BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.02
  • 1 Türkiyə lirəsi
    0.0513
  • 1 İngiltərə funt sterlinqi
    2.1868
42144

“BRİKS-in belə imkanlara malik olduğunu düşünmürəm”.

Valyuta.az-a açıqlamasında bunu iqtisadçı ekspert Natiq Cəfərli BRİKS ölkələrinin ortaq valyutaya keçmək niyyətini şərh edərkən deyib:

 “BRİKS-də ortaq valyutanın buraxılması uzun illərdir müzakirə olunur. Amma bu ölkələr daxilində və aralarında ciddi problemlər mövcuddur. Əsas problem də Hindistanla Çin arasında yaşanır. Ona görə də BRİKS-in vahid valyutasının olması ideyası heç də asan proses deyil. Onun dollara alternativ olması isə ümumiyyətlə müzakirə predmeti ola bilməz. Dünyada Çin yuanı getdikcə güclənir. Dünyanın valyuta rezervləri siyahısına daxil edilib. Beynəlxalq Valyuta Fondu da rezerv valyuta kimi yuanı tanıyıb. Belədə ən mümkün variant BRİKS-in  Çin yuanına keçməsidir. Hansısa bir ortaq pul vahidinin buraxılması ağır prosesdir. Avropa Birliyi uzun illərdən sonra vahid pula keçib. Ümumi qanunvericilik bazası, girgə ümumi mərkəzi bank yarandıqdan sonra avronu dövriyyəyə buraxa bildilər. BRİKS-in isə birgə maliyyə siyasəti, birgə mərkəzi bankları, ümumiləşdirilmiş pul siyasəti yoxdur. Çin yuanı isə gələcəkdə BRİKS-in əsas ödəmə vasitəsinə çevrilə bilər”.   

Qeyd edək ki, xarici ölkə mətbuatında sıralarının genişlənəcəyini bəyan edən BRİKS+ ölkələrinin ortaq valyuta buraxacaqları barədə məlumatlar yer alıb. Hətta iddia edirlər ki, bu valyuta dolların hegemonluğuna da son qoyacaq. 

Ramiz
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Macarıstan və Slovakiya Avropa Komissiyasına birgə müraciət etdilər

Dünyanın ən varlı 1%-i son 10 ildə sərvətini 42 trilyon dollar artırıb

Ali Məhkəmə 3 milyonluq texnoloji avandanlıq alır

Bir sıra Çin bankları Rusiyadan gələn yuanla işləməkdən imtina edir – Çirk izi...

Ukraynanın dövlət borcu 1 milyard artdı, 152 milyard dollar oldu

Beyin implantı olan insanlar smartfon və planşetləri idarə edə biləcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

ABŞ-ın maliyyə sanksiyalarından təsirlənən ölkələrin payı açıqlandı

"Apple" Çin smartfon bazarında ilk beşlikdən çıxıb

"Avromed" 2 milyonluq tenderin qalibi oldu

Yomiuri: Yaponiya ABŞ-a tədarük üçün PAC-3 raketlərinin istehsalını gücləndirir

2027-ci ildə "Brent" nefti neçəyə olacaq? - PROQNOZ

İki şirkət arasında alqı-satqı mübahisəsi

"Körpü Tunel Tikinti" məhkəmə qarşısında

Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub

Məşhur mebel şirkəti gömrük qaydalarını pozub?

Hollandiya Rusiya qazının idxalının artmasından şikayətləndi

İş axtaran zaman diqqət edilməli nüanslar

493 min vergi borcu yazılan şirkət məhkəməyə üz tutdu

Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...

Bakı-Sumqayıt yolunun bir hissəsi çökdü

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub

Naxçıvanda indiyə qədər sahibkarlar 3 milyon manatdan çox güzəştli kredit alıb

Türkiyə Azərbaycan və İran vasitəsilə 2 milyard kubmetr türkmən qazı alacaq

84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödəniş edilib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Bakının bu küçəsində kirayə qiymətləri 6 min manata çatır

Bankın bağlanmasının müştərilərə təsiri olurmu?

Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin