BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
40382

Bir neçə gündür ki, banklar tərəfindən kredit faizlərinin yenidən artırılacağı ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, banklar tərəfindən əmanətlər üçün depozit faizlərinin artırılması nəzərdə tutulur. Bu addımın kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacağı bildirilir.

Bəs, kredit faizləri arta bilərmi?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə kredit faizlərinin artmasına bir neçə amil təsir edə bilər. 

İlk növbədə hökumətin həyata keçirdiyi inflyasiya siyasətinin bu məsələdə rol oynaya biləcəyi ehtimalını diqqətə çatdıran ekspert fikrincə, inflyasiyaya qarşı mübarizədə dünya təcrübəsi əsas götürülür:

“Bu da uçot dərəcəsinin və kredit faizlərinin artırılmasına səbəb ola bilər. Necə ki, bəzi ölkələrdə belə bir hadisə baş verdi. Bilirik ki, Azərbaycan hökuməti inflyasiya ilə bağlı bəzi hədəflər müəyyənləşdirib və bunu da banklar özləri üçün əsas götürməlidirlər”. 

Ekspertin sözlərinə görə, banklar əhalidən götürülən depozitləri artırmaq üçün müxtəlif təkliflər irəli sürürlər: 

“Depozit faizi artıqca vətəndaşlar banka üz tuturlar. Bu gün ölkədə vəziyyət elədir ki, vətəndaşlar inflyasiyanın səviyyəsinə uyğun olaraq ya topladığı vəsaitləri “yastığın altında”, ya da bankda saxlayırlar. Bank isə müxtəlif yollarla depozit portfelinin həcmini artırmağa çalışır ki, bunun da yolu faizlərin artırılmasından keçə bilər. Bu da öz növbəsində kreditlərin də atmasına səbəb olur”. 

Müsahibimiz Mərkəzi Bank tərəfindən həyata keçirilən siyasəti son 10 ildəki ən optimal idarəetmə üsulu kimi dəyərləndirib:  

“Bu da əslində daha çox məsələlərin tənzimlənməsinə hesablanıb. Bu gün ölkəmizdə bank sektoru ilə yanaşı, kredit verə bilən digər maliyyə təşkilatları da mövcuddur. Əslində banklar faizləri artırmaq üçün onlarla rəqabət aparmalıdırlar. Üstəlik, həmin təşkilatların isə öhdəlikləri kifayət qədər azdır və aşağı faizlərlə kredit verə bilərlər. 

Bu baxımdan da sosial şəbəkələdə kredit faizlərinin artırılması ilə yayılan məlumatların heç bir əsası yoxdur. Düşünmürəm ki, hansısa bank vətəndaşdan verdiyi kredit müqabilində 2,3 və ya 4 faiz artıq pul alsın. Ona görə ki, öz kredit portfellərində ciddi azalma görə bilərlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin