BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
50911

Elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı bildirib ki, ilin sonuna kimi bir sıra məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid planlaşdırılır. Onun sözlərinə görə, bu, bir neçə məktəbdə pilot kimi həyata keçiriləcək.

Bu sistemə keçidin effektivliyi necə olacaq? 

Valyuta.az mövzunu təhsil eksperti, STM əməkdaşı Elmin Nuri ilə müzakirə edib. 

Elmin Nurinin sözlərinə görə, adambaşına maliyyələşmə sistemi dünyanın bir çox ölkələrində məktəb və universitetlərdə tətbiq olunan yeni sistemdir. Əsasən ali təhsil məktəbləri üçün nəzərdə tutulur:

“Bu mexanizmin tətbiqi qismən ali təhsil məktəblərində, eləcə də orta təhsildə rəqabətin yaradılması, müəssisələr arasındakı rəqabətliliyin artırlması, ayrılan vəsaitin tam və məqsədli şəkildə istifadəsi, vəsaitin ayrılması prosesində subyektivliyə yol verilməməsinə səbəb olur”. 

Həmsöhbətimiz qeyd edib ki, bir çox ölkədə ali təhsil, orta təhsil müəssisələrində adambaşı maliyyəyə keçid mərhələli şəkildə həyata keçirilir:

“Bu ölkələrin özü də bir neçə qrupa bölünür. Kanada, Böyük Britaniya, Fransa, Yaponiya, İsveç, Norveç, ABŞ kimi ölkələrdə bu sistem artıq fəaliyyət göstərir”. 

Adambaşına maliyyə mexanizmində bir neçə istiqamətdə yanaşma mümkündür. Birinci yanaşmaya görə, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində maliyyələşmə ali təhsil mərkəzlərinin öz təklifi əsasında həyata keçirilir. Belə maliyyələşmə mexanizmi ali təhsil məktəbinin fəaliyyətinin nəticəsindən asılı olmur. Burda maliyyələşmə əsasən əvvəlki illərin xərcləri nəzərə alınaraq müəyyənləşir. 

Bu yanaşma adambaşına maliyyələşmə prinsipində bəsit yanaşma hesab olunur. Çünki burda göstəricilər tələb olunmur. 

İkincisi isə çətin maliyyələşmə prinsipidir. Burda nəticələr üzrə əsaslanan maliyyələşmə həyata keçirilir. Əvvəlki nəticələrlə bərabər məktəb gələcək nəticələri proqnozlaşdırmaqla maliyyə ilə təmin olunmasını istəyir. Şərti bir misal deyim. Məktəblər öz maliyyə ehtiyacları ilə bağlı hesabat yazanda orda öz uğurlarını qeyd edir, xərclərin də bunlara görə nizamlandığını bildirir. Lakin bu göstəricilər tam yerinə yetirilməyəndə büdcədən ora ayrılan məbləğlərin bir hissəsi silinir. 

Üçüncü üsul isə çox sadədir. Dünyanın bir çox ölkələrində istifadə olunur. Belə ki, məktəbdə təhsil alan şagirdlərin bütün illik xərci hesablanır, onların sayına bölünür və məktəbə maliyyə ayrılması bu prinsipə uyğun həyata keçirilir. Burda kəmiyyət müstəvisində şəffaflığı qorumaq mümkündür. Bizdə isə bu sistemin tətbiqi müəyyən dəqiqləşmələrə səbəb olacaq”- Elmin Nuri əlavə edib. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Agentlik bu şirkətdən biri 61 min manata 5 ədəd avtomobil alır

Bu ərazilərdə qaz olmayacaq

Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?

Neftimizin qiyməti 76 dolları ötdü

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin