BAKU Azərbaycan
0.03°C
  • USD
    1.7
  • EUR
    1.7647
  • RUB
    1.7571
  • TRY
    0.0472
  • GBP
    2.1127
50403

Bəzi ağartı məhsullarının son istifadə tarixinə müəyyən qədər vaxt qalsa da, onları aldığımız zaman yararsız olduğunu görürük. Normal halda istifadə müddəti bitməyən məhsullar xarab olmamalıdır. Əgər xarab olursa, bu zaman son istifadə tarixinin nə qədər olmasının da bir mənası qalmır. Bəs bu məhsulların son istifadə müddətinin bitməsinə vaxt qalmasına baxmayaraq yararsız olması nə ilə əlaqədardır? 

Valyuta.az-a danışan qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, məhsul keyfiyyətli istehsal olunubsa, amma xarab olduğunu görürüksə, bu, onun saxlama şəraiti və ya daşınma zamanı yol verilən nöqsanlar ilə əlaqədardır:

“Tarladan süfrəyə qədər dediyimiz məfhumda qida zəncirinin bütün normalarında riayət etmək lazımdır. Yəni, məhsulun istehsalı zamanı keyfiyyətinə fikir verilməli, istehsal edən şirkət məhsulun saxlanması qaydasına əməl etməli, satış mərkəzlərinə çatdırılma zamanı temperatura, satış mərkəzində saxlanma qaydalarına və s. diqqət etmək lazımdır. Qida zəncirinə düzgün qayda-qanuna əməl etmək lazımdır ki, məhsul sonda keyfiyyətli şəkildə qalsın. Əgər bu zəncirlərin birində qırılma baş verərsə, həmin məhsulun yararsız olmasına gətirib çıxara bilir. Süd və süd məhsulları zülal tərkibli və yüksək risk qrupuna daxil olduğuna görə, tez xarab olan məhsullar sırasındadır. Bu kimi məhsulların soyuq temperaturda saxlanılması lazımdır. Yaz, yay aylarında 4-5 dərəcə temperaturda 1 gün saxlanıla bilər. Qış aylarında isə 2-3 gün saxlanıla bilər. Nəzərə almaq lazımdır ki, pasterizə olunmuş südlərin üzərində də qeyd olunur ki, neçə dərəcəyə qədər saxlanıla bilər. Marketlərdə və daşınma zamanı bu temperatur rejiminə əməl olunmaması onların tərkibinin dəyişməsinə, yararsız olmasına gətirib çıxarır. Buna görə də, yaxşı olar ki, süd və süd məhsullarını alarkən mütləq üzərində istehlakçı şirkətə aid məlumatların tam olmasına diqqət etmək lazımdır. Eyni zamanda tərkibi ilə bağlı məlumatlar qeyd olunmalı və saxlama şəraiti üzərində qeyd olunduğu kimi təşkil edilməlidir”.

 M.Hüseynova bildirdi ki, keyfiyyətsiz südlərdən hazırlanan məhsulları almaqdan çəkinmək lazımdır. Bunlar orqanizmdə bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır:

“Mənşəyi bilinən süd və süd məhsullarından istifadə etmək lazımdır. Məhəllə arası yerlərdə kənd südü adı altında satılan məhsullar var. Düzgün qablaşdırılma olmayıbsa və soyuducuda deyilsə, bu kimi məhsullar almaq insan orqanizmində problemlərə səbəb ola bilər. Uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olan şəxslərdə bu özünü daha qabarıq şəkildə göstərə bilər”.

Əvəz Həsənov
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hansı sahələrə investisiya qoymalıyıq? - "UBS"

Xərcləyirik, sonra ödəyə bilmirik

"Meta" dünya miqyasında ixtisarlara hazırlaşır

"Porsche"nin çətin günləri: azalan satışlar, gəlirlər, istefalar...

Dəyişkən iş qrafiki nəyi dəyişəcək?

"UNB" - "Beynəlxalq ehtiyatlar 43,003 milyard $ təşkil edir"

İnsanlar quzu əti çox yeyir, heyvanlar artmır - Rəsmi

Türkiyənin Şərqi Anadoludakı gözəlliklərini kəşf edin - Fotolar

Əmtəəlik qaz istehsalı 2,3 milyard kubmetr artıb

Analitiklərin 5 texnologiya nəhəngi haqqındakı proqnozları

Səs vasitəsilə emosiyaları tanıya bilən yeni süni intellekt modeli yaradıldı

Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı

300 illik "Stradivari" skripkası hərracda 11,3 milyon dollara satıldı

300 illik "Stradivari" skripkası hərracda 11,3 milyon dollara satıldı

“Bakı Metropoliteni”ndə yeni təyinat

"Pinterest" tarixində ilk dəfə bu qədər gəlir əldə etdi - Hesabat

Qar yağacaq, yollar buz bağlayacaq

Elektromobillərdə şüalanma problemi

ABŞ-dən İrana yeni neft sanksiyaları

Azərbaycanda qatarların sürət həddi endirildi

Neftimizin qiyməti ucuzlaşıb

Fitch: Bu il SOCAR-ın əməliyyat mənfəəti 3,3 milyard dolları keçəcək

Dənizdə dalğanın hündürlüyü 5.8 metrə çatıb - FAKTİKİ HAVA

DİN-dən xəbərdarlıq: Süni intellekt vasitəsilə çağırışlar yayılır, ehtiyatlı olun!

Milli Depozit Mərkəzinin əməkdaşları üçün 50 minlik sığorta

Almaniyanın Ukraynaya yardımı 44 milyard avroya çatıb

Dünya bazarlarında neft yenidən bahalaşıb

İnvestisiya növləri və risklərin qiymətləndirilməsi - SƏHƏR OXUSU

“BS İnşaat” 1500 manat cərimələndi

Məhkəmə bu şirkət barəsindəki protokolu ləğv etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin