Əvvəlki işlərindən dava-dalaşla ayrılanları müəyyən etmək üçün diqqət olunmalı məqamlar
Əvvəlki iş yerlərindən dava-dalaşla ayrılan şəxsləri bir çox işəgötürənlər işə qəbul etmək istəmirlər. Bunun müxtəlif səbəbləri ola bilər. Həmin adamların işə və kollektivə faydası olmayacağı düşünülür. Bəs necə bilmək olar ki, iş üçün müraciət edən şəxs əvvəlki iş yerindən problemlə ayrılmayıb? Həmin insanları işə götürən zaman nələrə diqqət etmək lazımdır?
Bu barədə Valyuta.az-a danışan psixoloq Namiq Qüdrətov deyir ki, xarici ölkələrdə işə müraciət edən şəxslərdən əvvəlki iş yerlərindən xasiyyətnamə tələb olunur. Amma bu bizdə belə deyil:
“Bizdə Bu tipdə işçiləri işdən çıxarandan sonra, kimsə maraqlanan zaman heç kim onun mənfi tərəflərini demir. Hamı tərifləməyə çalışır. Ümumiyyətlə, xarici şirkətlərdə bunun üçün ya şirkətin psixoloqu olur, onun yanında müayinə olunur, ya da digər psixoloqların yanına yönləndirirlər. Ondan sonra həmin adamın işə alınıb-alınmamasına qərar verilir”.
Psixoloq bildirib ki, işə götürən zaman bir neçə testlər var ki, işə müraciət edən adamları həmin testlərdən keçirirlər:
“Bunun nəticəsi olaraq həmin adamın hansı psixoloji problemi olub-olmaması müəyyən edilir. Bu testlər nəticəsində müxtəlif şkalalardan nəticələr hesablanır. Burada yalançılıq, şizofreniya və s. şkalaları var. Bundan başqa həmin şəxsin depressiv və ya başqa psixoloji problemlərinin olub-olmamasını müəyyən etmək olur. İş üçün müraciət edən şəxs nə qədər də doğru olmayan cavablar versə də, bu teslər elə formada tərtib olunub ki, həmin insanın dediyi yalanlar asanlıqla üzə çıxır. Buna görə də, şirkətlərin psixoloqu olmalıdır ki, yeni işçi götürdükdən sonra bu kimi problemlərlə qarşılaşmasınlar”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay