BAKU Azərbaycan
9.77°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
53326

Azərbaycanda dolların bahalaşmaması üçün heç bir səbəb qalmayıb.

Bildiyimiz kimi, ölkənin milli valyutasının məzənnəsinə təsir edən əsas amil tədiyə balansının vəziyyətidir. Mərkəzi Bank bu ilin ilk yarısı üçün tədiyə balansının vəziyyətini açıqlamayıb. Lakin, bu ilin ilk rübünə aid məlumatlardan açıq şəkildə görürük ki, tədiyə balansında kəskin azalma var. Əgər ötən ilin ilk rübündə cari əməliyyatlar hesabının profisti 3,4 milyard dollar olmuşdusa, bu ilin ilk rübündə təxminən 2 dəfə azalaraq 1,7 milyard dollara düşüb.

İllik müqayisədə azalma daha böyükdür. Belə ki, 2022-ci ildə cari əməliyyatlar hesabının profisti 23,5 milyard dollar olduğu halda, 2023-cü ildə 8,3 milyard dollara düşüb. Açıqlanan rəsmi göstəricilərdən də göründüyü kimi, son bir ildə tədiyə balansının cari əməliyyatlar hesabının profistində 2,8 dəfə azalma var.

Milli valyutanın məzənnəsinə təsir edən əsas amil tədiyə balansı olsa da, digər vacib amillərdə də ciddi dəyişikliklər var. Son 3 ildə milli valyutanın məzənnəsinə təsir edən bu amillərə nəzər salsaq açıq şəkildə görərik ki, ciddi azalmalar var.

Son 3 ildə ölkədə neft hasilatı:
Yanvar-İyun 2022-ci il – 16,4 milyon ton ;
Yanvar-İyun 2023-cü il – 15,2 milyon ton;
Yanvar-İyun 2024-cü il – 14,4 milyon ton.

Son 3 ildə xam neftin dəyər ifadəsində ixracı:
Yanvar-İyun 2022-ci il –  9,4 milyard dollar;
Yanvar-İyun 2023-cü il – 7,8 milyard dollar;
Yanvar-İyun 2024-cü il – 7 milyard dollar.

Neft hasilatının və ixracının azalması öz növbəsində ölkəyə valyuta daxilolmalarını da azaldır. Valyuta daxilolmalarının azalmasına paralel olaraq, valyutaya tələb də artır.

Müqayisə üçün son 3 ilin 1-8 avqust tarixlərində valyuta hərracında satılan valyutanın məbləğinə diqqət edək:

1-8 avqust 2022-ci il – 104,9 milyon dollar;
1-8 avqust 2023-cü il – 93 milyon dollar;
1-8 avqust 2024-cü il – 200 milyon dollar.

Göründüyü kimi, ötən ilin eyni dövrü ilə müqayisədə bu il avqust ayının ilk 8 günündə valyutaya tələb 2 dəfədən çox artıb. 

Manata təzyiq edən vacib amillər arasında Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının dollar qarşısında dəyərdən düşməsi də var. Azərbaycanın məhsul idxal etdiyi 3 əsas ölkə var. Bunlar Çin, Rusiya və Türkiyədir. Bu ilin ilk yarısına olan məlumata görə, Azərbaycanın ümumi idxalının 49%-i bu 3 ölkənin payına düşüb. Əgər bu ölkələrin milli valyutaları dollar qarşısında dəyərdən düşürsə, bu manat üzərində də böyük təzyiq yaradır.

Son 2 ildə Çin, Rusiya və Türkiyənin milli valyutalarının dollar qarşısındakı məzənnəsi aşağıdakı kimi dəyişib:

Azərbaycanın idxalda əsas ticarət tərəfadşı olduğu bu ölkələrdə milli valyutanın ucuzlaşması idxalı bir qədər də artıra bilər. Bu da öz növbəsində Azərbaycanda dollara olan tələbatın artmasına səbəb olacaq. Çünki insanlar mal gətirmək üçün daha çox valyuta almağa çalışacaqlar.

Qeyd etdiyimiz məlumatlardan da açıq şəkildə görülür ki, milli valyutaya – manata təzyiqlər kəskin artıb. Belə bir vəziyyətdə dolların manat qarşısında tezliklə bahalana biləcəyi ehtimalı yüksəkdir. Amma onu da qeyd edək ki, Azərbaycanda dolların məzənnəsi valyuta bazarındakı tələb-təklif əsasında deyil, Mərkəzi Bank tərəfindən müəyyən olunduğu üçün məzənnənin nə zaman və hansı səviyyədə dəyişəcəyini proqnozlaşdırmaq olduqca çətindir.

© İqtisadçı-ekspert Allahverdi Aydın / Yeniavaz.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Wall Street"də bonuslar rekord həddə çatıb

Makron Ukraynaya 2 mlrd. avro dəyərində əlavə yardım ediləcəyini açıqlayıb

Banklara ən çox əmanət yerləşdirilən regionlar

Bankların xalis mənfəəti 28 %-dən çox azalıb

Milyarder 2 aylıq həbs edildi

Azərbaycanın Almaniyaya ixracı 5 dəfə artıb

Gənc Sahibkarlar üçün "Bootcamp" keçiriləcək

Kasıbla varlı arasındakı fərq nədir? - Bill Qeyts açıqlayır

"Yaş maya istehsalçısı"na əlavə 8 milyon manat maya qoyuldu

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

ABŞ-nin yeni rüsumlarından ən çox zərər çəkəcək avtomobil istehsalçıları açıqlandı

Kredit borcunu ödəyə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb olunmur? - AÇIQLAMA

Tikinti şirkətinin iki əməkdaşı saxlanıldı - Cinayət işi açıldı

Azərbaycanın sığorta bazarının ən böyük payçıları açıqlandı - ADLAR

Azərbaycanın sığorta bazarının ən böyük payçıları açıqlandı - ADLAR

Azərbaycanda fantastik qiymətə avtomobil satılır

Yanvarda Azərbaycana ən çox hansı yaş qrupunda turist gəlib?

Agentliyin sədrinə yeni müavin təyin edildi

Orenburqdan Bakıya birbaşa reys açılacaq

Prezident və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib

Hamı evini satıb bu əraziyə köçür - Mənzillər su qiymətinə satılır

Bu videoların baxış sayı artacaq -"Youtube"un yeni qərarı qüvvəyə minir

60 dollarlıq sual -"Binance" qurucusunun kriptolayihəsi istifadəyə verildi

Fevral ayında ən çox satılan avtomobillər – SİYAHI

İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib

Neftimizin qiyməti 76 dolları keçdi

Təhsil tələbə kreditindən ən çox faydalanan 5 universitet - ADLAR

Sürücülərin nəzərinə: Bu yolda cərimələnə bilərsiniz

Tripadvisor üzərindən sifariş alan turizm biznesi satışda - Qiymət 7 min manatdan başlayır

Bitcoin və altcoinlərdə son qiymətlər

Bitcoin və altcoinlərdə son qiymətlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin