"Dövlət ad qoymasına o vaxt qarışa bilər ki..."
“Uşaqlara ad qoyulması prosesində qanunvericiliyin təkmilləşdirilməsi vacibdir”.
Bunu Valyuta.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Vəkil bildirib ki, bu məsələdə yeganə meyar kimi dövlətin deyil, uşaqların maraqları çıxış etməlidir:
“Ad qoyulmasının dövlətə aidiyatı yoxdur. Ola bilər ki, uşağın valideynləri heç azərbaycanlı deyil. Ona niyə məcbur edək ki, mütləq uşağına azərbaycanlı adı qoymalısan. Bu çox həssas mövzudur, uşaqlara hansı adı qoymaq olar ya olmaz. Ailə qanunvericiliyinə görə, uşağa ad qoymaq valideynlərin səlahiyyətidir, dövlət maksimal çalışmalıdır ki, bu məsələyə qarışmasın”.
Əkrəm Həsənov qeyd edib ki, Azərbaycan adlarının yarıdan çoxu ərəb və fars adlarıdır:
“Bu faktdır. Rus adları da var. Dövlət ad qoymasına o vaxt qarışa bilər ki, bu ad dünyada yoxdur. Dünyada qəbul olunan adların hansısa uşağa qoyulmasına heç kəsin qarışmağa ixtiyarı yoxdur. Vaxtı ilə Azərbaycanda uşaqlara tank, traktor, kombayn qoyurdular”.
Qeyd edək ki, ötən il Azərbaycanda körpələrə qoyulan nadir və qəribə adlar məlum olub. 2023-cü il ərzində yeni doğulan uşaqlara daha çox əcnəbi mənşəli adların verilməsi geniş yayılıb. Onların arasında Gilə, Tovuz, Koroğlu, Duanur, Badam, Alan, Manana və Dağlar, Mayar, Maynisə, Kürsüm, Kurtkaya, Qəribə, Dominik, Alay, Alaya, Alana, Alaz, Aya, Ayə, Ayat, Ayasofya, Ayanur, Balay, Balabikə, Şirbəy, Bircəgül, Gülüzə, Gülan, Gülqənd, Gülənməd, Gülsurat, İton, Elqam, Elaine, Ellda, Elfun, Elba, Yaşam, Dalila, Daliya, Ayris, Ayçan, Ayid, İyad, Faləddin, Qalası, Bayar, Sağira, Bağış və Qaraş və s. var.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay