Gözəllik mərkəzlərinin xidmətindən narazı qalan müştəri pulunu necə geri ala bilər? (AÇIQLAMA)
“Gözəllik mərkəzlərində xidmət göstərən şəxslər vətəndaşı aldatmayıbsa, dedikləri qaydada prosesləri yerinə yetiribsə, xidmət alan müştəri pullarını geri tələb edə bilməz”.
Bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli son dövrlər müştərilərlə gözəllik salonları arasında yaranan narazılıqla bağlı danışarkən deyib.
İqtisadçı bildirib ki, Mülki Məcəlləyə görə, məhsulun ilkin forması xüsusiyyətləri sıradan çıxarılmadan geri qaytarılması hüququ formalaşıb:
“Amma burda söhbət qabaritlərə məxsus qeyri-ərzaq məhsulları, elektrotexnika, mebel, geyim məhsullarının geri qaytarılmasından gedir. Yəni, qanunverilik bu məhsulların zədələnmədən geri qaytarılmasına icazə verir.
Lakin xidmət sektoru və xüsusilə tibbi və qeyri-tibbi xidmət sektoru, gözəllik mərkəzlərinin göstərdiyi xidmətinə edilən ödənişə gəldikdə isə qanunla müəyyənləşməyib ki, müştəri narazı qaldığı üçün ödədiyi məbləğ dərhal geri qaytarılsın”.
Xalid Kərimlinin sözlərinə görə, bu artıq mübahisəli məsələyə çevrilir. Xidmət göstərən problemi könüllü şəkildə həll etmirsə, müştəri artıq məhkəməyə müraciət etməlidir:
“Artıq məhkəmədə bununla bağlı qərar verilməlidir, müştərinin aldadılıb-aldadılmadığı müəyyən edilməlidir. Bu problemə nəzarət edəcək, məsələlərə müdaxilə edəcək digər qurum İqtisadiyyat Nazirliyinin İstehlak Bazarlarına Nəzarət və Antihisar Xidmətidir. Bu qurum da baş verən hadisələrə müştərilərin prizmasından yanaşa bilər. Əgər göstərilən xidmət qarşılığında sizdə hansısa fəsadlar qala, xəstəlik yaranarsa, bu məsələ artıq cinayət tərkibinə də gətirib çıxara bilir”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay