"Görünür, qaydaları sərtləşdirməklə kredit kartlarını hər kəsə verməməyi planlaşdırırlar"
Mərkəzi Bankın keçirdiyi sorğuya əsasən banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar. Sorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə tələb artıb. Sorğuda iştirak edən respondentlərin cavablarına görə, bu artım əsasən əməkhaqqı kreditləri və məişət avadanlıqlarının alınması üzrə verilən kreditlər hesabına olub.
Bankların kredit kartları üzrə standartlarda sərtləşmələrlə bağlı addım atmasının səbəbləri nədir? Hansı sərtləşmələrə gedilə bilər?
Mövzunu Valyuta.az-a şərh edən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, banklar son dövrlər riskləri düzgün qiymətləndirə bilmir:
“Buna görə də əksər hallarda kredit kartlarının verilməsindən sonra problemli kreditlərin həcmi artır. Qaydaların sərtləşməsinin səbəblərindən biri bu ola bilər”.
“Ekspert qeyd edib ki, banklar kredit kartları verərkən çox sadə şərtlər qoyur:
“Məsələn, banklar şəxsin rəsmi əmək haqqının olması ilə kifayətlənərək onlara kart verirlər. Ancaq onlar kart sahibinin ailə üzvünün sayı, himayəsində neçə ailə üzvünün olması və s. kimi nüanslara da fikir verməlidirlər. Banklar son dövrlər riskləri düzgün ölçmürlər”.
“Görünür ki, qaydaları sərtləşdirməklə kredit kartlarını hər kəsə verməməyi planlaşdırırlar. Lakin qaydalar açıqlanandan sonra bankların hansı yenilik və sərtləşdirmələrə gedəcəyini görəcəyik”, deyə ekspert bildirib.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay