BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8397
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.1709
51056

Azərbaycanda ev tikintisi və təmiri sahəsində qeyri-rəsmi çalışan ustalar çoxdur. Bir çox hallarda qeyri-rəsmi çalışan həmin ustalar gördüyü işin müqavilində ev, obyekt sahibindən pulu ala bilmirlər. İşi bitirəndən sonra həmin ev sahiblərinə zəng çatmır, əlaqə yaratmaq mümkün olmur. Həmin ustalar da müqavilə ilə işləmədikləri üçün polisə, məhkəməyə müraciət etməkdən çəkinirlər. Bu kimi hallarda polisə və ya məhkəməyə müraciət olunarsa, ustanın pulunu alması təmin edilə bilərmi?

Valyuta.az-a danışan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev deyir ki, tərəflər arasında xidmətin göstərilməsi ilə bağlı müqavilə bağlanmadığı üçün bu kimi problemlər çox yaşanır: “Müqaviləsiz işləmək qanun pozuntusudur. Çünki qanun hər iki tərəfin hüquqlarını təmin edir. Müqavilə olmayanda, gələcəkdə tərəflərin hər ikisi üçün problemlər yarana bilir”.

R.Əliyev bildirdi ki, ancaq müqavilə olmasa belə, öhdəliyi yerinə yetirməyən tərəfdən vurulan ziyanı geri almaq üçün məhkəməyə müraciət edilməlidir: “Mülki xarakterli iş olduğu üçün məhkəməyə müraciət edilməlidir. Məhkəməyə müraciət edən zaman da sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Belə bir borcun yarandığını, zərərin vurulduğunu sübut etmək vəzifəsi onun üzərinə düşdüyü üçün sübutlar təqdim etməlidir. Əgər belə sübutlar yoxdursa, bu zaman iddiaçı itirən tərəf olur, dəymiş ziyanı ala bilmir. Əməlin mülki xarakterli deyil, dələduzluq xarakterli olduğu aşkar olunarsa, bu halda, polisə müraciət oluna bilər. 

Dələduzluq əməli varsa, dələduzluğa görə məsuliyyətə cəlb oluna bilər və dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iddia verə bilər”.

Hüquqşünas bildirdi ki, iddiaçı işin faktiki hallarını təsdiq edən bütün hallarla bağlı sübutları təqdim edə bilər:

“Məhkəmədə ustanın gördüyü işin fotoları, şəkilləri sübut kimi göstərilə bilər. Usta tək işləmirsə, onun yanında yoldaşları da varsa, bu da sübut kimi göstərilə bilər. Sübutlara qiymət vermə məhkəmənin səlahiyyətindədir. Yəni, məhkəmə həmin sübutlar əsasında həmin şəxsin haqlı olduğu qənaətinə gələrsə, şəxsin iddiasını təmin edə bilər”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Alimlər yeni neyronların yaradılması üçün əsas mexanizm tapdı

Artıq heç bir sirr qalmadı - "iPhone 16 Pro"nun bütün xüsusiyyətləri və qiyməti açıqlandı

"Great Motors" məhkəmə qarşısında

Atalıq məzuniyyətinin müddəti hansı ölkələrdə daha uzundur?

"Kindle" istifadəçiləri satın alınan bütün elektron kitablara girişi itirib

Valyuta tənzimi qaydalarını pozdu, protokol yazıldı

Alimlər turş südün köməyi ilə gözlənilməz və çox böyük qızıl mənbəyi tapıblar

Ukrayna Misiri sıxışdıraraq BVF-nin ikinci ən böyük borc alan ölkəsi oldu

"Xəzər Dəniz Gəmiçiliyi" ilə yerli şirkət arasında nə baş verib?

Maskın qəribə davranışı alıcıları «Tesla»dan uzaqlaşdırır - Araşdırma

Keçmiş Microsoft və SAP əməkdaşı Softline şirkətinin kommersiya direktoru oldu

Həkimlər də işə imtahanla qəbul oluna bilər

"Kəpəz" BOKT məhkəmə qarşısında

Aİ-dən olan iş adamları Rusiya ilə ticarət əlaqələrini davam etdirmək istəyir

"Azəri Med" qaydaları pozub - Cərimə

Avropanın qaz bazarı Asiya bazarından asılı vəziyyətə düşüb

Hakerlər "ChatGPT" texnologiyaları haqqında məlumatları oğurlayıb

Sumqayıt bələdiyyəsi ilə Hərracların Təşkili Mərkəzi arasında qalmaqal

Türkiyə ixracını artırıb, Ukraynadan idxalı azaldıb

Fırıldaqçılar "Telegram"da yeni saxtakarlıq sxemindən istifadə etməyə başladı

Sumqayıt Kimya Sənaye Parkı ilə bağlı yarım milyonluq qaz layihəsi

Türkiyə taxıl müqaviləsini bərpa etməyə ümid edir

Kolleclərə yeni direktorlar təyin olundu

Azərbaycanda hansı torpaqlar vergidən azaddır?

"Eviar" MMC-yə protokol tərtib edilib

Prezident Şuşada açılışlar etdi (YENİLƏNİB)

Ali məktəblərə qəbul balları artırılacaq?

Azərbaycanın neft və qazın tranzitindən əldə etdiyi gəlirlərin kəskin azalmasının səbəbləri məlum olub

Nazir şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verdi

Nazir şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin