Qıt payız gəlir - Bu məhsullar bahalaşacaq
Son günlər hava şəraitinin qeyri-sabit keçməsi kənd təsərrüfatına ziyan vurur. Hazırda sahələrdə yığımı aparılan məhsullar yağış, sel, dolu səbəbindən yarasız vəziyyətə düşür, məhsul qıtlığı yaranır. Bu özünü bazarlardakı qiymətlərdə də göstərir.
Bəs payızda bizi nə gözləyəcək? Havaların qeyri-sabit keçməsi payızlıq kənd təsərrüfatı məhsullarına necə təsir edəcək?
Valyuta.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, hazırda davam edən qeyri-sabit hava kənd təsərrüfatı üçün əlverişsiz hesab olunur:
“Kənd təsərrüfatı məhsullarının inkişafı üçün 25-30 dərəcə istilik, günəş, sabit hava lazımdır. Amma hazırda belə hava şəraiti yoxdur. Məsələn, payızda bazarlarda təklif olunacaq soğanı sahələrdə yağış vurub. Yetişmiş, qurumuş soğanı sahədə yağış vurdusa, bu bitki uzun müddət qala bilməz. Ona görə də bu soğanların böyük hissəsi çürüyəcək. Yağış vuran soğan yığılandan sonra bir-iki ay qala bilər, uzun müddət qalmağı mümkün deyil, o cümlədən də kartof. Kartof yerdən çıxdısa, gərək onu yağış vurmasın, su dəyməsin. Kartofu da normal aqrotexniki qaydada saxlamaq lazımdır”.
İqtisadçı qeyd edib ki, sadalananlardan başqa meyvələrdə də küləyin, dolunun, yağışın fəsadlarını görəcəyik:
“Çünki belə hava şəraiti meyvələrin inkişafına, böyüməsinə əngəl yaradır, nəticədə isə məhsuldarlıq aşağı düşür. Məsələn, külək ağırlaşmış almanı budaqlara vuraraq əzir, bu meyvələr isə çürüyür. Nəticədə məhsuldarlıq aşağı düşür”.
“Mənim qənaətimə görə, payızda bizi bahalıq gözləyir. Məhsul qıt, yararsız olacaq. Bu da bazarlarda qiymətlərin bahalaşması ilə müşahidə olunacaq. Kənd təsərrüfatı məhsulları ilə digər məhsulların da qiyməti bahalaşır. Hazırda bazarda bahalaşma təkanı yaranıb. Bu bahalaşma da payız məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək”- həmsöhbətimiz əlavə edib.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay