BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8375
  • 1 Rusiya rublu
    0.0189
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1576
46383

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili inkişaf etmiş ölkələrdə sığorta xidmətlərinin ümumi daxili məhsulda (ÜDM) payının 8-12%, Azərbaycanda isə sığorta sektorunun ÜDM-də payı 1%-ətrafında olduğunu bildirib. Azərbaycan bu baxımdan inkişaf etmiş ölkələrdən 12 dəfə geridədir. Bəs ölkəmizdə sığorta sektorunun ÜDM-də payını necə artırmaq olar?

Bu barədə Valyuta.az-a danışan sığorta eksperti Kamran Babayev bildirib ki, bu göstəricilər Avropada birdən-birə artmayıb, bu poses müəyyən qədər vaxt alır. Bunun üçün sığortanın əhəmiyyəti ilə bağlı məlumatlılıq daha çox olmalıdır:

“Bakı kimi böyük şəhərlərlə yanaşı, rayonlarda da təbliğat olmalıdır ki, insanlar bununla bağlı məlumatlansın. Bundan əlavə olaraq, insanlar sığorta şikrətlərinə güvənməlidirlər. Sığorta şirkətləri öz xidmətlərində, sığorta ödənişlərində sübut etməlidirlər ki, onlara güvənmək olar. Yeni sığorta növləri yaradıla və insanlar arasında təbliğ oluna bilər. İnsanlarda sığortaya güvən yaransa, o zaman bu prosesə büdcə ayırarlar”. 

Ekspert Azərbaycanda daha çox inkişaf edən sığorta növlərindən də danışıb:

“Hazırda, Azərbaycanda könüllü sığorta növləri çox inkişaf etməyib. İnsanlar könüllü olaraq sığortadan az istifadə edir. Azərbaycanda ən çox inkişaf etmiş icbari sığorta növləridir. Sığorta bazarının real inkişafı könüllü sığorta növlərinin çox olmasına bağlıdır. Məcbur deyil, insanlar özləri sığorta etməyə meyilli olmalıdırlar. Nə zaman sığorta növlərinə üz tutanlar çox olarsa, sığorta şirkətlərinin payı da artacaq”.

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, Azərbaycanda sığorta bazarı inkişaf etmiş ölkələrlə müqayisədə həddindən artıq geridə qalıb:

“Hazırkı vəziyyətdə sığorta bazarının inkişaf etdirilməsi çox vacibdir. Sığorta sektorunun ÜDM-də payını artırmaq üçün qanunvericilik bazasının təkmilləşdirilməsinə və sığortaya inamın artırılmasına çox böyük ehtiyac var. Yəni, bu istiqamətdə etimad mühitinin gücləndirilməsi sığorta sektorunun ÜDM-də payının artmasına ən başlıca səbəb ola bilər”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada turizmin cazibə mərkəzi: Türkiyə dünyada 5-cidir

Bu ölkə rusiyalı turistlərə vizaların verilməsini dayandırır

Boşanma zamanı qadına bu halda evdən pay düşür - Hüquqşünas AÇIQLADI

Hazırda dünyanın ən zəngin insanları – TOP 10

Keçən il qeydiyyata alınan işsizlərin sayı açıqlandı

Ölkədəki aliment ödəyicilərinin sayı açıqlandı

"Dönəri bir saat ərzində yemək lazımdır" - AQTA-dan XƏBƏRDARLIQ

Luiziana ştatındakı bataqlıqlar tamamilə quruya bilər

Türkiyənin Qabar dağında neft hasilatı artır

Qazaxda aramsız yağışların yaratdığı seldən görüntülər (FOTO/VİDEO)

ETSN: Kürdə suyun səviyyəsi kəskin artıb, Debed çayında sel davam edir

Londonda rusların milyonlarla dollar dəyəri olan daşınmaz əmlakları var - "The Telegraph"

Yevlax DYP-yə yeni rəis təyin olundu

FHN: Bəzi açıq sahələrdə Kür məcradan çıxıb, yaşayış məntəqələrinə təhlükə qeydə alınmayıb

İlon Mask 50 milyard dollardan çox itirə bilər

Əfv sərəncamı icra olundu

Azərbaycanlıların yaşadığı əraziləri su basdı - 15-dən çox kəndlə əlaqə kəsildi

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Avropada qazın qiyməti qısa müddətdə enə bilər - Analitik

ABŞ Avropa banklarına Rusiyadan ciddi risklər barədə xəbərdarlıq etdi

5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib

48 mindən çox abituriyent II və III qruplara imtahan verdi

48 mindən çox abituriyent II və III qruplara imtahan verdi

Milli Hidrometeorologiya Xidməti subasma təhlükəsi ilə əlaqədar xəbərdarlıq etdi

ƏDV ödəyicisi olduqdan sonra əvvəlki dövrdə alınmış malların satışı

Rusiya Özbəkistanda AES tikəcək

Qazaxda çay daşdı: Torpaq sahələri və kafelər suyun altında qaldı (FOTO/YENİLƏNİB)

Ən məşhur Avropa təyyarəsinin adındakı “neo” suffiksi nə deməkdir?

Sabah yağış yağacaq, dolu düşəcək

Çimərlik mövsümü nə vaxt açıq elan ediləcək? (AÇIQLAMA)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin