanmadan sonra dünyaya gələcək uşaqların mənşəyinin müəyyən olunmasıdır. Belə ki,  uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Müzakirə mövzusu olan halda isə, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının birgə ərizə vermələri ilə müəyyən olunur. Uşağın atası belə bir ərizə verməkdən hər hansı bir formada yayındıqda isə, tərəflərin uzun məhkəmə mübahisələrinin iştirakçısı olduqlarını müşahidə edirik.

Bir məsələni də vurğulmaq lazımdır ki, ər-arvadın bir-birini saxlamaq vəzifəsi qanunla müəyyən edildiyindən, tərəflər arasında nikah rəsmi olaraq xitam olacağı üçün artıq digər tərəfin (əksər hallarda maddi imkana malik kişilərin) belə bir öhdəliyi sonrakı dövrdə, müəyyən istisnalar xaric, mövcud olmayacaqdır.

Son qeyd olaraq, nikahı ləğv edilmiş ər-arvadın bir-birindən sonra vərəsə ola bilməyəcəklərinin də mülki qanunvericiliyin imperativ norması olduğu nəzərə alınmalıdır.

 Vəkil tövsiyəsi kimi sonda qeyd edə bilərəm ki, məqsədindən asılı olmayaraq “kağız üzərində” boşanmaya görə şəxsi və əmlak hüquqlarının müdafiəsi ilə bağlı gələcəkdə uzun mübahisələr və məhkəmə çəkişmələri etməkdənsə, belə bir addımı atmazdan əvvəl yaranacaq risklərin düzgün təhlil edilməsi və başdan sağlam hüquqi zəmində müzakirə aparılması vaxtınızın, pulunuzun və sağlığınızın itməsinin sığortasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bakıya yaxın bir yerdə yeni paytaxt tikmək daha yaxşı fikirdir" - Vahid Əhmədov

Rusiya Azərbaycana süd məhsulları satışını 2 dəfə artıra bilər

Tədavüldə olan qiymətli kağızların həcmi 8 milyard manata çatıb

Xlorun litrini xaricdən neçəyə alırıq?

Kapital Bank-ın sponsorluğu ilə “Agile Azerbaijan International Summit-2024” keçiriləcək®

İtaliya şirkəti Azərbaycandakı filialını bağladı

İnvestisiya şirkətlərinin xalis mənfəəti 15 %-dən çox azalıb

Qızıl və gümüş ucuzlaşdı

Oqtay Əsədovun xanımının yerinə təyinat

Oqtay Əsədovun xanımının yerinə təyinat

Azərbaycanda TOP3-ə daxil olan bankların kredit portfelində payı bir qədər də artıb

Möhbalıyevin həyat yoldaşı işdən çıxarıldı

Bu il həyatını sığortalatdıranlar 31 faiz artıb

Prezident Zəfər parkında olub(FOTO)

Azərbaycan nefti bu gün 2 dollardan çox ucuzlaşdı

Biznesləri uğurlu edən sosial şəbəkələr - Diqqət edilməli məqamlar

EBRD-nin Bakı ofisinin keçmiş rəhbəri 48 yaşında vəfat etdi

Bank sektorunun likvid aktivləri bu il 5 % azalıb

Könüllü sığorta növü üzrə yığımlar 700 milyon manata çatıb

Bakıda daha bir yeraltı parklanma məntəqəsi istifadəyə verilib

Azərbaycanda 1 günlük 1000 AZN-ə təklif edilən evlər (VİDEO)

Şahdağa qar yağıb -FAKTİKİ HAVA

Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbilərin sayı

Türk lirəsi və rubl ucuzlaşdı - Məzənnə

“iPhone 16” “Apple”ın ən şöhrətsiz smartfonu seçildi

Azərbaycanda Anım Günüdür

Vətən müharibəsinin başlamasından 4 il ötür

ABŞ qlobal kriptovalyuta şəbəkəsinə qarşı mübarizəyə başlayır

Qarabağda fərdi ev tikməyə icazə verilir?

Kremlə pis xəbər: Bayden G7 və Aİ-nin Rusiya aktivlərini dondurduğunu təsdiqlədi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin