BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.8386
  • RUB
    0.0174
  • TRY
    0.0496
  • GBP
    2.2094
42875

“Trendyol” Azərbaycanda istehsal edilən məhsulların bu platformada satışının təşkil olunması ilə maraqlanır.

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə Türkiyənin tanınmış onlayn satış platforması olan “Trendyol”un nümayəndə heyəti arasında görüş keçirilib.

Görəsən, Azərbaycan istehsallı məhsulların “Trendyol” platformasında satışı bizim şirkətlərə nə verəcək?

"Yerli istehsal məhsullarının sayı, rəqabətliliyini artırmaqla belə platformalardan bundan sonra daha geniş istifadə etməliyik"

Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, “Trendyol”la əməkdaşlıq Azərbaycanın istehsalçı şirkətlərin ticarət dövriyyəsinin artmasına şərait yaradacaq: 

“Elektron ticarət platformalarında kifayət qədər təcrübəli, tanınmış platforma üzərindən məhsul satışı ilk növbədə həmin mal və məhsul üzrə ticarət dövriyyəsinin artmasına gətirib çıxaracaq. Yəni həmin məhsulları alacaq istehlakçıların coğrafiyası artmış olacaq. Əlbəttə ki, bu zaman keyfiyyətli mallardan söhbət gedir. Atılacaq bu addımla üçüncü, dördüncü ölkələr məhz bu platforma vasitəsilə məhsullarımızı almaq imkanı əldə edəcəklər. Yerli istehsal məhsullarının sayı, rəqabətliliyini artırmaqla belə platformalardan bundan sonra daha geniş istifadə etməliyik. İndiki vəziyyətdə yerli şirkətlərin öz imkanları ilə bazara çıxması kifayət qədər alıcını əhatə etmir. Ancaq “Trendyol” və ona bənzər ticarət platformaları üzərindən məhsul satışı yuxarıda qeyd edilən problemi dərhal aradan qaldırır”. 

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Amerika iqtisadiyyatı nadir yumşaq eniş nailiyyətinə imza atdı

Çinli elektromobil istehsalçısı BYD ilk dəfə gəlirdə “Tesla”nı geridə qoydu

Qara Qarayev yeni klubunda nə qədər qazanacaq?

"Starbucks" məşhur əlavənin ödənişindən imtina etməyə qərar verdi

Trampın ən pis günü: Sərvətindən 1,3 milyard dollar itirdi

"Səba" ilə "Veritas Tranding" arasında alqı-satqı qalmaqalı

Amerikalılar "Halloween" şirniyyatına rekord məbləğ xərcləyəcək - 4 milyard dollar

Amerikalılar "Halloween" şirniyyatına rekord məbləğ xərcləyəcək - 4 milyard dollar

"Az-Pack"a 3,1 milyon vergi borcu yazıldı - Şirkət məhkəməyə üz tutdu

Sabah Səbail rayonunun bəzi ərazilərində qaz olmayacaq

Alimlər buzlanmaya qarşı "əbədi örtük" yaratdı

Shohei Ohtanini unudun: Artıq itlərin də kartları var

"Fərəh-M" inzibati məsuliyyətə cəlb edilib

"Samsung"un yarımkeçirici biznesi batır: Mənfəət 40 faiz azalıb

"Protean Construction" cərimələnə bilər

Noyabrın 4-dən bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək - SİYAHI

Smartfon bazarı pandemiyanın başlanğıcından bəri rekord artım nümayiş etdirib

DİQQƏT! Hakerlər "Android"də banklara gedən zəngləri ələ keçirməyi öyrənib

Əziz Əzizov vəzifəsindən azad edildi

Norveç Ukraynaya 118,4 mln dollar məbləğində yardım ayırıb

Azərbaycandan ən çox ixrac edilən üç məhsul - SİYAHI

Azərbaycandan ən çox ixrac edilən üç məhsul - SİYAHI

"HAVALİNE"a protokol tərtib olunub

Rusiya mallarının Avropadakı əsas alıcısı bəlli oldu

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək

"4MAPS Bilgi Teknolojileri" cərimələndi

Evlidirsə, xərci çoxdur, subaydırsa, ehtiyacı yoxdur - Qanunda əməkhaqqı təyinatı necədir?

Vahid tələbə kartları ilk olaraq bu universitetlərdə veriləcək - RƏSMİ

Euroclear 9 ayda Rusiya aktivlərindən 5,2 milyard avro gəlir əldə edib

Müsbət müştəri rəylərini necə əldə etmək olar?

Rusiyalı milyarder Rusiyadakı bütün aktivlərini satıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin