BAKU Azərbaycan
12.03°C
50420

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 2 min 206 yaşayış evi tikilərək istifadəyə verilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, inşa olunan yaşayış evlərinin 91%-ini və ya 2 min 8-ni fərdi yaşayış evləri təşkil edib.

İlin ilk 3 ayında inşa edilən evlərin ümumi sahəsi 316 min 516,6 kv. metr olub. Yaşayış evlərinin tikintisinə sərf olunan vəsait isə 233 milyon 462,2 min manat olub.

Açıqlanan rəsmi məlumatlara istinadən apardığımız hesablama göstərir ki, yaşayış evlərinin 1 kv. metrinin tikintisinə 738 manat vəsait sərf olunub.

Məlumat üçün bildirək ki, bu ilin yanvar ayınınının əvvəlində Yeniavaz.com saytında “Yaşayış evləri maya dəyərindən niyə dəfələrlə baha satılır? – Açıqlama” sərlövhəli yazı dərc olunub. Həmin yazıda qeyd olunub ki, Azərbaycanda satışa çıxarılan evlərin qiyməti onların tikintisinə sərf olunan vəsaitdən – maya dəyərindən dəfələrlə bahadır.

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, bu ilin ilk 3 ayında yaşayış evlərinin 1 kv. metrinin tikintisinə 738 manat sərf olunması başa düşülən deyil:

“Açıqlanan rəsmi statistikaya baxdığımız zaman görürük ki, ötən il Azərbaycanda evlərin maya dəyəri bu ilin ilk 3 ayındakı göstəricidən təxminən 2 dəfə az olub. 2023-cü ildə yaşayış evlərinin 1 kv. metrinin tikintisinə 387 manat sərf olunub. Qısa müddətdə evlərin maya dəyərinin bu qədər kəskin artmasının heç bir iqtisadi əsası ola bilməz. Son aylarda ölkədə tikinti materialları qiymətində kəskin bahalanma olmayıb. Məsələn, tikintində ən çox istifadə olunan sementin qiymətində təxminən 2%-lik bir artım olub. Kərpicin qiymətində heç bir dəyişiklik olmayıb. Hətta bəzi yerlərdə cüzi ucuzlaşma da olub. Taxtanın qiymətində isə 8%-ə yaxın ucuzlaşma qeydə alınıb. Belə olan halda evlərin maya dəyərinin 2 dəfə artmasının iqtisadi izahı yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

NASA astronavtının kosmik stansiyadan qayıtdıqdan sonra halı pisləşdi

Google süni intellektin redaktə etdiyi şəkilləri ayıracaq

Bütün zamanların ən varlı adamı sərvətini necə itirdi? Hər şey iki dəqiqədə oldu...

"Alibaba" ABŞ-da səhmdarlara 433,5 milyon dollar ödəyəcək - Məhkəmə işi

Gürcüstanda seçkilərin eksitpol nəticələri açıqlanıb

"ASKfm" bu tarixdən fəaliyyətini dayandırır

Xaricə spirt satışından 75 milyon dollar qazanmışıq - Gəlirimiz artıb

Həm cəlbedici, həm də riskli - Dollarla qoyulan əmanətlər

Ölkədaxili nağdsız əməliyyatların həcmi 1,6 dəfə artıb

Qızılın dünyadakı qiymət artımının Azərbaycan bazarına təsiri - AÇIQLAMA

Çində yarım milyondan çox korrupsioner məmur cəzalandırılıb

"Beşiktaş" klubu ciddi maliyyə problemləri ilə üz-üzə - 12 milyardlıq borc

İsveçdən Ukraynaya 110 milyonluq yardım - Detallar

Frilanser işi qəbul edərkən nəzərə alınmalı 4 nüans

Bəzi rayonlara yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

Mərkəzi Bank 2 sığorta agentinin lisenziyasının qüvvəsini bərpa edib

Deputata məxsus olduğu deyilən şirkət bu dəfə Naxçıvanda milyonluq tender qazandı

Deputata məxsus olduğu deyilən şirkət bu dəfə Naxçıvanda milyonluq tender qazandı

Alimlər dünyanın ən kiçik kvant kompüterini kəşf etdilər

Mazut istehsalı 5 dəfədən çox artıb

Nazirlərin noyabrda qəbul cədvəli

Azəristiliktəchizat-ın qış hazırlığı - İsinə biləcəyikmi?

BRİKS-in vahid valyuta müzakirələri nəticə verəcəkmi? - Ekspert

Ukraynanın ən böyük şirkəti 4 milyarda azərbaycanlıya satıldı

İqtisadiyyatımızın kiçik və böyük problemləri - Həllinə hardan başlayaq?

Ermənistanın XİN başçısı COP29-a dəvət olunub

"Yüksək effektli insanların 7 vərdişi" - KİTABÇI

"Yüksək effektli insanların 7 vərdişi" - KİTABÇI

Sabahın hava proqnozu

Rusiya Türkiyədə ikinci AES tikəcək? - Ərdoğandan ruslara təklif

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin