
“Pensiya yaşının artırılması antihumanist, antisosial qanundur”
“Pensiya yaşının artırılması antihumanist, antisosial qanundur”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspert Azərbaycanda insanların çox tez dünyasını dəyişdiyini vurğulayıb:
“Bu çox vacib məsələdir ki, niyə Azərbaycanda pensiya yaşı 65-dir? Çünki Azərbaycanda insanlar ortalama 74 yaşında dünyasını dəyişir. İnsanlar 9 il pensiya ala bilirlər. Bu çox antisosialdır”.
Ekspert pensionerlərin sayının ilbəil azaldığını qeyd edib:
“Pensiya yaşını aşağı salmalıdırlar. Yuxarıda saxlayıblar, üstəlik neynirlər? Pensiyanı hesablayan zaman pensiya kapitalını 144-ə bölürlər. Bu da 12 il deməkdir.
Belə olanda pensiyanın həcmi də az düşür. İnsanlar həm az pensiya alır, həm də pensiyaya çıxandan sonra az yaşayır. Bu çox bərbad bir məsələdir”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay