BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8748
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2318
51352

Rusiyanın Çindəki səfiri İqor Morqulov BRİKS ölkələrinin dollardan imtina etməsinin mükünlüyündən danışıb. O, vahid valyuta üzərində danışıqlar aparıldığını bildirib.

Sitat: “Biz dolların üstünlük təşkil etdiyi məkanı tərk edirik və həqiqətən müstəqil maliyyə sistemi üçün mexanizm və alətləri inkişaf etdiririk. Onun yaradılması yaxın gələcəkdə mümkün deyil, lakin bu istiqamətdə atılan addımlar göz qabağındadır”.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısında BRİKS-ə üzv olmaq arzusunu ifadə edib. Ölkəmizin Şərq Blokuna yaxınlaşması açıq görünür. Bu, deməyə əsas verirmi, Azərbaycan gələcəkdə dollardan imtina edə bilər?

Valyuta.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, dollardan imtina məsələsi beynəlxalq qlobal maliyyə böhranından sonra aktuallaşıb. O deyib ki, bu məsələ aktuallaşsa da, reallaşdırılmayıb:

“Bunun səbəbi ondan ibarətdir ki, həmin ölkələr dollara alternativ olaraq onu əvəz edən və ya öz valyutaları ilə ticarət məsələsində müəyyən diskussiyalar aparırlar. BRİKS ölkələri arasında da dollarla mübadilə məsələsi hələ ki, dövlətlərin alış-satışında həyata keçirmə ilə olur. Çünki adi şirkətlər arasında beynəlxalq ticarətdə yenə də dollardan istifadə edilir”.

İqtisadçının fikrincə, Azərbaycanın hazırda dollardan imtina etməsi gözlənilmir:

“Azərbaycanın ikitərəfli münasibətləri, Türkiyə, Rusiya ilə əlaqələri var və bəzi hallarda ikitərəfli müqavilələrdə bu məsələlər nəzərə alınır. Bəzən də həyata keçirilir. Sadəcə, bunu geniş bir şəkildə etmək olmur. Bir sözlə, dollardan tamamilə imtina məsələsi hələ gündəmdə deyil. Çünki onun maliyyə və iqtisadi əsaslandırılması olmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Son bir ildə Almaniyada milyarderlərin sayı artıb

Avropanın ən populyar avtomobili açıqlandı

Dünyada 2, bizdə isə 6 manat: Azərbaycanda bu məhsulu əhaliyə niyə 3 dəfə baha satırlar?

Dünyada 2, bizdə isə 6 manat: Azərbaycanda bu məhsulu əhaliyə niyə 3 dəfə baha satırlar?

Bu şəxslər valideynlik hüququndan məhrum edilir - QANUN

Turistlər üçün nağıl kimi yer - Oktyabr ayında ziyarət etməyə dəyər İtaliya şəhəri

“Səhv etməkdən qorxmayın” - İş həyatında uğurlu olmanın 9 yolu

Azərbaycana Türkiyədən 67 milyon dollarlıq avtomobil sənayesi məhsulları gətirilib - 12 milyonluq azalma

Bu məhsulların idxalı və satışı daha 2 il ƏDV-dən azad edilir

Azərbaycanda rəhbər vəzifədə çalışan qadınların sayı azalıb - Statistika

“Volkswagen” Almaniyadakı zavodlarını bağlaya bilər - Detallar

Qazaxıstanda AES-in tikintisi üzrə referendumda səsvermə başlayıb

Taksi sürücülərinin növbəti imtahanı

Pensiyaya çıxan şəxslər iki mənbədən pensiya ala biləcəklər - Deputatdan açıqlama (VİDEO)

Bakının bu ünvanında binalar sökülür, sakinlərə kompensasiya ödənəcək

Qeyri-iş günlərində çalışan işçilərə bu qədər pul veriləcək? - Hesab qaydası

Xaricə kartof satışından gəlirimiz 18 milyon manat azalıb - Rəqəmlər

Əmək Məcəlləsində işəgötürənin vəzifələri ilə bağlı nələr dəyişib?

Əmək Məcəlləsində işəgötürənin vəzifələri ilə bağlı nələr dəyişib?

Amerikalı milyonçular sülaləsinin varisləri ailə əmlaklarını satır

Azərbaycanın avtomobil bazarında mövcud vəziyyət

Avropada da mənzillər bahalaşır - Ən çox qiymət artımı olan ÖLKƏLƏR

Uğursuz insanların 10 vərdişi

"Azərenerji"nin prezidentinə şiddətli töhmət verildi - SƏBƏB

WhatsApp-da sosial şəbəkə funksiyaları istifadəyə verilib (FOTO)

Bu tələbələrə Prezident təqaüdü veriləcək (SİYAHI)

Bələdiyyələr qrant ala biləcək

Bazar gününə olan hava proqnozu

Azərbaycanda sosial şəbəkələrin bazar payı açıqlanıb - "Facebook" kəskin geriləyib

Azərbaycan və İtaliya “yaşıl enerji” tədarükünün genişləndirilməsini müzakirə edib

Mənzil almaq istəyənlərin yeni ümidi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin