39 nəfərin 300 bal yığmasının səbəbi - Ekspert şərh edir

Redaktor

17.04.2024 14:18
599

39 nəfərin 300 bal yığmasının səbəbi - Ekspert şərh edir

“10 mart tarixində keçirilən buraxılış imtahanın nəticələrinə əsasən 39 nəfər 300 bal toplayaraq maksimal nəticə göstərib. Bu isə Azərbaycan tarixində qeydə alınan rekord nəticədir. 3 martda baş tutan buraxılış imtahanının nəticələri ilə birlikdə yekun say 53 nəfər oldu. Amma gəlin, özümüzü aldatmayaq. Bu göstəricilər o demək deyil ki, bir il içində xeyli inqilabi dəyişikliklər olub, təhsil sistemində çox şey dəyişib və biz ötən ilki nəticələrlə müqayisədə bu cür fərqin şahidi olduq. Qətiyyən belə deyil”. 

Bu fikirləri “Yeni Sabah”a təhsil eksperti Elmin Nuri bildirib. O, buraxılış imtahanlarındakı rekord nəticələri belə şərh edib:

Ötən ildə qeydə alınan nəticələrin aşağı olması və hazırkı göstəricilərin səbəbi təhsildəki dəyişiklik deyil. Doğrudur, müsbət istiqamətdə irəliləyişlər var. Biz bunu deməyə borcluyuq. Amma bu qədər kəskin fərq inandırıcı deyil. Məsələyə bir az başqa istiqamətdən yanaşmaq lazımdır. Reallıq bundan ibarətdir ki, bu il ilk dəfə olaraq uzun müddətdən sonra Dövlət İmtahan Mərkəzinin hazırladığı imtahan suallarının proqramı ilə orta məktəblərin tədris proqramı arasında yüksək dərəcədə uyğunluq müşahidə olunub. Deyilə bilər ki, axı DİM hər il kurikulum standarlarına uyğun sual proqramı hazırlayırdı. Lakin burda belə bir məqam var ki, hər nə qədər həmin suallar tədris proqramına uyğunlaşdırılmış olsa da, tamam başqa məzmunda və formatda, fərqli beyinlər üçün hazırlanan suallar idi. Sanki abituriyent iki qəbul proqramı üzrə hazırlaşmağa məhkum idi. Biri orta məktəbdə tədris edilən proqram,  digəri isə DİM-in sualları hazırladığı proqram... O da məlumdur ki, DİM özünəməxsus dərs və test, həmçinin hazırlıq vəsaitləri dərc edirdi. İmtahana düşəcək olan suallar da həmin vəsaitlərə uyğun hazırlanıb təqdim olunurdu. Yaranan fərq nəticəsində imtahana hazırlaşanlar arasında çaşqınlıq və müəyyən bilgisizlik yaranırdı. Elə bu səbəbdən repititorluq sahəsi də bu qədər geniş inkişaf edərək yayılmağa başladı. Çünki bu sahədə fəaliyyət göstərənlər Dövlət İmtahan Mərkəzinin imtahan sualları hazırladığı proqramı daha yaxşı anlayırdılar. Buna görə də repititor yanına getməyən şagirdlərin bal yığmaq şansı olmurdu”. 

Ekspert blok imtahanlarında 15 nəfərin 700 bal toplaya biləcəyini də qeyd edib: 

“Axır ki, bu il ikitirəliyə az da olsa son qoyuldu və DİM tərəfindən hazırlanan suallar orta ümumtəhsil müəssisələrində tədris edilən proqrama xeyli uyğunlaşdırıldı. Yüksək nəticə göstərən şagirdlərin heç biri özəl məktəbdə oxumur. Onların hamısı ümumi orta təhsil müəssisələrinin şagirdləridirlər. Bu göstəricilərdən belə nəticə çıxartmaq olar ki, bu uyumluluğu çoxdan yaratmaq lazım imiş. DİM-in təqdim etdiyi suallarla orta məktəblərin tədris proqramı arasındakı fərq nəticəsində bir neçə il 700 bal toplayan şagird olmayıb. Ancaq hazırda olan göstəricilər onu deməyə əsas verir ki, qarşıda gələn blok imtahanlarında ən azı 15 abituriyent 700 bal yığacaq. Bu mənim şəxsi proqnozumdur. 

Sözügedən uyğunluğa gedilməsi çox müsbət haldır. Çox yaxşı olar ki, bu belə də davam etsin. Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin imtahan suallarının hazırlanmasında iştirak etməməsi daha doğrudur. Gərək ayrıca bir qurum bu proseslə məşğul olsun. Çünki sualların hazırlanması və imtahanların təşkil olunması tamam fərqli iki prosesdir. Belə olduğu halda, daha yüksək nəticələr görmək mümkün olacaq. Hazırkı göstəricilərə gələndə isə, mən bunu pilot nəticə hesab edirəm. Növbəti illərdə bu hal yenidən təkrarlana, ya da azala bilər. Ancaq hər bir halda rekord göstəricinin səbəbi kimi “təhsilimiz inkişaf etdi və bu nəticələri gördük” demək çox absurddur”. 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İşdən icazə almaq asanlaşdı - YENİLİK

11.11.2025

Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR

11.11.2025

2026-cı il tətilləri üçün Avropanın ən az qiymətləndirilmiş 5 şəhəri açıqlandı

11.11.2025

"Akkord" a məxsus şirkətin vergi borcu yaranıb

11.11.2025

Deputatdan gəlir vergisi ilə bağlı təklif

11.11.2025

Bir dövrün sonu: Məşhur milyarder vəzifəsini tərk edir

11.11.2025

Sabahın hava proqnozu

11.11.2025

Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ

11.11.2025

Ən az və ən çox ipoteka kreditini bu banklar verib - CƏDVƏL

11.11.2025

Neftimizin qiyməti ucuzlaşıb

11.11.2025

İstirahət günlərində insanlar daha çox hansı rayonlara getməyi üstün tuturlar?

11.11.2025

Uorren Baffet 1,3 milyard dollardan çox pulu xeyriyyə fondlarına bağışlayacaq

11.11.2025

Niyə hər sahibkar bir dəfə batmalıdır? - SƏHƏR OXUSU

11.11.2025
Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?

Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?

10.11.2025

Balansında vəsait olmayanlar avtobusda bir dəfəlik keçiddən necə istifadə edəcəklər?

10.11.2025

ABŞ-da dünyanın ilk tam şəffaf monitoru təqdim edildi

10.11.2025

Qlobal planşet bazarında son vəziyyət: Kim daha çox satıb?

10.11.2025
Azərbaycan bankları Mərkəzi Banka nə qədər borcludur? - SİYAHI

Azərbaycan bankları Mərkəzi Banka nə qədər borcludur? - SİYAHI

10.11.2025

Əvvəldən alınan avtomobillər 2026-cı ilin yanvarından sonra yeni qaydalarla hesablanacaq?

10.11.2025

İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər? - SİYAHI

10.11.2025

Məzənnə

Yüklənir...