İndi də marketlərdə polietien torbaları daha çox satmağa çalışırlar
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk yarısından etibarən Azərbaycanda 10 min 392,6 ton polietien kisə və çanta, 2184,2 ton plastic kisə və çanta istehsal edilib. Ötən illə müqasiyədə polietien torbaların satışında artım baş verib. Dövlət Statistika Komitəsi bildirib ki, polietilen kisə və çantaların istehsalı 49,4%, plastic kisə və çantaların istehsalı isə 3,5 dəfə artıb.
Polietilen torbaların təbiətə ziyan vurmasına görə istifadəsini azaltmaq məqsədi ilə ötən ilin fevralın 15-idən etibarən supermarketlərdə həmin torbalar ödənişlə satılır. Polietilen torbaların qiyməti həcminə görə 3 və 5 qəpik təşkil edir. Onların istifadəsinin azaldılması üçün verilən bu qərar niyə əsk təsir göstərdi?
Mövzu ilə bağlı Modern.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, belə məsələləri təkcə qadağalar, bahalandırmalar yolu ilə həll etmək mümkün deyil:
“Məsələyə fərqli bucaqlardan baxılmalı, bütün detallar ən azı, mütəxəssislər səviyəsində müzakirəyə çıxarılmalı, bundan sonra kompleks tədbirlər planı hazırlanmalı idi. Polietilen torbaların alıcıya ödənişlə təqdim edilməsi həmin kompleks tədbirlərin yalnız bir detalı ola bilərdi. Tədbirlər siyahısında polietilen və plastik torbaların zərərsiz alternativlərinin istehsalı da yer almalı idi. Polietilen və plastik torbaların alternativi dedikdə, təbiətdə asanlıqla zərərsizləşə bilən, ətraf mühit üçün heç bir təhlükə yaratmayan materialları nəzərdə tuturam. Belə material kimi kağız və adi təbii liflərdən toxunmuş parçalardan istifadə edilə bilər. Onları sadəcə, torpağa basdırmaqla da utilizə etmək mümkündür”.
Ekspert qeyd edib ki, polietilen və plastik torbaların ödənişli olması isə əlbəttə, onun daha çox istifadə olunması ilə nəticələnməli idi:
“Bunu əvvəldən də görürdük. İradlarımızı qəbul etmədilər. Torbaların ödənişli olması o deməkdir ki, ticarət obyekləri üçün onlar da satılan əmtəə çeşidlərindən biridir. Bu malın satışı da müəssisəyə gəlir gətirir. Deməli, müəssisə bu malın da çox satılmasında maraqlıdır. Əvvəllər - torbaların pulsuz verildiyi vaxt satıcılar israf etməməyə, torbaları alıcıya qənaətlə, ən vacib halda verməyə çalışırdılarsa, ödənişli olandan sonra əksinə, onun daha çox satılmasına cəhd edirlər. Bu, təbii prosesdir. Nəticə də göz qabağındadır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay