BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8843
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2351
53103

Pərvanə Həsənova

İnsan Resursları mütəxəssisi 

İşdən çıxıb iş axtaranlar nəzərə alsınlar ki, istədikləri işi çox tez bir zamanda tapmaya da bilərlər. Ona görə də, adətən, mütəxəssislər iş tapmadan işdən çıxmağı tövsiyə etmirlər. Bu yanaşma insanların maddi təminatını sığortalaya bilmədikləri vaxt ortaya çıxır. İnsanlar işsiz qalmaqdan deyil, maddi vəziyyətlərinin pisləşəcəyindən qorxurlar. Təbii ki, bu hamıya aid deyil.  Bir insanın maddi ehtiyatı varsa, bir müddət üçün işləməməyi bir o qədər problem hesab etmir.

Bəzən iş yerindəki problemlərə, sağlamlığa, mobbinqə, loyallığın azlığına, şəxsi səbəbə və s. görə aqressiv şəkildə qəfil işdən ayrılmalar olur, lakin bu işçilərin hamısı tez bir zamanda uyğun iş tapa bilmirlər. Elə hallar var ki, işləmək istəməyən işçinin iş tapana kimi özünü işləməyə məcbur etməsi də düzgün deyil. Karyerasını yüksəltmək, vəzifəsini dəyişmək istəyənlərin isə hökmən işdən ayrılmasına ehtiyac yoxdur. İşləyə-işləyə də digər iş təkliflərini dəyərləndirə bilərlər.

Adətən isə, iş tapmadan işdən ayrılanların böyük hissəsi peşman olur. Bəs işdən ayrılıb iş tapa bilməyənlər üçün bu peşmanlıqlar nələrdir?

1. Maddi problemlər ortaya çıxır. Hər bir ailənin gəlir gətirən üzvünün işdən ayrılması o ailənin gündəlik dolanışığının çətinləşməsinə gətirib çıxarır ki, bu, heç də ürəkaçan məqam deyil. Xüsusilə, ailə başçılarının işdən ayrılması, maddi çətinliklər birbaşa uşaqlara təsir edir.

2. Psixoloji olaraq təsir edir. Qəfil işdən çıxan adam tez bir zamanda iş tapmasa, depressiyaya düşə bilir. Bu isə ümumi həyat keyfiyyətinə, sosial münasibətlərinə və s. təsir edir.

3. Verilən vədlərə çox da güvənmək olmaz. Bəzən digər müəssisələrdən müsbət rəy alan kimi, yekun nəticə bəlli olmadan işdən çıxma ərizə yazılır. Bir az səbrli olaraq, təzə iş yerindəki bütün məsələləri dəqiqləşdirdikdən sonra işdən çıxmaq barədə iş yerinə məlumat verilsə, daha yaxşı olar.

4. İş müsahibələrində sual yarada bilir. İşdən ayrıldıqdan sonra gec işə düzəlmə hallarında, arada boş zaman yaranır ki, növbəti işəgötürəndə bu sual yaradır. Niyə uzun zaman işsiz qalmısız? Yaxşı işçi olsaydız, əvvəlki iş yeri sizi buraxardımı? Karyeranızı niyə planlı irəlilətməmisiniz? Qəfil verilən qərarlarınız iş həyatınıza və şəxsi həyatınızı necə təsir edir? və s. kimi suallarla qarşılaşarkən daha dolğun cavab vermək çətin olur.

5. Uzun müddət işsiz qalan adam işi yadırğaya bilər. Bu məqam işsiz qalanların ən qorxduğu məqamlardır. İş müsahibələrində mən filan işləri icra etmişəm, bu qədər müəssisəyə xeyir vermişəm dedikdən sonra, iş haqqında xırda məqamların unudulmuş olması, müsahibənin uğursuz nəticələnməsinə gətirib çıxara bilir və s.

Bəs nə etməli? 

Ən əsası karyera planlaması olmalıdır. Hər bir işçinin müəssisədə karyera inkişaf xəritəsi işlənib hazırlanması həm işçi, həm müəssisə üçün ən vacib işlərdən biridir. Təəssüf ki, hazırda fəaliyyət göstərən yerli müəssisələrin çoxunda karyera planlaması tətbiq oluna bilmir. Müəssisə belə bir təşəbbüsə hazır deyilsə, işçi özü şəxsi karyera planlaması üzərində işləsə, yaxşı olar. Hər bir müəssisə yüzlərlə CV içindən vakansiyaya uyğun ən optimal namizədi seçir, həmin seçilən namizəd olmaq üçün hər kəsin öz üzərində dayanmadan işləməsi, inkişaf etməsi, daha uğurlu nəticələrə çatması tövsiyə olunur. İşdən çıxmaq istəyən şəxs vəziyyəti analiz etməli və bu barədə işə götürənlə açıq danışmalıdır. Ola bilsin ki, işə götürənin işçi haqqında onun xəbəri olmadan hər hansı planları mövcuddur və ya hansısa layihələrə cəlb etmək fikri var. Ola bilsin ki, işəgötürənin və ya İnsan resurslarının işçinin işdən çıxma səbəbləri barədə məlumatları yoxdur. Mükəmməl İR sistemi mövcud olmayan müəssisələrdə yaranan boşluqları aradan qaldırmaq üçün komanda işi önəmlidir. Nəzərə almaq lazımdır ki, müəssisə tərəfindən də bu məqamlar xüsusi diqqətdə saxlanılmalıdır, çünki itirilən işçinin yerinə yeni işçini hazırlamaq müəssisə üçün də əlavə xərcdir.

Əgər işçi işini, peşəsini dəyişmək istəyirsə, öncədən planlamalı, bu istiqamətdə öz üzərində çalışmalı, iş tapmalı, daha sonra işdən çıxmaq barədə müraciət etməlidir. Belə olduqda işçinin işini və maddi təminatını itirmə ehtimalı az olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elnur Məmmədliyə yeni vəzifə verildi

Azərbaycanda hansı bank 5 dəqiqəyə 50 min kredit verir?

Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu (FOTO)

Neftimiz cüzi ucuzlaşıb

Türkiyədə yeni qayda: 7 min lirədən yuxarı alış-verişlər...

Maaş 165 min manatdır, amma işçi tapılmır

Bu 3 ölkədə mənzillərin qiyməti kəskin ucuzlaşdı

"İntend" şirkəti məhkəmə qarşısında

Ukrayna Aliexpress və eBay-dan 150 avroya qədər olan bağlamalara vergi qoyacaq

“Formula 1” pilotlarının qazancı bilindi - FOTO

"Auto Azərbaycan" gömrük qaydalarını pozub

Benzin və dizel istehsalı artıb - CƏDVƏL

"ECOFOOD" cərimələndi

Yeni "ChatGPT o1" insan kimi düşünə və məntiqi problemləri həll edə bilir

"Volkswagen" yeni krossoveri üçün robot sürət qutusundan imtina etdi

Almaniya Rusiya neftinə alternativ tapıb

Qlobal mayninq bazarı konsolidasiyaya doğru irəliləyir

İcra hakimiyyətinin binaların təmiri ilə bağlı tenderi niyə ləğv edilib?

Çin PwC-ni 62 milyon dollar cərimələdi

Rusiyadan titan ixracına qoyulan məhdudiyyətlər Qərbə necə təsir edəcək?

"Günay Bank"la "Agro-Land-Az" areasında kredit qalmaqalı

Almaniyada hökumətlə müxalifət arasında miqrantlar böhranı

Bakıda altı məktəb əsaslı təmirlə bağlı köçürülüb

"Buta Təmizlik"lə "Azpride Group"un "podrat mübahisəsi"

Bakı metrosuna iki yeni qatar gətirilib

Əhalinin yeni sayı açıqlandı

Çin 70 ildən sonra ilk dəfə pensiya yaşını qaldıracaq

Yanğın təhlükəsizliyi qaydalarının pozan şirkət məhkəmə qarşısında

"Həzi Aslanov" metrostansiyasının əsaslı təmiri ilə bağlı ilkin mərhələ yekunlaşıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin