
Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması hansı problemləri həll edəcək?
Elektron Rəqabət İnformasiya Sistemi (ERİS) yaradılır. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Bu sistemin funksiyası nədən ibarət olacaq? Bu sistem hansı mövcud problemləri həll etmək üçün yaradılır?
Valyuta.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bu fərmanda son zamanlarda qəbul edilmiş Rəqabət Məcəlləsi ilə iqtisadiyyatda rəqabət prosesinin tənzimlənməsini və nəzarəti həyata keçirən qurumun funksiyalarının həyata keçirilməsi öz əksini tapır:
“Bununla yanaşı, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı əməliyyatların həyata keçirilməsinin elektronlaşdırılması, avtomatlaşdırılması, real vaxt rejimində həyata keçirilməsi infrastrukturunun formalaşması və məlumatların toplanılması, emalı məsələsi də bu fərmanda öz əksini tapır.
Bu sistemin formalaşması elektron hökumət portalı üzərində aidiyyəti tələb olunan redifikasiya məlumatlarının da real vaxt rejimində tələb edilməsi üçün imkanlar formalaşdıracaq. Yəni, burada prosesin rəqəmsallaşdırılması və təkmilləşdirilməsi nəzərdə tutulur”.
Ekspert bildirdi ki, bu sistem gələcəkdə daha da genişləndirilə bilər:
“İnhisarçı statusu verilmiş müəssisələrin siyahısı, nəzarət tədbirlərinin kommunikasiyası, görülmüş işlərlə əlaqəli məlumatların ictimailəşdirilməsi kimi məsələlər aspektindən də bu platforma gələcəkdə istifadə oluna bilər. Amma indiki halda əsas məsələ müvafiq əməliyyatların, Rəqəbat Məcəlləsinin antinhisar və istehlak nəzarəti xidməti üzərində müəyyən etdiyi öhdəliklərin həyata keçirilməsi prosesinin elektron formada təşkili məqsədini daşıyır”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay