BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.02
  • 1 Türkiyə lirəsi
    0.0513
  • 1 İngiltərə funt sterlinqi
    2.1868
42138

"Milli valyutada istehlak kreditlərinin həcminin artması ilə bağlı heç bir problem yoxdur. Çünki bütün dünyada bu proses gedir".

Bu sözləri Valyuta.az-a Milli Məclisin deputatı Rüfət Quliyev milli valyutada olan problemli kreditlərin həcminin artmasına münasibət bildirərkən deyib.

Deputat deyib ki, problemli kreditlərinin həcminin artması bir neçə faktorlara bağlıdır:

"Əsas faktor oldur ki, insanlar üçün evlərini, ev üçün əşyaları, avtomobilləri istehlak krediti ilə almaq, istifadə etdiyi vaxtda tədricən pulunu ödəmək rahatdır. Bunda isə mənə elə gəlir ki, problem yoxdur. Burda rəqəmlərə baxsaq görərik ki, ümumi olaraq rüb ərzində cəmi 4-5 milyon manat artım olub. Bu isə elə də böyük rəqəm deyil".

Verilən kreditlərin həcminin artması haqqında da danışan Rüfət Quliyev deyib ki, sahibkarlıqla bağlı verilən kreditlərin artması isə müsbət xarakter daşıyır:

"Sahibkarlıq məqsədi ilə götürülən kreditlər də iki hissəyə bölünür. Birinci hissəyə sahibkarlıq fondundan az faizlə, yəni, 5-5.5 faizlə verilən kreditlər daxildir. Bu kreditlərlə bağlı dinamika müsbətdir. Sahibkarlar bu fürsətdən istifadə edərək aşağı faizlərlə kredit götürüb onu istehsal üçün, kənd təsərrüfatı, özlərinin bizneslərinin inkişafı üçün istifadə edirlər. 

Sahibkarlar tərəfindən götürülən ikinci növ kreditlər isə iş fəaliyyətində maliyyə ehtiyacından götürülür ki, işi gücləndirsin və ya digər problemləri həll eləsin. Ümumiyyətlə kredit və problemli kreditlərin rüb ərzində belə rəqəmlərlə artımı elə də böyük problem deyil. Bütün dünyada hazırda bu proses gedir". 

Qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi son 3 ayda ümumi kreditlərdə 440.4 milyon manatdan 437.8 milyon manatadək azalıb. Azalma xarici valyutada olan kreditlərdə də müşahidə olunub. Həmin müddətdə 7.9 milyon manat azalma var. Bununla belə, milli valyutada olan kreditlər üzrə vaxtı keçmiş kreditlərin həcmi son 3 ayda 324 milyon manatdan 329.3 milyon manatadək yüksəlib. Son rəqəm eyni zamanda illik yekun olub. Bu o deməkdir ki, milli valyutada olan kreditlərdə problemli kreditlərin həcmi 2023-cü ilin sonuncu rübündə  5.3 milyon manat artıb.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Macarıstan və Slovakiya Avropa Komissiyasına birgə müraciət etdilər

Dünyanın ən varlı 1%-i son 10 ildə sərvətini 42 trilyon dollar artırıb

Ali Məhkəmə 3 milyonluq texnoloji avandanlıq alır

Bir sıra Çin bankları Rusiyadan gələn yuanla işləməkdən imtina edir – Çirk izi...

Ukraynanın dövlət borcu 1 milyard artdı, 152 milyard dollar oldu

Beyin implantı olan insanlar smartfon və planşetləri idarə edə biləcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

ABŞ-ın maliyyə sanksiyalarından təsirlənən ölkələrin payı açıqlandı

"Apple" Çin smartfon bazarında ilk beşlikdən çıxıb

"Avromed" 2 milyonluq tenderin qalibi oldu

Yomiuri: Yaponiya ABŞ-a tədarük üçün PAC-3 raketlərinin istehsalını gücləndirir

2027-ci ildə "Brent" nefti neçəyə olacaq? - PROQNOZ

İki şirkət arasında alqı-satqı mübahisəsi

"Körpü Tunel Tikinti" məhkəmə qarşısında

Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub

Məşhur mebel şirkəti gömrük qaydalarını pozub?

Hollandiya Rusiya qazının idxalının artmasından şikayətləndi

İş axtaran zaman diqqət edilməli nüanslar

493 min vergi borcu yazılan şirkət məhkəməyə üz tutdu

Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...

Bakı-Sumqayıt yolunun bir hissəsi çökdü

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub

Naxçıvanda indiyə qədər sahibkarlar 3 milyon manatdan çox güzəştli kredit alıb

Türkiyə Azərbaycan və İran vasitəsilə 2 milyard kubmetr türkmən qazı alacaq

84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödəniş edilib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Bakının bu küçəsində kirayə qiymətləri 6 min manata çatır

Bankın bağlanmasının müştərilərə təsiri olurmu?

Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin