“Aqrar Sığorta Fondu”nun mənfəətinin azalması ilə bağlı Ekspert Şərhi
Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC 2023-cü ili 57,2 min manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki ilə nisbətən 3 dəfə azdır.
Valyuta.az bu barədə müştərək sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
Qeyd edək ki, "Aqrar Sığorta" 2022-ci ili 170,15 min manat xalis mənfəətlə bitirmişdi.
Valyuta.az-a açıqlamasında sığorta eksperti İlkin İbrahimov bildirir ki, “Aqrar Sığorta” şirkətinin xalis mənfəətində baş verən 3 dəfə azalmaya səbəb sığorta hadisələrinin çox olması ilə bağlıdır:
“Dünyada aqrar sığorta ən çox sığorta hadisəsi olan, yəni ziyanlı sığorta məhsuludur. Ona görə də digər ölkələrdə olduğu kimi Azərbaycanda da həmin sahəyə dövlət birbaşa sığorta dəstəyi göstərir. Bu məsələ “Aqrar Sığorta Fondu” yaradıldıqdan sonra daha da konkretləşdi. Sığorta məhsulunun qiymətinin yarısı dövlət tərəfindən, yerdə qalan yarısı da vətəndaşın özü tərəfindən ödənilir. Elə il ola bilər ki, sığorta risqi daha yaxşı edilər və sığorta hadisəsi də olmaz”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay