BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9277
  • RUB
    2.0509
  • TRY
    0.0444
  • GBP
    2.256
53212

Ruzanna Bəşirova

Xərclər üzrə konsultant 

Nəzərə alsaq ki, günümüzdə taksi qiymətləri münasib olduğundan demək olar ki, hər kəs üçün əlçatandır. Məhz elə bu səbəbdən, hər kəs minimum qiymətlərdən istifadə edərək gündəlik taksi xidmətindən yararlanmağa çalışır. Vaxt itkisi, rahatlıq və sürətli çatmaq baxımından üstün olan taksi xidməti xərclər baxımından büdcəyə də bir xeyli təsir edə bilir.

Gəlin taksi xidmətindən istifadənin büdcəmizə olan təsirinə baxaq. Həftədə 5 gün işləyən bir şəxsin gündəlik minimum 2,5 manat qiymətlə işə gedib gəlməsi aylıq (2,5+2,5)*20=100 manat edir. 

Bir reallığı da unutmayaq ki, gündəlik istifadə etdiyimiz taksilər nağd ödəniş zamanı pulun qalığı qəpiklərlə olduğu təqdirdə qaytarmırlar. Belə ki, minimum qiymət 2,50 manat olsa da, biz 3 manat ödəmiş oluruq. Bundan əlavə pik saatlarda da qiymətlərdə yüksəlməni nəzərə alsaq minimum qiymətlər 3-4 manata yüksəlir. Belə olan halda aylıq minimum taksi xərci 120-160 manata çatır.

İşə gedib gəlməkdən əlavə digər təyinat nöqtələrinə getmək üçün də taksi xidmətindən istifadə edirik. Bu zaman isə xidməthaqqı məsafəyə görə dəyişir və 4-5 manata çatır. Ümumi götürdükdə ortalama taksi xərci aylıq 150-180 manat edir ki, bunu da illik götürsək 1800-2000 manat civarında bir xərc yaradır.

İctimai nəqliyyatın əlçatanlığından istifadə edərək taksi xidmətindən nisbətən az istifadə etməklə, eyni zamanda sağlam həyat tərzi üçün yaxın məsafələri piyada gəzərək büdcəyə qənaət etmək də olar.

Doğan Güceloğlunun da dediyi kimi gündəlik xərclərimizə qənaət etməklə büdcə formalaşdırıb bu büdcə ilə də müxtəlif ölkələrə səyahət edərək fərqli mədəniyyyətlərlə tanış ola bilərik.

Bu prosesi reallaşdıran biri olaraq qeyd etmək istəyirəm ki, 2023-2024-cü illərdəki sırf taksi xərclərinə qənaət edərək İstanbul kampında iştirak etmək şansım oldu. Proses öncə insana çətin görünsə də, qısa bir müddətdən sonra alışqanlıq yaranır və nəticədən alınan zövq insanı çox xoşbəxt edir.

Beləliklə, növbəti hədəfim qarşıdakı 1 ildə təkrar taksi xərclərinə qənaət edərək səyahət etmək olacaq.

Bəs sizin taksi xərcləriniz nə qədərdir? Bu xərclərə qənaət edərək hansı ökləyə səyahət edə bilərsiniz? Bu barədə düşünməyə nə deyirsiniz?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rəqəmlər "AzSığorta"nın zərərinə - 36,3 faizlik azalma

AQTA 44 min manatlıq lisenziya alır

Tarladan sərvət çıxdı: 150 ton qızıl tapıldı - 4 milyardlıq kəşf

"Alphabet"in gəliri artdı, "Intel"in zərəri böyüdü - HESABAT

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

Azərbaycanda “Nəqliyyat haqqında” qanun dəyişdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam edildi - Foto

Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

Prezident Anar Quliyevə yeni vəzifə verdi

Müştərilərinə ən çox ödəniş edən sığorta şirkətləri - RENKİNQ

Kiloqramı 27 manata - Mavi pendir aldığımız ölkələr

Azərbaycanın ən bahalı bazarı bu rayondadır

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

“Qala Sığorta”da geriləmə - yığımları 2,6 mln. manat azalıb

Kapital Bank istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir®

Böyük maya qoyulan “CFI Financial” artıq pozuntulara yol verməyə başlayıb

“PAŞA Kapital”da növbəti pozuntu - AMB vəzifəli şəxsini yenə cərimələdi

İş adamı satdığı mağazalara görə müştəriyə kompensasiya ödəyəcək - 22 minlik məhsul geri qaytarılmır

“Azərenerji”yə əlavə 700 milyon maya qoyuldu

Hansı ayda məzuniyyətə çıxmaq daha sərfəlidir?

"Azergold" 12 milyona nə iş görəcək?

Hansı şirkət daha çox sığorta haqqı yığıb? - RENKİNQ

Birbank Private xidmət şəbəkəsini genişləndirir®

Birbank Private xidmət şəbəkəsini genişləndirir®

Əczaçılıq məhsullarının idxalında tonluq azalma

"Apple" ABŞ bazarı üçün bütün "iPhone"ların yığılmasını Hindistana köçürməyi planlaşdırır

Ləğv prosesində olan daha iki bankın əmlakı satışa çıxarılır

Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı®

Yeni tibb kollecləri açılacaq - Bu ərazilərdə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin