Ekspert: "İqtisadi artım çoxalıb, ona görə də..."
"Azərbaycanda iqtisadi artım əvvəlki illərlə müqayisədə çoxalıb".
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov Azərbaycan banklarının 2023-cü ildə 1 milyard manatdan çox mənfəət əldə etməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Əkrəm Həsənov Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) da artdığını qeyd edib:
"Amma həmin artımın bir hissəsi bankların cibinə girir. Bankarın hamısında mənfəət yoxdur. Mənfəət əsasən iri banklarda olur. Onlar da təkcə əhalidən deyil, bir qayda olaraq dövlət layihələrindən qazanırlar".
Əkrəm Həsənov deyir ki, iqtisadi artımın olub-olmamasından asılı olmayaraq, istər xaricdə, istərsə də ölkədə banklar həmişə əhalinin "dərisini soyur":
"Harada faiz var, orada insanın dərisi soyulur. İqtisadi artım dövründə isə banklar əhalni daha çox soyur".
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay