BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
50450

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) 43 Avropa ölkəsinin birləşdiyi və vergi sahəsində ixtisaslaşmış mühüm beynəlxalq təsisatdır. IOTA üzvlərinə vergi inzibatçılığının praktiki aspektləri ilə bağlı mühüm məsələlər, yeni təcrübələr və vergi inzibatçılığı sahəsində tendensiyalar barədə məlumat və təcrübə mübadiləsinin aparılması məqsədilə əməkdaşlıq platformasını təqdim edir.Dövlət Vergi Xidməti 2002-ci ildən etibarən IOTA-nın tam hüquqlu üzvüdür, indiyədək 3 dəfə İOTA-nın İcraiyyə Şurasında təmsil olunub. Azərbaycan MDB ölkələri arasında IOTA-nın İcraiyyə Şurasına seçilən ilk ölkə olub.

Valyuta.Az bildirir ki,  bunu Trend-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin əməkdaşı Günel Bəhramqızı deyib.

O bildirib ki, beləliklə, Baş Assambleya çərçivəsində Azərbaycan nümayəndəsinin IOTA prezidentliyinə seçilməsi əslində uzun sürən bir prosesdən sonra irəli gəlib.

"Bu isə təkcə DVX-nın deyil, ölkəmizə beynəlxalq arenada artan nüfuz və etimadın göstəricisidir. İOTA üzvlərinin Azərbaycana göstərdiyi etimad üzərimizə böyük məsuliyyət, eyni zamanda böyük iş həcmi qoyur. Təşkilata prezidentlik həm də müəyyən öhdəliklərin yaranması deməkdir.

Bizim üçün bu platforma ilk növbədə mütərəqqi təcrübələrin öyrənilməsi, ən yaxşı təcrübələrin ölkəmizin milli vergi sistemində tətbiqi baxımından əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycan da öz növbəsində, əldə etdiyi bir sıra nailiyyətləri təşkilat üzvləri ilə paylaşmağa, informasiya mübadiləsinə çalışır", - deyə o qeyd edib.

G.Bəhramqızı bildirib ki, Dövlət Vergi Xidmətinin bir çox əməkdaşı IOTA tərəfindən təşkil olunan seminar, forum və digər tədbirlərdə həm iştirakçı, həm də ekspert qismində fəal iştirak edir, IOTA-nın müxtəlif işçi və test qruplarında fəal şəkildə təmsil olunurlar.

"Qeyd etmək lazımdır ki, İOTA vergi sahəsində əməkdaşlıq üçün bir sıra səmərəli alətlərə malikdir. Buna vergi administrasiyaları barədə məlumatların bir bazada toplanmasına və müqayisəli təhlilinə imkan verən ISORA layihəsini, vergitutma sahəsində beynəlxalq təcrübənin ətraflı öyrənilməsi, eləcə də vergi administrasiyası əməkdaşlarının müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməsi baxımından VİTARA layihəsini, qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan "Texniki sorğular" alətini misal göstərmək olar ki, bunların da müstəsna əhəmiyyəti var", - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB

Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı

Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?

Ötən il əsas kapitala nə qədər investisiya yatırılıb?

Trampın qonşuluğundakı malikanənin qiyməti açıqlandı - Foto

Əmək müqavilələrinin sayı 1 mln. 873 minə çatıb

Yanacağa qənaət etməyin 10 SADƏ YOLU

Karyerasına başladığı klubu aldı

Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU

Dünyanın kənarında işləmək: Antarktidada aşpaz və elektrik işçiləri axtarılır

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin