BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7868
  • RUB
    1.619
  • TRY
    0.0489
  • GBP
    2.1553
50192

Bu ilin birinci rübündə Gürcüstan Azərbaycana 48,457 milyon dollar dəyərində 2 601 ədəd avtomobil ixrac edib. Lakin 2023-cü ilin ilk üç ayı ərzində Gürcüstan Azərbaycana 99,683 milyon dollar dəyərində 7 348 ədəd avtomobil ixrac etmişdi. Gürcüstan Milli Statistika İdarəsindən bildirilib ki, cari ilin birinci rübündə Azərbaycana ixrac edilən avtomobillərin dəyəri illik müqayisədə 51,226 milyon dollar və ya 51,3 faiz, sayı isə 4 747 ədəd və ya 64,6 faiz azalıb. Biz statistikaya baxsaq görərik ki, bir neçə ildir Gürcüstandan ölkəmizə idxal edilən avtomobillərin sayında azalma müşahidə edilir. Lakin 64 faiz azalma böyük rəqəmdir. Bəs idxalın bu qədər azalması nəyin göstəricisidir? Artıq qonşularımızın maşınlarına ehtiyacımız yoxdur?

Seçimlərimiz dəyişib

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev bildirdi ki, artıq ölkəmizə keyfiyyətsiz avtomobillər gətirilmir: “Ölkəyə gətirilən avtomobillərin sayı azalsa da, qiymət olaraq azalma müşahidə edilmir. Hətta artım olduğunu söyləyə bilərik. Bu da o deməkdir ki, ölkəyə gətirilən ucuz və keyfiyyətsiz avtomobillərin sayı azalıb. Deməli, daha bahalı və keyfiyyətli avtomobillər gətirilir. Bunun səbəbi avtomobil parkımızın yenilənməsi üzrə görülən işlərdir. Həmçinin köhnə avtomobillərdə problemlərin ortaya çıxması onlara olan marağı azaldıb. İdxal edilən köhnə avtomobillərin bazarda satışı da zəifləyib. Satılmadığı üçün alverçilər bu avtomobilləri gətirmirlər”. 

E.Əliyevin sözlərinə görə, Gürcüstandan gətirilən avtomobillərin sayının azalması yeni tendensiya deyil. Bu hal quru sərhədlərimiz bağlandıqdan bəri müşahidə edilir: “Lakin hazırda statistikada daha böyük rəqəmlər qeydə alınır. Səbəb taksi fəaliyyəti ilə məşğul olanlara tətbiq edilən yeni qaydalardır. Bunlar da idxala istər-istəməz öz təsirini göstərir”. 

Yerli bazarı artıq onlar təmin edəcəklər

Müsahibimizin fikrincə, idxal azaldığı üçün insanlar daha çox yerli istehsala yönəlirlər: “Naxçıvan, Hacıqabul və Neftçaladakı zavodlarımızda istehsal edilən avtomobillərə maraq arta bilər. Bu isə yerli istehsalın daha da inkişafı, stimullaşdırılması deməkdir. Yerli bazarı artıq onlar təmin edəcəklər. Bu da onlar üzərində yaranan əlavə məsuliyyətdir. Yerli istehsalımız özünü həm xidmətdə, həm də qiymətdə dəfələrlə sübut edib. Bu səbəbdən artıq insanlarımız da yerli istehsala güvənirlər. Əsasən də taksi fəaliyyəti ilə məşğul olan şirkətlər yeni qaydalardan sonra yerli istehsalımız olan avtomobilləri almağa meyllidirlər”. 

Ekologiyamızı da qorumuş olacağıq

E.Əliyev qeyd etdi ki, köhnə avtomobillərin azalmasını müsbət qiymətləndirməliyik, çünki ekologiyamızı xilas edirik: “Gürcüstandan avtomobil idxalının azalması bazarımız üçün də sərfəlidir. Çünki bazara ucuz və keyfiyyətsiz avtomobillərin gətirilməsi heç kimə sərf etmir. Əksinə, hər kəsə lazımdır ki, ölkəyə daha keyfiyyətli və alıcılıq qabiliyyəti yüksək avtomobillər gətirilsin. Ölkəmizin də atdığı addımlarda məqsəd bundan ibarətdir. Bu sayədə həm də ekologiyamızı da qorumuş olacağıq”.

Daha çox şərq ölkələrindən gətirilir 

Nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, insanların artıq elektromobillərə yönəlməsi dövrün tələbidir: “Gürcüstandan gətirilən avtomobillərin həm sayı, həm də dəyəri azalıb. Buna səbəb kimi son dövrlər elektromobillərə, hibrid avtomobillərə marağın artmasını göstərə bilərik. Avtomobil sahibi olmaq istəyənlər artıq bu yöndə qərar verirlər. Elektromobillər həm müasir, həm komfortlu, həm də ucuzdur. Bu səbəbdən də insanlar onu seçirlər. Bu, bütün dünyada gedən prosesdir. Elektromobil və hibrid avtomobillər isə daha çox şərq ölkələrindən gətirilir. Bu səbəbdən Gürcüstandan gətirilən maşınlara maraq azalıb”. 

Y.Mustafayevin sözlərinə görə, qeyd edilən statistik rəqəm zaman keçdikcə daha da artacaq: “Düşünürəm ki, gələcəkdə Gürcüstandan, Avropadan gətirilən avtomobillərin sayı daha da azalacaq. Bu tendensiyanın olması hər bir halda müsbətdir. Çünki bizə Gürcüstandan daha çox işlənmiş avtomobillər gətirilirdi. Onlar da avtomobil parkımızın yenilənməsi əvəzinə, əksinə, daha da köhnəlməsinə gətirib çıxarırdı. Hədəfimiz də ölkəyə ekoloji avtomobilləri gətirmək olduğu üçün azalması daha yaxşıdır”. 

“Avtomobil bazarımız yetəri qədər dolub”

İqtisadçı Fuad İbrahimovun fikrincə, ola bilər ki, gələcək aylarda avtomobil idxalı daha da artsın: “Müəyyən bir dövrün statistikasına əsasən fikir söyləmək mümkün deyil. Bu dövrdə avtomobil az gətirilibsə, növbəti aylarda arta bilər. Gürcüstan avtomobillərin depolandığı ərazidir. Onların beynəlxalq limanına müxtəlif ölkələrdən avtomobillər gətirilir, sonra isə digər ölkələrə ixrac edilir. Gürcüstandan avtomobil idxalının azalması müsbət haldır. Çünki avtomobil bazarımız yetəri qədər dolub. Bu zaman idxal çox olduğu üçün satışda da müxtəlif məhdudiyyətlər yaranır”. 

Kaspi.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ChatGPT təcrübəsiz hakerlər üçün populyar və əlçatan vasitəyə çevrilib

"GENERAL SPARE PARTS" cərimələndi

"Renault Logan" dünyanın ən təhlükəli avtomobillərindən biri oldu

ABŞ dolların ehtiyat valyuta statusuna görə hər il 100 milyard qazanır

İcra nümayəndəliyi 175 000 manata zibil maşını alır

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

Türkiyədə uşaqlar üçün sosial media qadağası

Reabilitasiya mərkəzinin rəhbəri həbs edildi

Süni zəka 2030-cu ilə qədər 130 milyondan çox yeni iş sahəsi yaradacaq

135 ölkədə yüzminlərlə kompüteri yoluxduran kiberqruplaşma ifşa edildi

Yasamalın bəzi ərazilərində qaz olmayacaq

“Az Deniz” şirkəti 25 min manat cərimələnə bilər

"Honda" 200 mindən çox avtomobilini geri çağıracaq

İğdır-Naxçıvan qaz kəmərinin tikintisi tamamlandı

Süni intellektin gələcəyi: "Dealbook Sammiti"ndən vacib məqamlar

"Qaradağ Sənaye Layihə" məhkəmə qarşısında

Avropanın 6.5 milyard avroluq oyuncaqları

ABŞ-ın 13 şirkətinə Çin sanksiyası

İmişli yollarının əvəzedilməz təmirçisi "Orion-E" şirkəti kimindir?

"Henkel"in III rüb hesabatı: 5,5 milyard avroluq satış

“Aqrar Sığorta” şirkətinin rəhbərliyində dəyişiklik olub

Bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə cərimələr artırılır

200 milyardlıq layihə üçün “iqlim bombası” xəbərdarlığı - The Guardian

Bakıya gətirilən bəzi taksilərdə POS-terminallar quraşdırılıb

Azərbaycan Mərkəzi Bankının sədrinə I müavin və dörd müavin təyin edilib - SƏRƏNCAM

Azərbaycan Mərkəzi Bankının sədrinə I müavin və dörd müavin təyin edilib - SƏRƏNCAM

Azərbaycanda zərgərlik məmulatları və qiymətli metallara dair dövlət standartları qəbul edilib

ABŞ-da polad müharibəsi: 14.9 milyardlıq təklif - "The Guardian"

ABŞ-da polad müharibəsi: 14.9 milyardlıq təklif - "The Guardian"

AMB Lüksemburq və BƏƏ-nin sığorta brokerlərini reyestrinə daxil edib

“Evini sığortalamayan üçün cərimə mexanizmi”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin