“Bunun qiymətlərə təsiri olmayacaq”
“Vətəndaşların daşınmaz əmlakların alqı-satqısı əməliyyatların aparılması isiqamətində elektronlaşma genişlənir, qaydalar isə daha da sadələşdirilir”.
Bunu Valyuta.az-a açıqlamasında əmlak eksperti Elnur Əsədov texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədləri elektron qaydada hazırlanmasından danışarkən deyib. Ekspertin fikirincə, bu sahədə müasir texnologiyaların istifadəsi bir tətbiq mexanizmidir:
“Üstünlüyü var. Səhv etmirəmsə 3 ildir ki, kağız üzərindən deyil, elektrondaşıyıcı üzərindən həmin çıxarış vətəndaşlara verilir. Onun sürətini dünyanın istəlinən ölkəsində çıxarıb istifadə etmək olar”.
Elnur Əsədov qeyd edib ki, bu müasir texnologiyadır və dünyanın bir çox ölkəsində tətbiq olunur:
“Bunun qiymətlərə təsiri olmayacaq”.
Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb. Fevralın 1-dən texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədləri elektron qaydada hazırlanır.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay