130 min ton itkiyə gedən tərəvəz - Bunun qarşısını necə almaq olar?

Redaktor

03.09.2024 17:05
653

130 min ton itkiyə gedən tərəvəz - Bunun qarşısını necə almaq olar?

Azərbaycanın tərəvəz ehtiyatı 2 milyon 200 min tonu keçib. Tərəvəzlərin 1,4 milyon tonu əhali tərəfindən istehlak edilib, 180 min tonu xaricə ixrac olunub, 130 min ton tərəvəz isə itkiyə gedib.

130 min ton tərəvəzin itkisinin qarşısını necə almaq olar?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, bu halları aradan qaldırmaq, itkiləri azaltmaq üçün bu sahə ilə bağlı müəyyən tənzimlənmə həyata keçirilməlidir:

“Əvvəlcə bazarın tələbatı və fermerlərin istehsal potensialı da eyni qaydada müəyyənləşməlidir. Mövsüm başlayana qədər müəyyən olunmalıdır ki, hansı tərəvəz və kənd təsərrüfatı məhsulları tələbatdan artıq istehsal edilir, hansı məhsulun isə daha artıq istehsalına ehtiyac var. Artıq məhsullar mövsüm başlayan kimi hökumət tərəfindən alınmalıdr ki, bazarda artıqlıq yaranaraq, qiymətlər ucuzlaşmasın. Amma çatışmayan kənd təsərrüfatı məhsulunu, meyvəni, tərəvəzi isə hökumət sahibkarlara sifariş verməli, xaricdən sifariş etməlidir, bununla da bazarın tələbatını ödəməlidir”. 

Həmsöhbətimiz qeyd edib ki, meyvə-tərəvəz dedikdə, bu ifadənin altında çox geniş çeşidli məhsullar dayandığını nəzərə almalıyıq:

“Bəzən mövsümündə yetişdirlən meyvə və tərəvəz artıqlıq edir. Məsələn, yay aylarında qarpız çox istehsal olunur və bazarın tələbatından çox olur. Bu zaman qiymətlər ucuzlaşır, hətta ucuzlaşma o həddə çatır ki, həmin məhsulları bazara çatdırmaq mümkün olmur. Bir neçə həftə bundan əvvəl bir video izlədim ki, sahibkar laped dolu qarpızı kanala tullayırdı. Bu kimi nümunələr mövcuddur. Belə nümunənin olmaması üçün isə tələbat əvvəlcədən müəyyənləşdirilməlidir”.

Akif Nəsirli deyir ki, bütün bu proseslərə qədər isə Azərbaycan iqtisadiyyatının kənd təsərrüfatı seqmentində çoxlu görüləsi işlər var:

“Birmənalı olaraq fermerlərin böyük şəhərlərdəki bazarlara birbaşa, maneəsiz çıxışı təmin olunmalıdır. Onların öz məhsullarını satmaq üçün həm rayonlarda, həm böyük şəhərlərdə şərait yaradılmalıdır. Hazırda Azərbaycan fermerlərinin Bakı şəhərindəki heç bir bazara birbaşa çıxışı yoxdur. Bütün bunlar həyata keçiriləndən sonra meyvə, tərəvəzlərin itkisi dəfələrlə azala və ya ümumiyyətlə aradan qaldırıla bilər”.

Davud

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsi qərarını açıqlayıb

28.01.2026

Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif etdi

28.01.2026

Bazarda tektonik dəyişikliklər: Avropada ən populyar avtomobillər

28.01.2026

Ötən il müdafiə və milli təhlükəsizlik xərcləri 23% artıb

28.01.2026

Azərbaycan səhiyyə xərclərini 30%-dən çox azaldıb

28.01.2026

Şirkət rəhbərinə borca görə "stop" qoyuldu

28.01.2026

Prezident DİN ilə bağlı fərman imzaladı

28.01.2026

Bakıda köhnə tikililərdə kəskin bahalaşma dövrü başa çatır

28.01.2026

Ötən il təhsilə nəzərdə tutulandan 319 mln. manat az xərclənib

28.01.2026

Elektron satınalma hesabına büdcəyə 786,6 milyon manat qənaət edilib!

28.01.2026

Azərbaycanda Ümumdünya Şəhərsalma Forumu ilə bağlı vergi güzəştləri ola bilər

28.01.2026

TikTok artıq sizi izləyir - Özünüzü necə qorumalısınız?

28.01.2026

"Samsung" bu markadan bir milyon ədəd istehsal edəcək

28.01.2026

İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

28.01.2026

Neft Fondundan ərəb şirkətinə 1 milyard dollarlıq investisiya yatırımı

28.01.2026

Özəl bankların iqtisadiyyata kredit qoyuluşu 22 milyard manatı keçib

28.01.2026

“IDEALISE 2” inkubasiya proqramına qeydiyyat başladı!

28.01.2026
Startap rəhbəri: Yeni onlayn platformamız vasitəsilə bina idarəçiliyi tam şəffaf və effektiv olur

Startap rəhbəri: Yeni onlayn platformamız vasitəsilə bina idarəçiliyi tam şəffaf və effektiv olur - MÜSAHİBƏ

28.01.2026

Pulu necə gəldi xərcləməyi dayandırmağın 5 əsas yolu

28.01.2026

Elçin Quliyev generalı rəis təyin etdi

28.01.2026

Məzənnə

Yüklənir...