BAKU Azərbaycan
28.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8408
  • 1 Rusiya rublu
    0.0193
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.1785
51165

Azərbaycanda beynəlxalq təcrübə əsasında halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra turizm obyektlərinə "halal hotel" sertifikatı veriləcəyi ilə bağlı məlumatlar var.

Artıq hotellər halal sertifikatlaşmadan keçib, özlərini müştərilərinə "halal hotel" kimi təqdim edə biləcəklər.

Bəs görəsən, "halal hotel" nə deməkdir? Bu proses necə olmalıdır?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, bu standart dünyanın bir çox ölkələrində tətbiq edilir:

"Bu, halal turizm baxımından çox önəmlidir. Artıq bir model olaraq dünyanın əksər ölkələrində var. Azərbaycanda da belə bir sistemin qurulmasına ehtiyac yaranıb. Bu sisteminin tətbiqi ölkəmizə əlavə vəsaitlərin cəlb edilməsinə müsbət təsir göstərə bilər. Daha çox müsəlman ölkələrinin insanlarını cəlb edə, onları burada turist kimi yerləşdirə bilərik".

Halal turizm dedikdə, söhbət yeməklərin halal standartlara uyğun olmasından, qadınlar üçün ayrıca bir yerin ayrılmasından gedir. Çimərliklər, hovuzlar varsa, onların qadınlar üçün ayrıca nəzərdə tutulması da önəmlidir. Qadınların kişilər ilə birlikdə, məsələn, dənizdə çimməsinə, üzməsinə din birmənalı yanaşmır. Eyni zamanda, bura masaj və digər xidmətlər daxildir. Kompleks sistemdən söhbət gedir. Qadınlar da rahat şəkildə hotelin xidmətindən istifadə edə bilirlər. Bu gün Azərbaycana müxtəlif ölkələrdən gəlirlər. Birmənalı olaraq öz müsbət təsirini göstərəcək".

Turizm ekspert Ceyhun Aşurov isə əlavə edib ki, bu layihə gələn turistlərin sayını artıracaq:

"Halal hotel" standartına bazarda tələbat var. Azərbaycana gələn turist seqmentinin bir hissəsi məhz müsəlman ölkələridir. Onlar rahat yer ilə təmin olunmalıdırlar. Bu, turizm məhsullarının çeşidlənməsi deməkdir. Düşünürəm ki, bu cür çeşidlənmə müştərilərin tələbatlarının ödənməsinə yönəlir. Hazırda Bakı şəhərində, regionlarda bir neçə hotel özünü bu cür mövqeləndirib, təqdim edib. Burada müəyyən kriteriyalar var. Gələn turistlərin sayını artıracaq".

C.Aşurov bildirib ki, hotellərdə saatlıq otaq satışları həyata keçirilməyəcək:

"Halal konseptdə işləyən hotellərdə müəyyən kriteriyalar var ki, onlara əməl olunmalıdır. Orada spirtli içkilər verilmir, hotelin özündə namaz qılmaq üçün yer olur. Hər otaqda canamaz, qibləni göstərən işarə olur. Otaqlara müqəddəs kitab qoyulur. Qidalanmada halallığa xüsusi önəm verilir. Ərzaqlar halal olur.

Adi hotellərdə saatlıq otaq satışları həyata keçirilir, nikahı olmayanlar da qəbul edilir. Bu cür konseptlərdə isə bunlara diqqət olunur. Belə hərəkətlərin baş verməsinə yol verilmir".

"Dünyada bunun nümunələri var. Ayrıca çimərliklər, istirahət yerləri olur. Namaz qılmaq üçün hotelin ərazisində məscid yerləşir. Bir sıra bu kimi məsələlər var. Təkcə islam ölkələrindən yox, digər millətlərdən olanlar da rahatlıqla qala bilərlər. Bu, sadəcə bir turizm məhsuludur. Bunun da öz alıcıları var", - deyə C.Aşurov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərkəzi Bank MMC-ni cərimələdi

"Agro Polimer" cərimələnə bilər

İran BRICS ölkələrinin ödəniş sistemlərini birləşdirməyi təklif etdi

Süni intellekt tendensiyası sürətlə smartfon bazarını zəbt edir

"Zeynalabdin" ASC məhkəmə qarşısında

Rusiya "Telegram"ı 3 milyon rubl cərimələdi

2024-cü ilin I rübündə Türkiyədən bu məhsulların alışına 80 milyon dollardan çox xərclənib

Azərbaycanın soyuducu istehsalı 70 faizə yaxın azalıb

Qarabağ Universitetinə mətbuat katibi təyin edilib

Qarabağ Universitetinə mətbuat katibi təyin edilib

Sabah bu ərazidə qaz olmayacaq

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ötən il 2 mln. manata yaxın zərər edib - Hesabat

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Texnologiya həvəskarlarına şad xəbər: Kapital Bank-ın dəstəyi ilə “iFest-İnnovasiya və Texnologiya” festivalı keçiriləcək®

Azərbaycan dollardan imtina edə bilər? - Açıqlama

Ali Məhkəmə ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır

Rayonlarda leysan olacaq, çaylardan daşqın və sel keçəcək -XƏBƏRDARLIQ

Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ

AYNA: Bir neçə avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib

Bu şəxslərə verilən təqaüdün məbləği iki dəfə azaldılıb

3 bağlanmış bankın əmlakları hərraca çıxarılır

İşə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələri təsdiqlənəcək

“Bankdandır, kartınıza müdaxilə var” zəngi gəlsə...- DİN-dən xəbərdarlıq

Azərbaycanda kvotadan əlavə iş yerləri yaradılır

Məşhur şirkət AQTA-nı məhkəməyə verdi

Universitetlərə müsabiqədənkənar qəbul olmaq istəyənlər iyulun 10-dan sənədlərini DİM-ə təqdim etməlidir

Azərbaycan bu məhsulun xaricə satışından 100 milyon dollar gəlir əldə edib - 2 dəfəyə yaxın artıb

Qusara yeni icra başçısı təyin edilib - SƏRƏNCAM

Yerli və xarici şirkətlərin elektron dövlət qeydiyyatı eyniləşdirilib

Prezident keçmiş deputatı icra başçısı təyin etdi - SƏRƏNCAM

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin