"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarını qorumur" - Eyyub Hüseynov
"Bir neçə gün öncə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilin ilk 7 ayında onlara müraciət edən istehlakçı statistikasını açıqlayıb.
Xidmət rəisi bildirib ki, cari ilin ilk 7 ayı ərzində Dövlət Xidmətində istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarına nəzarət və təbii inhisarların fəaliyyəti ilə əlaqədar baxılan 4550 istehlakçı müraciətinin 53,2 faizi qeyri-qida, 5 faizi qida, 39,6 faizi xidmət, 1,9 faizi dərman vasitələri və tibbi avadanlıqlar, 0,3 faizi digər müraciətlərlə bağlı olub.
İstehlakçı müraciətlərin sayının artması nyin göstəricisidir?
Qurum bildirir ki, bu şikayətin sayının artması istehlakçıların hüquqları ilə bağlı maarifləndirici tədbirlərin görülməsi ilə bağlıdır. Lakin bu göstərici xidmət və istehsal sahəsində problemlərin artdığını göstərə bilərmi? Bəs həmin müraciətlərin cəmi 5 faizinin qida ilə bağlı olması inandırıcıdırmı?
Mövzu ilə bağlı Valyuta.az-a danışan Azad İslehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu statsitikanın 5 faizinin qida ilə bağlı olması inandırıcıdır. Lakin digər sahələrdə böyük problemlər yaşanır:
"Azad İstehlakçılar Birliyi bununla bağlı tez-tez dövlət qurumlarına müraciət edir. Məsələn, əmtəə bazarında olan saxta avtomobil hissələri barədə bir çox dövlət orqanlarına məlumat vermişik. Saxta kosmetik vasitələr, saxta yuyucu vasitələr və s. sənaye məhsulları ilə bağlı böyük problemlər yaşanır. Bundan başqa Azərbaycanda brend adı altında tikilmiş saxta geyimlər, onlayn vasitə ilə alınan məhsulların müştərilərin tələbatına uyğun olmadıqda qaytarılması və dəyişdirlməsi ilə bağlı problemlər var".
Birlik sədri İqtisadi İnkişaf Nazirliyinin adı çəkilən qurumunun fəaliyyətindən tam narazı oilduğunu bildirib:
"Cənab Prezident İlham Əliyevin bir neçə gün bundan əvvəl imzaladığı fərman ilə bu qurum Prezidentə tabe bir qruma çevrildi. İqtisadiyyat Nazirliyinin tərkibində belə bir qrum olmamalı idi. Burda maraqlar konflikti var idi. Azad İstehlakçılar Birliyi illər boyu həmin qurumun işindən narazılıq edib. Çünki həmin qurum müstəqil ekspertiza aparmır, istehlakçı hüquqlarını qorumaq sahəsində mükəmməl iş görmür".
Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. Həmin dövrdən bu yana qanun köhnəlib, dəyişdirilmir:
"Hazırda müasir ticarət növləri, onlayn ticarət inkişaf edib, lakin həmin qanun tələblərə cavab vermir. Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti çoxdan bu qanunun dəyişdirilməsinə nail olmalı idi. Təəssüflər olsun ki, adı çəkilən quurm bizim qaldırdığımız məsələlərdə də “get məhkəməyə müraciət elə” ilə bir çox problemləri cavablandırır. Düşünərəm ki, istehlakçı şikayətlərinin artması, bazarda olan anarxiya, dövlət orqanlarının biznes üçün qurub yaratdığı toxunulmazlıq kimi halların baş verməsi istehlakçı hüquqlarının arxa planda qalmasından yaranır. Ona görə də bu şikayətlər artır və artan tendensiya ilə də davam edir”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay