Gömrük Komitəsi mükafata görə də rüsum almalıdırmı? - Ekspertlərdən fərqli yanaşma

Redaktor

10.09.2024 13:56
803

Gömrük Komitəsi mükafata görə də rüsum almalıdırmı? - Ekspertlərdən fərqli yanaşma

Xəbər verdiyimiz kimi, Azərbaycan Texniki Universitetinin tələbəsi "Apple” şirkətinin kodlaşdırma yarışmasının builki qaliblərindən biri olub. 

Tələbə şirkətin ona göndərdiyi mükafata görə gömrükdə rüsum ödəmək məcburiyyətində qalıb.

Bəs, Gömrük Komitəsi tələbədən bu rüsumu nəyə əsasən alıb?

Komitə vergi rüsumlarını, sözün əsl mənasında desək "əl yandıran” qiymətləri hansı əsaslarla tətbiq edir?

Mövzuyla bağlı AZXEBER.COM-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, buna səbəb gömrük orqanlarının öz işinin fəlsəfəsini dəqiqliklə anlamamasıdır:

"Azərbaycanda müstəqillik əldə ediləndən bəri iş adamlarının, insanların ən çox narazı qaldığı orqanlardan biri Gömrük Komitəsidir. Azərbaycan iqtisadiyyatında dərin problemlərin yaranmasına səbəb olan orqan da məhz gömrük orqanlarıdır. Çünki gömrük öz işinin fəlsəfəsini dəqiqliklə anlamır, buna görə də işi qura bilmir. Gömrüyün əsas funksiyası ölkəyə gələn mallardan çox az, bildi-bilmədi rüsumlar almaq demək deyil. Gömrüyün əsas işi, tarixən yaranma səbəbi ondan ibarətdir ki, daxili bazarı və istehsalı qorusun. Əgər Azərbaycanda daxili istehsal yoxdursa, həmin sahələrdə yüksək gömrük rüsumlarının tətbiqi absurddur.

Azərbaycanda telefon istehsalı yoxdursa, buna çox yüksək gömrük rüsumu tətbiq etməyin nə mənası var? Bu artım daxili istehsalçını qoruyacaq? Təbii ki, xeyr. Çünki daxildə belə istehsalçı heç yoxdur. Ona görə də gömrük fəlsəfəsi kökündən dəyişdirilməlidir. Ümumən, gömrüyün ayrıca müstəqil qurum kimi qalmasının da əhəmiyyəti yoxdur. Gömrük orqanlarının bir departament kimi ya İqtisadiyyat Nazirliyinin, ya da Maliyyə Nazirliyinin tərkibində olması daha doğru qərar olardı. Bir sözlə, gömrük orqanları ölkədə görünməz şəkildə fəaliyyət göstərməlidir, nəyisə göstərəcək şəkildə deyil".

Məsələyə fərqli münasibət bildirən iqtisadçı Xalid Kərimli AZXEBER.COM-a açıqlamasında deyib ki, Gömrük Komitəsinin tələbədən aldığı rüsum tam qanunidir:

"Bu, normal prosedurdur. Tutaq ki, bir nəfər əməkhaqqını yığır-yığır, gedib xaricdən "Apple" markalı hansısa məhsulu alır, həmin şəxsə bu vergi tətbiq olunur, sizə eyni məhsul mükafat olaraq göndərilirsə buna vergi tətbiq edilməməlidir? Bu cür məsələlər bir qədər emosiyaları istismar edir. Ölkənin gömrük qanunvericiliyində göstərilir ki, vətəndaş Azərbaycandan digər ölkəyə gedərkən 800 dollar məbləğində əşya, məhsulu vergisiz keçirə bilər. Bu məbləğdən yuxarı məhsullar üçün Əlavə Dəyər Vergisi (ƏDV) ödənilməlidir. İkincisi, biz 300 dollara qədər onlayn ticarət edib, vergisiz, rüsumsuz bu məhsulları əldə edə bilərik. Dediklərimin hamısı güzəşt məbləğləridir. Hər kəsə şamil edilir. Buradakı vergilər, rüsumlar dövlət büdcəsinin hesabına köçürülür. Bu ödənişlər isə təhsilə, səhiyyəyə, orduya, sosial xərclərə xərclənilir. Ondan vergi alınmasın, bu vergi verməsin. Bəs vergini kimlər verməlidir?

İqtisadçı ekspert əlavə edib ki, ölkədə hər kəs vergi ödəməlidir:

"Sözsüz ki, yanlış yanaşmadır. Əslində, ən çox elə mükafat, hədiyyələrə görə vergi rüsumları tutulmalıdır. Pulun mənbəyinin hara olması da böyük əhəmiyyət daşımır. Yazılanlardan belə çıxır ki, bir milyon mükafat alan alim vergi ödəməməlidir, amma 345 manat minimum əməkhaqqı alan xadimə vergi ödəməlidir. Bu, doğru yanaşma deyil. Qanunla hər kəs vergi ödəməlidir".

Qeyd edək ki, məsələylə bağlı Dövlət Gömrük Komitəsi açıqlama verib.

Açıqlamada deyilir:

"Vətəndaş beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən "Apple” markalı qulaqlığın invoys dəyərini gömrük bəyannaməsində 50 ABŞ dolları olaraq qeyd etmiş və gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılmışdır. Araşdırma nəticəsində məhsulun (qulaqlıq) dəyərinin rəsmi internet mağazasında 549 ABŞ dolları olduğu müəyyən edilmişdir.

Daha sonra vətəndaşın müraciəti əsasında "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq məhsul (qulaqlıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilmiş və buraxılışı təmin edilmişdir.

Sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmamışdır" - deyə vurğulanıb.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İşdən icazə almaq asanlaşdı - YENİLİK

11.11.2025

Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR

11.11.2025

2026-cı il tətilləri üçün Avropanın ən az qiymətləndirilmiş 5 şəhəri açıqlandı

11.11.2025

"Akkord" a məxsus şirkətin vergi borcu yaranıb

11.11.2025

Deputatdan gəlir vergisi ilə bağlı təklif

11.11.2025

Bir dövrün sonu: Məşhur milyarder vəzifəsini tərk edir

11.11.2025

Sabahın hava proqnozu

11.11.2025

Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ

11.11.2025

Ən az və ən çox ipoteka kreditini bu banklar verib - CƏDVƏL

11.11.2025

Neftimizin qiyməti ucuzlaşıb

11.11.2025

İstirahət günlərində insanlar daha çox hansı rayonlara getməyi üstün tuturlar?

11.11.2025

Uorren Baffet 1,3 milyard dollardan çox pulu xeyriyyə fondlarına bağışlayacaq

11.11.2025

Niyə hər sahibkar bir dəfə batmalıdır? - SƏHƏR OXUSU

11.11.2025
Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?

Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?

10.11.2025

Balansında vəsait olmayanlar avtobusda bir dəfəlik keçiddən necə istifadə edəcəklər?

10.11.2025

ABŞ-da dünyanın ilk tam şəffaf monitoru təqdim edildi

10.11.2025

Qlobal planşet bazarında son vəziyyət: Kim daha çox satıb?

10.11.2025
Azərbaycan bankları Mərkəzi Banka nə qədər borcludur? - SİYAHI

Azərbaycan bankları Mərkəzi Banka nə qədər borcludur? - SİYAHI

10.11.2025

Əvvəldən alınan avtomobillər 2026-cı ilin yanvarından sonra yeni qaydalarla hesablanacaq?

10.11.2025

İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər? - SİYAHI

10.11.2025

Məzənnə

Yüklənir...