BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.02
  • 1 Türkiyə lirəsi
    0.0513
  • 1 İngiltərə funt sterlinqi
    2.1868
45395

Şahin Qədimli
idarəetmə üzrə konsultant və təlimçi, “Falcon Consulting Group”un direktoru 

Motivasiya sistemi dedikdə, əksəriyyət maddi motivasiyanı başa düşür. Halbuki bəzən qeyri-maddi motivasiya daha effektiv olur və demək olar ki, büdcə tələb etmir. Onu sistem şəklinə salmış yerli şirkət heç tanımıram, mütləq çoxluq isə ondan heç istifadə etmir. Ümumən, nədənsə bizdə cəza tədbirləri mükafatlandırmadan daha geniş yayılıb. Sahibkarlar, müəssisə rəhbərləri, insan resursları əməkdaşları, rəhbərlər cəzalandırmağa daha meyllidirlər, bu barədə asanlıqla və tez-tez qərar qəbul edirlər. Bunun səbəbləri barədə hələ bir əsaslı fərziyyəm formalaşmayıb. Bu mövzunu başqa məqalə üçün saxlayaq.

Əksər şirkətlərdə motivasiya sistemi mövcuddur. Amma heç də hamısında işlək vəziyyətdə deyil. Əksər konsaltinq layihələrimizin çərçivəsinə motivasiya sisteminin auditi daxildir. Görülən sistemləri belə təsnifatlaşdırmaq olar: 
1) işlək olanlar; 

2) yarı işlək olanlar; 

3) işlək olmayanlar.

 Təəssüflə qeyd etməliyəm ki, ikinci və üçüncü kateqoriyalara aid olanlarla daha tez-tez qarşılaşıram.

Belə təəssürat yaranır ki, bəzi şirkətlər motivasiya sistemini formal hazırlayır. Məqsəd odur ki, maraqlananlara fəxrlə bildirsinlər ki, motivasiya sistemimiz var. Çünki müasir iş dünyasında belə sistemin olmaması ayıb hesab olunur. Bəzən motivasiya sisteminin işləməsinə rəhbərliyin onu sonadək başa düşməməsi mane olur. Belə şirkətlərdə sistemin yaradılması barədə təşəbbüs ya insan resursları əməkdaşları və ya qabaqcıl iş təcrübəsinə malik üst səviyyə rəhbərlərdən gəlir və ilkin mərhələdə dəstəklənir. Sistem üzərində iş gedir və kifayət qədər mükəmməl bir nəticə əldə olunur. Lakin sonda birinci şəxsə layihə “satılmır” və yarımçıq vəziyyətdə qalır.

Əksər şirkətlərdə motivasiya sisteminin işlək olmasından cavabdeh insan resursları struktur bölməsidir. Belə bir hal da olur ki, həmin struktur bölmənin tərkibi tam dəyişir və yeni heyət miras qalan sistemi hər hansı səbəbdən işlətməkdə maraqlı olmur. Belə olduqda, motivasiya sistemi təsnifatda qeyd olunan yarı işlək kateqoriyaya keçir. Cavabdehlik məsələsində xüsusən dayanmaq lazımdır. Bu sistem insan resurslarına aiddir – deyə yanaşma formalaşıb, bu, bir qədər yanlışdır. Əslində motivasiya sistemi istənilən səviyyə rəhbər işçilərin güclü idarəetmə alətidir və onu işlək saxlamaq onların hamısının marağındadır. Praktika isə fərqlidir və insan resursları bölmələri də bu oyun qaydalarını qəbul edir. Oxşar vəziyyət prosedur və təlimatlarla bağlıdır. Misal üçün, kommersiya departamentinin rəhbərliyi və əməkdaşları hesab edir ki, onların prosedur və təlimatları şirkətdə İSO 9001 standartının tətbiqindən cavabdeh struktur bölməyə aiddir və həmin sənədlərin işlək vəziyyətdə saxlanması da həmin bölmənin vəzifəsidir. Halbuki həmin daxili sənədlər kommersiya departamentinin idarə olunmasında əhəmiyyətli rol oynayırlar. Bu yanaşmanı olduqca yanlış və ziyanverici hesab edirəm.

Lakin qayıdaq əsas mövzumuza. Ən dəhşətlisi odur ki, bəzən çox yüksək peşəkarlıqla hazırlanmış, şirkətin biznesini hər tərəfləri əhatə edən motivasiya sisteminin qeyri-işlək vəziyyətdə olmasına səbəb onun işçilər tərəfindən başa düşülməməsi olur. Açığı, bu halda sistem motivasiyadan daha çox demotivasiya vasitəsinə çevrilir. Çünki nəyə görə və hansı miqdarda mükafat aldıqlarını anlamayan işçilər eynən nəyə görə onu almadıqlarını və ya kiçik miqdarda aldıqlarını anlamırlar. Bəzən belə olur ki, şirkətin və ya struktur bölmənin nəticələri davamlı müsbət olur və işçilər mükafat alır və buna alışır. Sonra vəziyyət dəyişir və mükafat kəsilir. İşçilər bunu olduqca mənfi qarşılayır. Axı onlar bundan əvvəl mükafatı nəyə görə aldıqlarını anlamırdılar ki, indi də bunun əksinin səbəbini başa düşsünlər. Ümumən səbəb-nəticə əlaqəsinin motivasiya sistemi çərçivəsində çox aydın şəkildə anlanması və izlənməsi imkanı həmin sistemin effektivliyinin və məqsədlərinə xidmət edəcəyinin mütləq şərtidir. Konsaltinq layihələrimizdə onunla da qarşılaşmışıq ki, şirkətdə mövcud motivasiya sistemi kifayət qədər mükəmməldir, sadəcə onun təbliğatı və izahına kifayət qədər resurs ayrılmadığı üçün işçilər tərəfindən anlanmayıb.

Motivasiya sisteminin qeyri-işlək olmasının başqa mümkün səbəblərindən biri ona qarşı etibarsızlıqdır. İşçilər inanmır ki, hədəflənən müsbət nəticə əldə olunarsa onlar sistemlə nəzərdə tutulan mükafatı ala biləcəklər. Adətən belə vəziyyətə keçmişdə rəhbərliyin işçilərə verdiyi sözün saxlamaması səbəb olur. Başqa hal motivasiya sistemi ilə ağlabatandan daha yüksək mükafatların nəzərdə tutmasıdır. Bu çox maraqlıdır, potensial olaraq çox yüksək mükafat işçiləri stimullaşdırmaq əvəzinə şübhələndirir. Mükafatların az olması da çıxış yolu deyil. İşçini il ərzində gərgin işləyib aylıq əmək haqqının 10% həcmində mükafat alması az təşviq edir.

Şirkətdəki motivasiya sisteminin işlək olması üçün ən azı aşağıdakı şərtlərə riayət olunmalıdır:

1) Həm rəhbər, həm işçilər üçün səbəb-nəticə (iş-mükafat) əlaqəsi tam aydın olmalıdır;

2) Mükafatların həcmi real və təşviqedici olmalıdır;

3) Sistemin şərtləri işçilərə izah edilməli, istənilən səviyyə rəhbər işçi ona tabe olanlara bununla bağlı əlavə izah verməyi bacarmalıdır;

4) Rəhbərlik və işçi heyət arasında qarşılıqlı etibar olmalıdır;

5) İşçilər onlardan asılı olanı edəndən sonra mükafat almayacaqları hallar varsa, onlara bu barədə əvvəlcədən açıq şəkildə bildirilməlidir;

6) Oyun qaydaları dəyərləndirmə dövrü ərzində dəyişməməlidir;

7) İş nəticəsinin qiymətləndirməsinin obyektivliyini təmin edə biləcək mexanizmlər mövcud olmalıdır.

Yekunda onu qeyd edim ki, motivasiya sistemi düzgün idarəetmə sisteminin mütləq hissəsi olsa da, heç də bütün xəstəliklərin dərmanı deyil. Tək motivasiya sistemini qurmaqla şirkətin fəaliyyətindəki bütün çətinlikləri həll etmək mümkün deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Noyabrda Bakıda toylar keçirilməyəcək? (VİDEO)

Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb

Azərbaycanın strateji valyuta ehtiyatları bu il 74 mlrd. dollara çatacaq

Macarıstan və Slovakiya Avropa Komissiyasına birgə müraciət etdilər

Dünyanın ən varlı 1%-i son 10 ildə sərvətini 42 trilyon dollar artırıb

Ali Məhkəmə 3 milyonluq texnoloji avandanlıq alır

Bir sıra Çin bankları Rusiyadan gələn yuanla işləməkdən imtina edir – Çirk izi...

Ukraynanın dövlət borcu 1 milyard artdı, 152 milyard dollar oldu

Beyin implantı olan insanlar smartfon və planşetləri idarə edə biləcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

ABŞ-ın maliyyə sanksiyalarından təsirlənən ölkələrin payı açıqlandı

"Apple" Çin smartfon bazarında ilk beşlikdən çıxıb

"Avromed" 2 milyonluq tenderin qalibi oldu

Yomiuri: Yaponiya ABŞ-a tədarük üçün PAC-3 raketlərinin istehsalını gücləndirir

2027-ci ildə "Brent" nefti neçəyə olacaq? - PROQNOZ

İki şirkət arasında alqı-satqı mübahisəsi

"Körpü Tunel Tikinti" məhkəmə qarşısında

Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub

Məşhur mebel şirkəti gömrük qaydalarını pozub?

Hollandiya Rusiya qazının idxalının artmasından şikayətləndi

İş axtaran zaman diqqət edilməli nüanslar

493 min vergi borcu yazılan şirkət məhkəməyə üz tutdu

Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...

Bakı-Sumqayıt yolunun bir hissəsi çökdü

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub

Naxçıvanda indiyə qədər sahibkarlar 3 milyon manatdan çox güzəştli kredit alıb

Türkiyə Azərbaycan və İran vasitəsilə 2 milyard kubmetr türkmən qazı alacaq

84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödəniş edilib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin