"Azərbaycan zeytunu dünya bazarında satışda olacaq"
“Daha bir Azərbaycan brendi beynəlxalq satış çərçivəsində dünya bazarına daxil olmaq imkanlarına mailk olacaq”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Azərbaycan zeytununun dünya bazarına daxil olması ilə bağlı imzalanan sazişdən danışarkən deyib. Onun sözlərinə görə, bu Azərbaycanın daxili istehsalının şaxələndirilməsi, genişləndirilməsi istiqamətində önəmli addımlarından biridir:
“Azərbaycan zeytun yağı bu saziş çərçivəsində satışa çıxarılacaq və bu Azərbaycan üçün əhəmiyyətli bir məsələdir. Azərbaycanın ixrac potensialının artırılması ölkəyə bu məhsul vasitəsi ilə də valyutanın daxil olmasını genişləndirilməsi istiqamətində də müsbət irəlləyiş saymaq olar. Artıq Azərbaycan zeytunu dünya bazarında satışda olacaq”.
Akif Nəsirli qeyd edib ki, Azərbaycan daxili bazarı tam ödəyə biləcək qədər zeytun və zeytun yağı istehsal etmir:
“Yəqin ki, bu gələcək planlarla bağlıdır. Əgər bu istiqamətində addımlar atmaq nəzərdə tuturuqsa müsbət haldır. Son illərdə Azərbaycanda kifayət qədər zeytun bağları salınıb. Həmin zeytun bağlarının istehsal potensialını genişləndirmək və daxili bazardan əlavə dünyaya çıxardılmasına da imkan yaranacaq”.
Qeyd edək ki, Azərbaycan “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulur.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay