Rumıniya ilə əməkdaşlıq Azərbaycan üçün hansı imkanlar yaradır? (ŞƏRH)
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasının yekunlarına həsr olunan brifinqdə bildirib ki, indiyədək Rumıniya Azərbaycana 30 milyon ABŞ dolları, Azərbaycan isə Rumıniyaya 90 milyon ABŞ dolları dəyərində investisiya yatırıb.
Nazirin sözlərinə görə, 2023-cü ildə Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsinin həcmi 670 milyon ABŞ dolları olub. Bunun da böyük hissəsini – 605 milyon ABŞ dollarını Azərbaycandan Rumıniyaya ixrac təşkil edib.
Bəs Azərbaycanın Rumıniyanın Azərbaycana yatırdığı investisiyadan 60 milyon dollar çox həmin ölkəyə investiya yatırmasının hansı iqtisadi əhəmiyyəti var?
Valyuta.az mövzunu iqtisadçı Rauf Qarayevlə müzakirə edib.
Rauf Qarayev bildirib ki, iki ölkə arasında əməkdaşlığın iqtisadi əhəmiyyəti çoxdur:
“Xüsusi ilə Azərbaycan üçün bu ölkə ilə iqtisadi əlaqələrin əhəmiyyəti var”.
İqtisadçı bunu bir çox səbəblə əsaslandırıb:
“İlk olaraq Rumıniya Avrozona ölkəsidir və bizə dəstək ola bilər. İqitsadi tərəfdaşlıq müsbət nəticələr verə bilər. Bundan əlavə, Rumıniya NATO ölkəsi olmaqla, bizə silah da satır. Yəni, yatırımlar yeni maraq dairəsini gücləndirir. Bundan əlavə bu yatırımlar həm də Avropa Parlamentində bizə yeni dəstək deməkdir.
Rumıniya yeni bazar imkanlarıdır. İndiki dönəmdə isə yeni bazar tapmaq çətindir. Rumıniya vasitəsi ilə məhsullarımız Avrozonaya daxil olur. Ona görə də düşünürəm ki, bu göstəricilər Azərbaycan üçün yeni imkanlar yaradır”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay